Belçikanın Moskvadakı səfiri cümə günü Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Baki-xeber.com-un xəbərinə görə, buna səbəb rəsmi Moskvanın Suriyada dinc sakinlərin olduğu ərazinin bombalanmasında Belçikanı ittiham etməsidir. Bu barədə “İnterfaks”a səfirlikdəki mənbə bildirib.
Öz növbəsində Belçika da Rusiya tərəfinin ittihamına cavab verib. Lakin mənbə söhbətin detallarından xəbərsiz olduğunu deyib.
Qeyd edək ki, bu ərəfədə RF Müdafiə Nazirliyi Belçika səfirliyinin hərbi attaşesini quruma dəvət edərək ona oktyabrın 18-də Hələb rayonuna Belçika HHQ-nin hava hücumlarına dair narazılığını bildirib. Bu hücumlarda insan tələfatına yol verilməsinə etiraz edilib. Lakin Belçiknın Müdafiə nazirliyi deyilənləri təkzib edərək bildirib ki, təqdim olunan F-16 nömrələri ölkəsinin arsenalında olan qırıcıların nömrələrinə uyğun deyil.