şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan universitetlərində yerli ziyalılara “Fəxri professor” adının verilmə proseduru…

Image


Azərbaycan da daxil olmaqla dünyanın nüfuzlu elm ocaqları, ali məktəbləri tanınmış dövlət xadimlərinə, prezidentlərə fəxri professor, fəxri doktor titulu verirlər. Bu günə kimi Azərbaycanda bir sıra xarici ölkə prezidentləri Bakı Dövlət Universitetinin fəxri professoru tituluna layiq görülüblər. Azərbaycan Prezidenti İlham Əliyev də bir sıra xarici ölkə ali məktəblərinin fəxri professoru tituluna layiq görülüb. Əlbəttə, bu kimi hallar ölkələr arasında siyasi, iqtisadi, elmi münasibətlərin daha da möhkəmlənməsinə səbəb olur.

Bildiyimiz kimi, Azərbaycan ali məktəblərində, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elm və təhsillə əlaqəsi olmayan xarici dövlət xadimlərinə fəxri professor adı verilməsi təcrübəsi var.   

AMEA-nın və yerli ali məktəblərin ölkənin elmlə və pedaqoji fəaliyyətlə məşğul olmayan populyar ictimai-siyasi xadimlərinə, mədəniyyət adamlarına, politoloqlarına, iqtisadçılarına, ədəbiyyat adamlarına fəxri professor adı vermək təcrübəsi varmı? İndiyə qədər AMEA və ali məktəblər tərəfindən elm və təhsillə bağlılığı olmayan hansı ictimai-siyasi xadimə, mədəniyyət adamına fəxri professor adı verilib?

Qeyd edək ki, Sovet dövründə belə bir təcrübə olub. Azərbaycanda böyük şairimiz Səməd Vurğun heç bir elmi-pedaqoji fəaliyyət göstərməməsinə baxmayaraq, birbaşa Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib və xeyli müddət bu qurumun vitse-prezidenti vəzifəsində çalışıb. S.Vurğun Elmlər Akademiyasının ilk akademiklərindən biri olub. Yeri gəlmişkən, onu da bildirək ki, dahi şairimizin, ümumiyyətlə, tam ali təhsili olmayıb. Lakin o görkəmli ədəbiyyat xadimi, nüfuzlu ictimai sima olaraq akademik seçilib.

  • Sadiq Qarayev: “Azərbaycanda hələlik belə təcrübə yoxdur”

AMEA-nın Mərkəzi Nəbatat Bağında Ağac və kol bitkiləri laboratoriyasıın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Yazıçılar İttifaqının üzvü Sadiq Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan ali məktəbləri və AMEA tərəfindən qeyri-elm və qeyri-təhsil sahəsində çalışan heç bir tanınmış şəxsə fəxri professor adı verilməyib. “Azərbaycanda hələlik belə təcrübə yoxdur. Azərbaycan Milli Elmlər Akademiyasında 50 yaşına qədər doktorluq müdafiə edənlərə, yaxud elmlər doktoru olan, 5 aspirantı müdafiə edən alimlərə professor adı verilir. Ali məktəblərdə də həmçinin. Bir də ali məktəblərə və AMEA-da xarici vətəndaşlara, dövlət xadimlərinə fəxri professor adlarının verilməsi təcrübəsi var. Ancaq ölkə daxilində tanınan ictimai-siyasi xadimlərə, politoloqlara, iqtisadçılara və s. fəxri professor adı verilmir. Mən, ümumiyyətlə, bununla rastlaşmamışam. Fəxri professor adını ancaq AMEA-nın Rəyasət Heyəti verə bilər. Ancaq bunun üçün də həmin şəxsin, ən azından, elmi dərəcəsi olmalıdır” - deyə S.Qarayev vurğuladı.

  • İlqar Orucov: “Yalnız tanınmış mədəniyyət xadimlərinə, muğam ifaçılarına, elmi fəaliyyətlə məşğul olmasalar belə, fəxri professor adı verilir”

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov isə “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda yalnız tanınmış mədəniyyət xadimlərinə ali məktəblərin fəxri professoru adı verilir. “Azərbaycanda bununla bağlı konkret bir təcrübə yoxdur. Ancaq, bildiyim qədər, yalnız tanınmış mədəniyyət xadimlərinə, muğam ifaçılarına, elmi fəaliyyətlə məşğul olmasalar belə, fəxri professor adı verilir. Yəni onların elmi iş müdafiə edib- etməməsi əsas deyil, əsas onların sənəti götürülür. Bir neçə tanınmış muğam ustadına fəxri professor titulu verilib. Ancaq bu, digər sahələrdə yoxdur. Dünyada yalnız belə bir təcrübə var ki, dünyanın görkəmli dövlət xadimlərinə, prezidentlərinə hörmət əlaməti olaraq ali məktəblər tərəfindən fəxri professor titulu verilir. Azərbaycan universitetləri tərəfindən də bir sıra xarici ölkə rəhbərlərinə fəxri professor titulu verilib. Milli Elmlər Akademiyasının xarici fəxri üzvləri var və onların əksəriyyəti elm-təhsil adamı deyillər. İranın sabiq prezidenti Haşimi Rəfsancani Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü idi. Yəni bizdə bu təcrübə var. Ancaq Azərbaycanın özündə ictimai-siyasi fəaliyyətlə və digər sahələrlə məşğul olan nüfuzlu adamlara bizim ali məktəblər və AMEA tərəfindən fəxri professor adı verilmir” - deyə İ.Orucov bildirdi.

O vurğulayır ki, öz sahəsində tanınan və dövlətə fayda verən şəxsiyyətlərin fəxri professor adı almasına heç bir ehtiyac yoxdur. İ.Orucov hesab edir ki, fəxri professor titulunun xarici dövlət başçılarına verilməsi daha əhəmiyyətlidir, bu onlara bəslənən hörmətin ifadəsidir. “Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə xarici ölkənin nüfuzlu ali məktəblərinin fəxri doktoru, fəxri professorudur. Bu, dövlət başçısına olan ehtiramın göstəricisidir. Demək istəyirəm ki, fəxri professor titulunu dövlət başçıları səviyyəsindən aşağı salmağa ehtiyac yoxdur”.   

O bildirdi ki, bəzi fəlsəfə doktorları kitablarının sayına, qazandıqları elmi nailiyyətlərin səviyyəsinə görə universitetlərin fəxri professoru adına layiq görülürlər. Ancaq elm və təhsildən kənarda olanlara isə bu titulun verilmədiyini deyən İ.Orucovun sözlərinə görə, SSRİ dövründə, indikindən fərqli olaraq, elm və təhsildən kənar olan şəxsiyyətlərə fəxri professor, akademik titulları verilib. “Sovet dövründə belə təcrübə olub, hətta ali təhsili olmayan adam belə bu titulları qazanıb. Böyük Azərbaycan şairi Səməd Vurğunun ali təhsili olmayıb, ancaq o, akademik seçilib və Akademiyanın vitse-prezidenti olub. Akademiyanın ilk üzvlərindən biridir. Səməd Vurğun böyük fenomendir. Hər kəs Səməd Vurğun ola bilməz. Onun kimi şəxsiyyətlərin yetişməsi üçün 100 illər lazımdır. Fəxri titul verilməsi məsuliyyət tələb edən işdir, o ancaq Səməd Vurğun kimi şəxsiyyətlərə, fenomenlərə verilə bilərdi. Bu gün cəmiyyətdə bilmirlər ki, heç onun ali təhsili olmayıb. Azərbaycanda o cür fitri istedadlar olsa, yəqin ki, onlara fəxri professor adı vermək barədə düşünmək olar” - deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ