İraq Ordusu bu gecə Kərkükə girərək nəzarəti tam ələ alıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Rudaw” kürd telekanalı xəbər yayıb. Ordunun şəhərə girməsinin dərhal ardından Baş nazir Heydər əl-Abadi übahisəli ərazilərdəki bütün kürd bayraqlarının İraq dövlətinin bayrağı ilə əvəzlənməsinə göstəriş verib. Telekanalın iddiasına görə, İraq Ordusuna İranın dəstək verdiyi “Haşti-Şabi” şiə qruplaşması yardım edib. Şahidlər şəhərin peşmərgənin müqaviməti olmadan alındığını deyib.
Telekanalın xəbərinə görə, İraq gücləri K-1 hərbi bazasını, Baba-Qurqur neftçıxarma ərazisini, valiliyi, aeroportu və mühüm infrastruktur yolları nəzarətinə götürüb. Bundan sonra şəhərin min nəfərdən çox əhalisi Ərbil və Süleymaniyyə istiqamətində köç edib.
Xatırladaq ki, ötən ay İraq Kürdüstanı müstəqillik referendumu keçirərək 92,7 faiz səs qazanmışdı. Bundan sonra Bağdad ölkənin bölünməsinin yolverilməzliyini əsas gətirərək Kərküün alınması qərarı verib.