Bazar günü günü, 04 oktyabr 2026
     

Vaksin ədalətsizliyi dünyanı yeni problemlər məngənəsinə sürükləyir...

Image


Bu gün Azərbaycanın dünya miqyasında gündəmə gətirdiyi əsas məsələlərdən biri də koronavirus pandemiyasına qarşı vaksinasiya prosesində yol verilən ədalətsizlikdir. Azərbaycan bu ədalətsizliyin ciddi fəsadlara gətirib çıxaracağına dair artıq müvafiq xəbərdarlıqlar edib.

Məlumdur ki, bu xüsusda Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasında Qoşulmama Hərəkatının sədri kimi bütün ölkələri həmrəyliyə çağırmışdı. Prezident həmin vaxt qeyd etmişdi ki, peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Dövlət başçısı dünya dövlətlərini, beynəlxalq təşkilatları məsuliyyətli olmağa çağırır, hətta zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün də peyvəndlər almasını təklif edirdi. Lakin proseslər hələ də vaksin ədalətsizliyinin beynəlxalq miqyasda davam etməkdə olduğunu göstərir. Azərbaycan Prezidentinin köməkçkisi Hikmət Hacıyev “COVİD-19 pandemiyasının və vaksinasiyanın geopolitikası” adlı konfransda yenidən bu məsələyə toxunaraq bildirib ki, bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alır: “Təəssüflər olsun ki, bu cür addımlar kasıb ölkələrin vaksin almaq imkanlarını məhdudaşdırır. Kasıb ölkələrin də vaksinlərə çıxışını təmin etmək lazımdır. Biz bütün BMT ölkələri arasında əməkdaşlığı gücləndirməklə bu bəlaya qalib gələ bilərik”. Yeri gəlmişkən qeyd edək ki, BMT-nin baş katibi Antoniu Quterreş ölkələri "vaksin millətçiliyini" buraxaraq "vaksin həmrəyliyi" göstərməyə çağırıb: "Aydın məsələdir ki, seçdiyimiz yolla davam etsək, hamını lazımi tempdə peyvəndləyə bilməyəcəyik". O qeyd edib ki, hər ölkə özünün əsas vəzifəsi kimi öz xalqının qeydinə qalmaqla məşğuldur: "Ancaq inanırıq ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə, maliyyələşməni artırmaqla hökumətlər nəinki öz xalqlarının ehtiyaclarını qarşılayar, eləcə də inkişaf etməkdə olan dünyanı maliyyələşdirməklə gerçək həmrəylik nümayiş etdirərlər. Virusun ştammlarının sayı artır, çünki vaksinlər kifayət qədər sürətli işləmir. Bu sizin hansı ölkədən - varlı, orta inkişaf səviyyəli, yaxud kasıb - olmağınızdan asılı deyil, hər kəs peyvəndlənməlidir". Bundan əvvəl isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus peyvəndlərinin aşağı və orta gəlirli ölkələr arasında bərabər paylanmalı olduğunu vurğulayaraq, maraqlı bir tezis irəli sürüb: "Vaksin millətçiliyi qısamüddətli siyasi hədəflərə xidmət edə bilər. Ancaq peyvəndlərin ədalətli paylanmasını dəstəkləmək hər ölkənin orta və uzunmüddətli iqtisadi maraqlarına cavab verəcək”.

 Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının da məsələyə münasibəti olduqca maraqlıdır: “Təəssüf ki, peyvəndlərin dünyada paylanması ilə bağlı bərabərsizlik artır. Vaksinləri tətbiq edən ölkələrin 90 faizi zəngin ölkələrdir. Hazırda 3,5 milyon doza 10 ölkəyə paylanılıb. 2,5 milyard əhalisi olan 130 ölkə isə vaksinin heç bir dozasını əldə edə bilmir”. Onun sözlərinə görə, həmin bərabərsizliyi aradan qaldırmaq üçün birgə işləmək, yeni texnologiyalar, diaqnostika mərkəzləri yaratmaq lazımdır. Harmancı Ümumdünya Səhiyyə Təşkilatının COVAX platformasının sırf bərabərsizliyi aradan qaldırmaq üçün yaradılan təşəbbüs olduğunu da diqqətə çatdırıb. Xatırladaq ki, Azərbaycan bu platformaya əsas töhfə verən ölkələrdən biridir. O da məlumdur ki, pandemiya başlayandan Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Hökumət Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində iki dəfə könüllü maliyyə dəstəyi göstərib. Bununla yanaşı, bugünədək Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Eyni zamanda, pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətləri dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq ianə ayırdı. Bu vəsait Azərbaycanla razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

Ölkə daxilində isə əvvəldən görülən tədbirlər artıq müvafiq nəticələr verir. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən növbəti mərhələdə, fevralın 17-də 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyasına başlanılıb. Hande Harmancı da bütün bunları yüksək qiymətləndirir: “Qısa müddət ərzində Azərbaycanın koronavirus əleyhinə vaksini ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur. Ümid edirəm ki, vətəndaşlar vaksinin yeganə çıxış yolu olduğunu dərk edər və prosesə sürətli şəkildə qoşularlar. Əvvəlcə, səhiyyə işçilərinin peyvənd olunması vacibdir. Bildiyimiz qədəri ilə Azərbaycanda xeyli səhiyyə işçisi vaksinasiyadan keçib. Bu da həm özlərinin, həm də pasiyentlərin təhlükəsizliyi üçün vacibdir. Hazırda vaksinasiyanın tətbiqi dördüncü fazadadır. Çünki böyük əhali qrupuna vurulur. “Sinovac” şirkətinin son açıqladığı vaksinin təsirlilik dərəcəsi 50 faizdən çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı da təsirlilik dərəcəsi 50 faizdən yuxarı olan vaksinləri qənaətbəxş kimi qiymətləndirir. Əsl önəmli olan vaksinasiyanın yoluxmaya nə dərəcədə təsir etməsidir. Azərbaycanda da bu təsiri qısa müddətdə görəcəyik”.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ