Dağıstanda əhali arasında kütləvi zəhərlənmə baş verib.
Baki-xeber.com-un xəbərinə görə, zərərçəkənlərin sayı, 179-u azyaşlı olmaqla, 270 nəfərə çatıb. Moskva və Piterdən yardım məqsədilə bölgəyə həkim briqadası göndərilib. Zəhərlənmənin mənbəyini müəyyən etmək hələlik mümkün olmayıb. İlkin ehtimal kimi bunun içməli suda olduğu güman edilir. Bildirilir ki, bu günlərdə Mahaçqalada güclü yağışlar yağıb və bunun nəticəsində axar sular əhalinin istifadə etdiyi içməli suya qarışıb.
Lakin son illərdə Dağıstanın xüsusi xidmət orqanlarının sistemli şəkildə antiterror əməliyaytları keçirdiyi nəzərə alınarsa, sözügedən hadisənin təxribat ola biləcəyi yönündə şübhələrə ciddi əsaslar yaranır.