Cümə axşamı günü, 01 oktyabr 2026
     

Həm dərs deyir, həm elmi iş, həm də dərslik yazır - ona görə bu gündəyik...

Image


Məhərrəm Zülfüqarlı: “...Bu sistem kökündən dəyişməli, ciddi islahatlar aparılmalıdır”

Hər bir dövlət üçün dərslik strateji əhəmiyyət daşıyır. Odur ki, dünyanın bütün ölkələrində dərslik məsələsinə çox həssas yanaşılır. Mütəxəssislərin də dediyi kimi, təhsil prosesinin əsas aləti dərslikdir, dərsliklər mükəmməl, nöqsansız olmalıdır ki, bu həm təhsilin səviyyəsinə müsbət təsir etsin, həm də şagirdlərin biliyini daha da inkişaf etdirsin. Keçən yazımızda da qeyd etmişdik ki, dərslik məsələsi daim müzakirə mövzusudur.

Elm və təhsil nazirindən tutmuş sadə vətəndaşa qədər hər kəs dərsliklərin səviyyəsindən, məzmunundan narazıdır, hətta o dərslikləri bir dəfə əlinə götürüb vərəqləməyənlər də, orda nələrin yazıldığından yerli-dibli xəbəri olmayanlar da bu məsələ barədə söz deyir, mövqe bildirir. Bir qayda olaraq, dərslik müəllifləri hədəfə alınır, belə rəy formalaşdırılır ki, guya bütün bunlara görə yeganə məsuliyyət sahibi müəlliflər və həmmüəlliflərdir. Bu olduqca həssas və incə, o cümlədən də mürəkkəb proses olduğu üçün onun dərinliklərinə hər kəs enə bilmir. Bir dərslik müəllifləri bilir ki, hər dərsliyi yazarkən hansı əzab-əziyyətlərdən keçilir. Biz dərslik müəlliflərini əsla müdafiə etmirik, heç belə bir fikrimiz də yoxdur. Onların arasında əsl mütəxəssis, öz sahəsini yaxşı bilən, şərait olarsa daha mükəmməl dərslik yaratmağa qadir olanlar az deyil, amma onlarla yanaşı bu sahədə bəzi fürsətcil naşılar da var ki, işləri-gücləri alayarımçıq tərcümə edib ortaya dərslik adlı makulatura çıxarmaqdan ibarətdir. Belələrini keçən dövrlərdə daha çox gördük. Amma bugünə baxanda bu sahədə bişən, peşəkarlaşan müəllifləri daha çox görürük. Bu öz yerində. İndi görək bizim dərsliklərimizin səviyyəsi əsasən niyə qənaətbəxş deyil, biz niyə həmişə narazı qalırıq, bu nöqsanlar niyə var?

Bəzi dərslik müəllifləri ilə söhbətimiz zamanı bir sıra diqqətçəkən məsələlərlə qarşılaşdıq. Dərslik müəlliflərinin əksəriyyəti şəraitsizlikdən narazılıq edir. Məsələn, dərslik müəlliflərindən biri bizə bu gün dünyada, o cümlədən Türkiyədə olan bir təcrübədən danışdı. Türkiyədə dərsliklərin hazırlanması prosesinə çox həssaslıqla, zərgər dəqiqliyi ilə yanaşılır, bu ölkənin aidiyyəti nazirliyi dərsliklərin mükəmməl olması üçün bütün mümkün resurslardan istifadə edir. Türkiyənin Təhsil Nazirliyi dərslik yazan müəllifləri gördükləri digər işlərdən ayıraraq onlara bir illik akademik məzuniyyət verir ki, müəlliflər özlərini yalnız dərslik yazmağa həsr etsinlər, əlavə işlər görməsinlər. Eyni zamanda da nazirlik dərslik yazanları bütün texniki imkanlarla, mənbələrlə təmin edir, o cümlədən, bu qrupun tərkibinə psixoloqları, dilçiləri, metodistləri və sairi də qoşur ki, onlar dərsliklərin dilinə, onlar dərsliklərin şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olub-olmadığına və sairə nəzarət etsinlər. Prosesə kompleks yanaşma olur və dərsliyin az qala hər səhifəsi bu qrup tərəfindən müzakirə edilir. Bir sözlə, dərslik müəllifləri və onlarla işləyən digər insanlar bəlli saatlarda nazirliyin onlara ayırdığı məkanda oturub bu işi görürlər.

Bizdə vəziyyət necədir?

Dərslik müəllifləri deyirlər ki, Azərbaycanda bu mənzərə tamamilə fərqlidir. Dərslik müəllifləri həm ali və orta məktəbdə dərs deyir, eyni zamanda elmi iş yazır, həm dərslik üzərində çalışır, üstəlik də tarix və digər sahələrdə mənbələr arasındakı ziddiyyətli məsələləri araşdırır, demək olar ki, heç bir əlavə texniki dəstəkləri olmur. Bunu onların özləri deyirlər, yoxsa biz dərsliklərin hansı çətinliklər bahasına başa gəldiyini hardan bilə bilərik ki?! Onu da deyək ki, hətta bəzi dərslik müəllifləri bütün bu işlərə paralel olaraq da DİM-in bunkerlərində test suallarının hazırlanmasında iştirak edirlər. Yəni bir müəllif dərslik yazmaqla yanaşı həm də bu qədər digər işlərlə yüklənir. Halbuki, onlara da nazirlik akademik məzuniyyət verə, bütün lazımı texniki vasitələrlə, mənbələrlə təmin edə bilər. Bu olduqca vacib bir məsələdir. Yəni dərslik müəlliflərinə hərtərəfli şəraitin yaradılması zəruridir.

Dərsliklərin səviyyəsindən söz düşmüşkən, biz hələ dərsliklərin yazılmasında heç bir iştirakı olmayan, ümumiyyətlə dərsliyin içindən xəbərsiz olan ali məktəb dekanlarının, kafedra müdirlərinin, bəzi rektorların, elmi-tədqiqat institutlarının direktorlarının adlarının zor-xoş o dərsliklərin üzərinə pərçim edildiyini demirik. Bu başqa yazının mövzusudur.

“Dərslik yazan mütəxəssislərə akademik məzuniyyətin verilməsi, onlara hər cür şəraitin yaradılması vacibdir”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqralı “Bakı-Xəbər”ə təəssüflə bildirdi ki, Azərbaycanda dərsliklərin yazılması məsələsi çox acınacaqlıdır: “Türkiyədə bu sahədə oturuşmuş sistem var, müəllimə böyük hörmət var. Müəllimə “hocam” deyirlər. İnsanlar hər yerdə hocaya hörmətlə yanaşırlar. Bu onların cəmiyyətdə tutduğu yerdir, mövqedir. Türkiyədə Atatürkdən gələn bir sistem qurulub ki, o sistem bunu formalaşdırıb. Bizdə isə Sovet rejimindən çıxmış bir dövlət kimi hələ də dərsliklərin yazılması, təhsilin idarə olunması sahəsində çoxlu nöqsanlar mövcuddur. Birincisi, ali məktəblərdə dərslik yazmaq nazirliyin inhisarından çıxıb. Çünki əvvəl nazirlikdən icazə almaq lazım idi. İndi elmi şuranın qərarı ilə dərslik yazmaq olur. Özüm bir neçə dərsliyin müəllifiyəm. Amma orta məktəb dərsliklərində ciddi problemlər var. Bu prosesə nazirlik adətən özünə uyğun insanları cəlb edir. Çünki burda maliyyə məsələsi, yerlibazlıq, qohumbazlıq, dostbazlıq, proteksiya, rüşvət kimi hallar var. Bu da dərsliklərin keyfiyyətinə mənfi təsir göstərir. Bütün bunları aradan qaldırmaq üçün normal ölkələrin, o cümlədən də qardaş Türkiyənin təcrübəsindən bəhrələnməliyik. Bunun üçün də çox ciddi islahatlara ehtiyac var”.

M.Zülfüqarlının fikrincə, hazırda təhsili idarə edən, təhsilin müəyyən strukturlarına rəhbərlik edən insanların əksəriyyəti gənc kadrlardır, nə dərslik yazmaqda, nə də dərs deməkdə təcrübələri var: “Bu da həmin problemlərin həllinə mane olur. Mənə belə gəlir ki, gələcəkdə dediyim nöqsanlar aradan qaldırılarsa keyfiyyətli dəsrliklər ortaya çıxar və təhsilin də keyfiyyəti artar.

Dərslik yazan mütəxəssislərə akademik məzuniyyətin verilməsi, onlara hər cür şəraitin yaradılması vacibdir. Onlar akademik məzuniyyətdə olarkən işlədikləri müəssisələr tərəfindən əməkhaqları da ödənilməlidir. Amma təəssüf ki, bizdə bu kimi məsələlərə yanaşma fərqlidir. Hər bir mütəxəssisin əməyi qiymətləndirilməlidir. Bütün başqa ölkələrdə belədir ki, mütəxəssisin əməyi qiymətləndirilir. Bizdə isə başqa cürdür. Dərslik müəlliflərinə nəinki şərait yaradılmır, hətta onlara minnət qoyulur ki, Allahınıza şükür edin adınız dərsliyin üstündə müəllif kimi yazılır. Elm sahəsində də səhv yanaşmalar var. Məsələn, bir adam elmlər doktorluğunu müdafiə edib professor adı almaq istəyirsə onun qarşısına şərt qoyulur ki, bizdən bir qəpik almadan dərslik yaz, o dərsliyi öz hesabına çap etdir, üstəlik də məqalələrin xaricdə çap olunsun. Bunu isə hər adam edə bilmir. Müdafiə şuralarının üzvlərinə belə maaş verilmir, onlar ictimai əsaslarla işləyirlər. Dərslik müəllifləri də həmçinin. Halbuki, tənqid etdiyimiz Sovet dövründə müəlliflərin əməyi qiymətləndirilirdi. Məsələn, elmi iş müdafiə etmək ərəfəsində olan şəxslərə əməkhaqları ödənilmək şərtilə altı aylıq akademik məzuniyyət verilirdi ki, o öz elmi işi ilə məşğul olsun, müdafiəyə hazırlaşsın. İndi isə belə deyil. Məncə, bu məsələlərə baxış, yanaşma, bu sistem kökündən dəyişməli, ciddi islahatlar aparılmalıdır. Bundan sonra problemlər öz həllini tapmış olar” - deyə M.Zülfüqarlı əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ