ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi istiqamətində iş gedir. Bu barədə APA-ya ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik məlumat verib.
O, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərində ofisin genişləndirilməsi ideyasının qəbul olunduğunu xatırladıb: “Qeyd etmək çox vacibdir ki, mənim mandatımda və ofisin iş metodunda dəyişiklik olmayacaq. Biz prezidentlərin əldə etdiyi razılaşmanın icrası istiqamətində işləməyə davam edirik”.