Türkiyənin aparıcı müxalifət partiyalarından Cumhuriyyət Xalq Partiyasının sədr müavini Bülənt Tezcan hücuma məruz qalıb.
Baki-xeber.com-un məlumatına görə, bu barədə şənbə günü NTV kanalı xəbər yayıb. Xəbərdə bildirilir ki, naməlum şəxsin açdığı atəş nəticəsində müxalifət lideri ayağından güllə yarası alıb. Hadisə Aydın vilayətində baş verib. Müxalifət liderinin yarasının təhlükəli olmadığı bildirilir.
Qeyd edək ki, Bülənt Tezcanı vuran şəxs artıq Quşadasında saxlanıb. Alparslan Sarqın adlı şəxsin bu hərəkətinin motivi bəlli deyil.