Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatının davam etdiyi bir dövrdə terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin audiomüraciəti yayılıb.
Baki-xeber.com-un NTV-yə istinadən xəbərinə görə, “Reuters”in yayımladığı audioyazıda Əl-Bağdadi Türkiyəni “dinsizlərlə işbirliyində” ittiham edir və tərəfdarlarlarını Türkiyəyə hücum etməyə çağırır. “Türkiyə artıq cihadınızın hədəflərindən biri oldu. Oranı işğal edin və güvəndiyi yerlərə qorxu salın”- deyə terrorçubaşı səs yazısında bildirir.
Müraciətində Mosulun bugünkü durumuna da toxunan əl-Bağdadi tərəfdarlarını Mosulu əldən verməməyə çağırır və “Allah düşmənlərinə qarşı sürdürdüyümüz cihadın zəifləməsinə izn verməyin”- deyə bildirir.