Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb. Rayon sakinləri - 18 yaşlı Xanım Zeynalova və onun xalası qızı, 13 yaşlı Aytən Allahverdiyeva yaşadıqları evdə dəm qazından boğularaq dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.