Cümə axşamı günü, 01 oktyabr 2026
     

Stabil ailə artımı probleminə dövlət müdaxiləsinin yeni mərhələsi gəlib...

Image


Demoqrafik proses iqtisadi, siyasi və digər sosial proseslərin təsiri altında inkişaf edir. Bu isə öz növbəsində bütün digər sosial proseslərin gedişatına təsir göstərir.

Bu gün qlobal demoqrafik problemin əhəmiyyəti dünya iqtisadiyyatında, xüsusən inkişaf etməkdə olan ölkələrdə sürətli artım təhlükəsini dərk edən bütün dövlətlər tərəfindən tanınır.

Demoqrafik inkişaf səviyyəsi milli maraqların təhlükəsizliyinə birbaşa təsir edir

Əhali artımının iqtisadiyyata təsirinin bəzi məqamlarını nəzərdən keçirəndə qeyd etmək lazımdır ki, say artımı daxili bazarda artıma səbəb olur. Bu amil, xüsusilə milli istehsalın gücləndirilməsinə zəmin yaratdığına görə adambaşına təbii ehtiyatların nisbətinin böyük olduğu inkişaf etməkdə olan və ya az məskunlaşan ölkələrdə təsirli olur. Digər tərəfdən əhalinin artması istehsal miqyaslı iqtisadiyyatların yaranmasına gətirib çıxarır ki, bu da yalnız bir insana lazımi minimum investisiyanı qoymağa imkan verir. Həmçinin əhali kütləsinin artması ilə tələb avtomatik olaraq böyüyür və kapital genişlənməsi də baş verir. Ölüm səviyyəsinin azalması səbəbindən əhalinin artması iqtisadi fayda deməkdir, burada uşaqların əmək yaşına qədər yaşaması və sonrakı əmək fəaliyyəti böyümələri, tərbiyələri, təhsilləri və s. ilə bağlı xərcləri kompensiya edir. Son iyirmi ildə Azərbaycan Respublikası Hökuməti 1994-cü ildə dünyanın 179 dövləti, o cümlədən Azərbaycan tərəfindən təsdiq edilmiş Qahirə Proqramının müddəalarına uyğun olaraq, əhalinin inkişafı sahəsində bir sıra fəal hərtərəfli tədbirlər həyata keçirir. Ölkə hökuməti insan amilinin inkişafına qoyulan investisiyaların sabit iqtisadi böyümənin və yüksək səmərəli inkişafın əsası olduğunu qəbul etdi. Konfransdan sonra Azərbaycan Respublikası Hökuməti əhali ilə bağlı problemlərin siyasi proqramlara və inkişaf strategiyasına daxil edilməsi ilə bağlı hərtərəfli bir metod əsas götürüb. Qahirə konfransından 22 il sonra dünya ölkələrində və xüsusən də Azərbaycanda davamlı iqtisadi böyümənin demoqrafik cəhətlərinin aktual olduğu və tez-tez yeni məzmunla doldurulması simvolikdir. Dövlət siyasəti milli dövlət maraqları əsasında qurulur. Demoqrafik inkişaf səviyyəsi iqtisadi artım səviyyəsinə, dövlətin müdafiə qabiliyyətinə və milli maraqların təhlükəsizliyinə birbaşa təsir edir. Bu baxımdan əhali siyasətinə milli təhlükəsizlik sahəsində siyasi fəaliyyətin əsas elementi kimi baxmaq lazımdır. Milli təhlükəsizlik siyasətinin demoqrafik cəhəti, ilk növbədə, vətəndaşların həyatının qorunmasını, habelə insan ömrünün artması, demoqrafik çoxalmanın səmərəliliyi səviyyəsinin artması və demoqrafik azadlıqların genişlənməsi ilə bir-biriylə əlaqəli olan təbii çoxalma proseslərini təmin etməkdir.

Doğum nə az, nə çox, düz 60 faiz azalıb...

Ümumilikdə, demoqrafiya məsələlərinin işıqlandırılması, cəmiyyətdəki demoqrafik dəyişiklikləri və onların sosial, iqtisadi təsirlərini təhlil edərək, bu məsələlərin ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Bu işıqlandırma, gender bərabərliyi, ailənin sosial institut kimi rolu, əhali artımı və ya azalması kimi məsələlərə toxunur və bu mövzular dövlət siyasətinə və cəmiyyətin gələcəyinə təsir etdiyi üçün vacib hesab olunur. Dövlətin əsas sütunlarından biri də stabil əhali artımıdır. Son illər Azərbaycanın demoqrafik göstəricilərində azalma tendensiyası özünü göstərir. Düzdür, əhalinin sayı artır, amma artım dinamikası aşağıdır, əvvəlki illərdəki kimi deyil. Bir neçə il əvvəl ildə 150-170 min uşaq dünyaya gəlirdisə, bu il bu, 100 mindən də aşağı düşəcəyi gözlənilir. Bu ilin ilk yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 45 min 616 doğulan körpə qeydə alınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6.3 faiz azdır. Doğum nə az, nə çox düz 60 faiz azalıb. 2014-cü ildə Azərbaycanda 170 min 503 uşaq doğulmuşdu. O baxımdan demoqrafik azalmanı önləmək üçün nə kimi tədbirlərin görülməsinə ehtiyac var?

Gənc ailələri işlə təmin etmək, onların mənzil şəraitinin yaxşılaşdırılması vacibdir

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının fikrincə, əhali artımı hər bir ölkənin sosial vəziyyətinin göstəricisi də hesab oluna bilər: “Bəzi ölkələrdə əhali artımına xüsusi qayğı, diqqət var. Məsələn, hər doğulan uşağa görə uşaqpulu verilməsi, çoxuşaqlı ailələrə xüsusi qayğı göstərilməsi bura daxildir. Tənqid etdiyimiz SSRİ dövründə çoxuşaqlı analar təltif edilirdi. Belə ki, 10 uşağı olan analara “Qəhrəman ana” ordeni verilirdi. Beş-altı uşağı olan analara medal verilirdi. Bunun arxasında maddi təminat da var idi. Bütün bunlar ailələri həvəsləndirirdi. Xüsusən 1945-ci ildə müharibə bitdikdən sonra sovet dövründə əhali artımına çox diqqət edirdilər. O vaxt Azərbaycanın da müharibədə çox itkiləri oldu. Ancaq o zaman əhali artımı yüksək idi. Son illər məlum olduğu kimi, bir sıra sosial və digər səbəblər üzündən əhali artımı elə də yüksək deyil. Ona görə də əhalinin artımına xüsusi qayğı göstərilməsinə ehtiyac var. Bunun üçün birinci növbədə uşaqpulu məsələsi yoluna qoyulmalıdır və gündəmə gəlməlidir. Əsasən də parlamentdə deputatlar buna xüsusi diqqət etməlidilər. Parlamentdə olan deputatların mütləq əksəriyyəti uşaq olarkən o uşaqpuludan bəhrələniblər. Bundan başqa, təbliğatı artırmaq lazımdır. Maarifləndirməyə xüsusi önəm verilməlidir. Bir də gənc ailələrə qayğı göstərmək lazımdır. Bunun üçün başlıcası onları normal işlə təmin etmək lazımdır. Bir də mənzil şəraitinin yaxşılaşdırılması vacibdir. Azərbaycanda işsizlik, az maaş və mənzil problemi üzündən cavanlar evlənməkdə tərəddüd edir. Ya da evlənəndən sonra sosial qayğılar üzündən ailədə bir və ya iki uşağın olmasına üstünlük verirlər. Əhali artımının aşağı düşməsi həm də bununla əlaqədardır. Gənc ailənin büdcəsi 1000 manatdırsa və onun 500 manatı kirayəyə gedirsə, o zaman o ailədə artımdan danışmaq olmaz. Bir sözlə, ailələrin sosial təminatına xüsusi önəm verilməlidir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ