Cümə axşamı günü, 29 oktyabr 2026
     

San Dieqo-Bakı Dostluq Cəmiyyəti təsis edildi

Image


ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində oktyabrın 26-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi təntənəli şəkildə qeyd olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən keçirilən ziyafətdə Bakı ilə San Dieqo arasında münasibətlərin yaradılmasının 5-ci ildönümü də qeyd edilib. Tədbirdə şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez, San Dieqo Liman Administrasiyasının sədri Marşal Merrifild, digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, universitet professorları, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak edib.

Azərbaycan və ABŞ-ın dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın qədim dövlətçilik ənənələrindən danışaraq, müstəqilliyinin bərpasından sonra ölkəmizin ağır siyasi-iqtisadi durumla üzləşdiyini qeyd edib. Baş konsul bildirib ki, yalnız ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan bu böhrandan xilas ola bildi. Onun qısa vaxt ərzində ölkədə sabitliyin yaradılmasına nail olduğunu, bütün istiqamətlərdə yeni təşəbbüslərə start verərək, Azərbaycanın müasir inkişafının və tərəqqisinin təməlini qoyduğunu qeyd edən baş konsul, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında bu gün Azərbaycanın sürətlə çağdaşlaşan, sabit və öz tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə çevrildiyini bildirib. Azərbaycan-ABŞ münasibətlərindən danışan N.Ağayev Bakı və San Dieqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verdiyini qeyd edib.

 

2011-ci ildən San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə qardaşlaşmış Nəsimi Rayonunun icra hakimiyyətinin başçısı Asif Əsgərov öz çıxışında Bakı ilə San Dieqo arasında 5 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin iki xalq arasındakı əlaqələrin gücləndirilməsi baxımından yüksək önəm daşıdığını qeyd edib. Bu istiqamətdə qarşıdakı dövrdə konkret layihələr üzərində işlərin nəzərdə tutulduğunu vurğulayan A.Əsgərov, San Dieqodakı Azərbaycan dostlarını bu münasibətlərin inkişafında yaxından iştirak etməyə dəvət edib.

Kaliforniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinin digər üzvləri - Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də çıxış edərək öz təbriklərini çatdırıb, Bakı və San Dieqo şəhərləri arasında əlaqələrin daha da güclənməsi üçün arzularını ifadə ediblər. Natiqlər Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələri barədə danışaraq, Azərbaycanın bu modelinin bir sıra ölkələr üçün gözəl bir nümunə təşkil etdiyini diqqətə çatdırıblar.

Kaliforniya Ştat Assambleyasının üzvü R.Çavez isə əldə etdiyi mütərəqqi nailiyyətlərlə Azərbaycanın son illərdə beynəlxalq aləmin diqqətini çəkdiyini, bu baxımdan San Dieqo-Bakı əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib. Çətin bir bölgədə yerləşən və yüksək strateji önəm daşıyan Azərbaycanın ABŞ-ın yaxın tərəfdaşı və dostu olduğunu qeyd edən millət vəkili, bu dostluq münasibətlərini dəstəklədiyini və bu əlaqələrin daha da güclənməsini arzu etdiyini bildirib. Çıxışının sonunda Azərbaycanın müstəqillik günü ilə bağlı R.Çavez Kaliforniya Ştat Assambleyasının fərdi qətnaməsni təqdim edib.

San Dieqo Liman Administrasiyasının sədri Marşal Merrifild öz çıxışında həmin gün Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşündən məmun olduğunu qeyd edərək, dostluq əlaqələrinin gücləndirilməsi məqsədilə yaxın aylarda San Dieqo şəhərinin nümayəndə heyətinin Azərbaycana səfəri üzərində düşündüklərini bildirib.

Ziyafətdə baş konsul N.Ağayev San Dieqo-Bakı Dostluq Cəmiyyətinin təsis olunduğunu bəyan edərək, sözü təşkilatın sədri Martin Kruminqə verib. M.Kruminq bu əlaqələrin yaradılmasının tarixi barədə məlumat verərək, San Dieqo şəhərinin tanınmış ictimai xadimlərinin üzv yazıldıqları bu yeni təşkilat vasitəsilə iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artırılmasına çalışacaqlarını qeyd edib.

Tədbirdə ABŞ Konqresmeni Suzan Deyvis, Kaliforniya Ştat Senatoru Coel Anderson və San Dieqo Vilayəti adından bəyannamələr təqdim olunub. Bəyannamələrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər alqışlanır və ölkəmizin strateji önəmi qeyd olunur.

Qeyd edək ki, hazırda Kaliforniyada işçi səfərdə olan Azərbaycan nümayəndə heyəti San Dieqo şəhərində oktyabrın 26-da bir sıra görüşlər keçirib. Nümayəndə heyəti San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının sədri Ron Roberts, San Dieqo Liman Administrasiyasının İdarə Heyəti və San Dieqo Yəhudi Federasiyasının rəhbərliyi ilə bir araya gəlib və yerli mətbuata müsahibələr veriblər.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ