Kərkükün İraq Ordusu tərəfindən geri alınmasının ardından Kürd Muxtariyyətinin başçısı Məsud Bərzani tərəfdarlarına çağırış edib.
Baki-xeber.com-un xəbərinə görə, bu çağırışını o, “Rudaw” kürd telekanalının efirində səsləndirib. Çıxışında Bərzani tərəfdarlarını əmin edib ki, “Kürdüstan xalqı gec-tez istədiyinə nail olacaq və bu gün millətimizin gücünə və birliyinə inam günüdür”.
Bərzani deyib ki, müstəqillik yolunda həlak olanların qanı yerdə qalmayacaq və verilən səslər boşa getməyəcək.
Xatırladaq ki, ötən ay Kürd Muxtariyyəti müstəqillik referendumu keçirmiş, 92,7 faiz səs toplamışdı.