Bazar günü günü, 04 oktyabr 2026
     

Bakıdan Avropaya növbəti mühüm enerji töhfəsi...

Image


“Azərbaycan enerji resurslarını inkişaf etdirməyə davam edəcək. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Xüsusilə 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağını qeyd edə bilərəm. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var və ümid edirəm ki, orada hasilat gələn il başlayacaq. Digəri isə “Ümid” yatağıdır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bunlar təsdiqlənmiş ehtiyata malik yataqlardır. Onlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına töhfə verəcək”. Bu fikirləri Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında səsləndirib.

Bununla yanaşı, dövlət başçısı enerji təhlükəsizliyini Azərbaycan hesabına təmin etmək istəyən ölkələrə də toxunub, bu xüsusda yeni layihələrdən söz açıb: “TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq və İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacağıq. Bizim layihə yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirməsindən ibarətdir. Bu olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Çünki bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə, bu həcm daha da artıq ola bilər. “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar”. TAP-ın icraçı direktoru Luka Sşieppati də Azərbaycanın potensialını və Avropanın enerji təhlüksizliyində rolunu yüksək qiymələndirir: “TAP enerji istehlakının ağır fosil yanacaqlarından həddən çox asılı olduğu Cənub-Şərqi Avropa üçün mühüm əhəmiyyət daşıyır. Yunanıstan-Bolqarıstan İnterkonnektoru və potensial İonik-Adriatik boru kəməri əlaqələri ilə TAP layihəsi üzrə əlavə 10 milyard kubmetr təbii qaz nəql oluna bilər”.

Qeyd edək ki, barəsində bəhs olunan İonik-Adriatik layihəsinin Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan TAP-a birləşdirilməsi nəzərdə tutulur. Kəmərin Xorvatiya ərazisində 249 kilometr, Monteneqroda 95 kilometr, Albaniyada isə 167 kilometr uzunluğunda inşası planlaşdırılır. Boru kəmərinin ötürücülük gücünün illik 5 milyard kubmetr olması nəzərdə tutulur. 2016-cı ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İonik-Adriatik layihəsinin gələcək inşası üzrə Anlaşma Memorandumu imzalanıb. Onun icrası ilə Azərbaycanın Qərbi Balkan dövlətlərinin enerji təminatında rolu artacaq. Avropada indi belə hesab edilir ki, enerji təhlükəsizliyinin əsas göstəricilərindən biri marşrut yollarının şaxələndirilməsidir. Bu çərçivədə məhz Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə öz marşrut yollarını şaxələndirərək, dünyada təbii qazın ən çox istehlak edildiyi bazarlardan birinə öz təbii qazını daşımağa başlayıb. İndi bundan istifadə etmək istəyən ölkələrin sayı artır. Bura Qərbi Balkan dövlətləri də daxildir.

Onu da qeyd edək ki, bu gün dünyada enerji ehtiyatları baxımından kifayət qədər zəngin olan ölkələr var. Ancaq bu ölkələrin heç də hamısı enerji ehtiyatlarını inkişaf etdirə, təbii qaz hasilatını artıra, yataqları istismar edə bilmir. Bunun da əsas səbəblərindən biri odur ki, onlar öz marşrut yollarını şaxələndirə bilməyib, eyni zamanda, üçüncü tərəflərdən asılı vəziyyətdədirlər. Bu baxımdan “Cənub Qaz Dəhlizi” fərqlənir, Avropanın enerji təhlükəsizliyinə,  Azərbaycanın isə iqtisadi müstəqilliyinin daha da gücləndirilməsinə mühüm töhfə verir. Qeyd edək ki, təbii qazın, neftdən fərqli olaraq, saxlanılması olduqca bahadır. Təbii qaz əsasən yeraltı qaz anbarlarında saxlanılır və bu da böyük vəsaitlər tələb edir. Buna görə təbii qaz yataqlarına investisiya qoyulmazdan əvvəl ilk növbədə infrastruktura baxılır. Əgər infrastruktur varsa, ondan sonra o yataqlara investisiya qoyuluşu həyata keçirilir. Bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanda həm “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi, həm də “Qarabağ”, “Abşeron”, “Ümid” kimi yataqların inkişaf etdirilməsi, gələcəkdə ölkənin digər perspektiv strukturlarının inkişafı və bu çərçivədə ölkəmizin təbii qaz ixrac potensialının genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu da, təbii olaraq, Azərbaycan iqtisadiyyatının inkişafı, iqtisadi artımın daha da sürətləndirilməsi, büdcə daxilolmalarının artırılması, eyni zamanda, ölkəmizə xarici valyuta axınının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin formalaşdırıldığı bütün seqmentlərdə əsas payçılardan biridir, eyni zamanda, bu layihənin əsas təməlini meydana gətirən TANAP layihəsində ən çox paya sahib olan ölkədir. Bu da ona əsas verir ki, Azərbaycan hasil etdiyi təbii qazını özünün boru kəmərləri vasitəsilə daşıyaraq bu istiqamətdə əlavə dəyərini artırsın, iqtisadi dividendlər əldə etsin. Eyni zamanda, Azərbaycan gələcəkdə üçüncü tərəflərin “Cənub Qaz Dəhlizi” vasitəsilə daşıyacağı həcmlərdən də nəqliyyat gəlirləri əldə edəcək. Bu fonda “Cənub Qaz Dəhlizi”nin əhatə dairəsinin genişləndirilməsi, öz növbəsində, Azərbaycanın strateji əhəmiyyətini daha da artıracaq, Avropa ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, ölkəmiz üçün bu bazarlarda, xüsusilə də Cənub-Şərqi Avropa bazarlarında yeni imkanların ortaya çıxmasına töhfə verəcək. Hazırda Azərbaycan həm Gürcüstan, həm də Türkiyə bazarlarında təbii qazın paylanma əməliyyatını da həyata keçirir. Gələcəkdə Azərbaycan Balkan ölkələrində də bu layihələrə daxil olacaq. Balkan ölkələri hazırda Azərbaycanla bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıdır. Bununla yanaşı, gələcəkdə mənbə qismində də üçüncü tərəflər bu layihəyə daxil ola bilər. Türkmənistan, Qazaxıstan kimi ölkələrin, digər tərəfdən Şərqi Aralıq dənizindən çıxarıla biləcək təbii qaz, əsasən də İsrailin təbii qazı bu layihə vasitəsilə Avropa bazarlarına daşına bilər. Başqa sözlə, “Cənub Qaz Dəhlizi” həm mənbə ölkələri üçün, həm də təbii qazı istehlak edən ölkələr üçün əlverişli fürsət yaratmış olur. Bir daha qeyd edək ki, bu layihə Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlib, bu da təbii olaraq Bakının bu ölkələr üçün strateji əhəmiyyətinin daha da artmasına töhfə verəcək.

Ramil QULİYEV

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ