Britaniya İranı parlamentinə haker hücumu təşkil etməkdə ittiham edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Daily Telegraph” yazıb. Xəbərdə deyilir ki, hələlik hücumun motivi bəlli deyil, lakin güman edilir ki, bu, İran İnqilabı Keşikçiləri Korpusunun nüvə razılaşmasını pozmaq cəhdidir. Məqsəd isə İranın nüvə silahı hazırlamasının önünü açmaqdır.
Xatırladaq ki, oktyabrın 13-də Tramp ABŞ-ın İranla bağlı yeni strategiyasını açıqlayıb. Həmin strategiya isə Tehrana qarşı yeni sanksiyaları nəzərdə tutur. ABŞ prezidenti bunu İranın nüvə razılaşmasına əməl etməməsilə əsaslandırıb.
Öz növbəsində İran prezidenti Həsən Ruhani də ABŞ-ın yeni strategiyasını sərt tənqid edərək, bunu ABŞ-İran münasibətlərinə hədə adlandırıb.