Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanın universitet rektorları öz məzunlarının taleyinə niyə bu qədər biganə qaldılar?

Image


Kamran Əsədov: “Heç bir universitet rəhbərliyinin çıxış edib “nə üçün bizim 4 və ya 5 il ərzində yetişdirdiyimiz məzunlar bu qədər asanlıqla sistemdən silinir” sualını qaldırmaması…”

Son illər Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən sertifikasiya imtahanları nəticəsində minlərlə orta məktəb müəllimi işini itirərək və işsizlər ordusuna qatılıb. Aralarında hətta 20- 25 il iş stajı olan müəllimlər belə var. Bu insanlar uzun illər əmək fəaaliyyətindən sonra əmək pensiyası hüququnu da itirdilər.

Məlumdur ki, həmin şəxslərin mütləq əksəriyyəti Azərbaycanın pedaqoji yönümlü universitetlərinin məzunları olub. Lakin maraqlısı odur ki, bu pedaqoji yönlü universitetlərin birinin rəhbərliyindən hər hansı bir reaksiya gəlmədi, onların heç biri səsini çıxarmadı ki, mənim rəhbərlik etdiyim universitetin məzunlarının 5 illik zəhmət bəhrəsi olan diplomunu bir an içində niyə bu qədər mənasız və hörmətsiz kağız parçasına döndərirsiz. Daha maraqlısı odur ki, bu sertifikasiya imtahanlarını tərtib edənlərin mütləq çoxu Azərbaycan universitetlərinin yox, xaricdə hansısa universitetin və ya kollecin məzunlarıdır. Yəni nəticə etibarilə burada xarici universitetlərin və ya xarici kolleclərin qarşısında Azərbaycan universitetlərinin aşağılanma prosesi də gedir.

Sertifikasiya imtahanlarında minlərlə kənara atılmış universitet müəlliminə təhsil və diplom vermiş universitet rektorlarının niyə səsi çıxmadı? Onlar öz məzunlarının taleyinə niyə bu qədər laqeyd qaldılar?

Təhsil eksperti Kamran Əsədov baki-xeber.com-a şərhində bildirdi ki, son illərdə müəllimlərin sertifikasiyası adı altında həyata keçirilən prosesin mahiyyətinə diqqətlə baxdıqda, onun təhsilin keyfiyyətinin yüksəldilməsinə deyil, daha çox sosial-selektiv mexanizmə çevrildiyi aydın görünür. Elm və Təhsil Nazirliyinin təqdim etdiyi rəqəmlərə əsasən, 2021-ci ildən 2024-cü ilin sonunadək sertifikasiya imtahanlarında iştirak edən müəllimlərin 25-30 faizi minimal keçid balını toplaya bilmədiyi üçün əmək müqaviləsi ləğv edilib. 2023-cü ildə bu rəqəm 7 min nəfəri ötüb: “Bu şəxslərin əksəriyyəti 15 ildən artıq iş stajına malik idi. Onların içində 20, hətta 25 il siniflərdə çalışan, ucqar kənd məktəblərində şagirdlərin savadlı böyüməsi üçün bütün gücünü sərf edən şəxslər var idi. Sertifikasiya nəticəsində yalnız işindən deyil, eyni zamanda əmək pensiyası hüququndan da məhrum edilmiş bu insanlar sosial və hüquqi baxımdan ciddi zərbə alıblar.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçinin əmək funksiyasını yerinə yetirməyə ixtisasca və ya peşə səviyyəsinə görə yararsız olması əsas sayılırsa, bu zaman əmək müqaviləsinə xitam verilə bilər. Sertifikasiyadan keçməmə halı bu bəndə istinadla əsaslandırılır. Lakin həmin müəllimlər dövlət tərəfindən rəsmi lisenziyası olan pedaqoji ali məktəblərin məzunlarıdır və onların diplomları əsasında uzun illər tədris aparıblar. Əgər bu diplom əsasında müəllimlik hüququ verilmişdisə, bu gün onu sertifikatla ləğv etmək, əslində o diplomu verən universitetin fəaliyyətini, proqramlarını, professor-müəllim heyətini qeyri-legitim saymaq anlamına gəlir. Bu isə Təhsil haqqında Qanunun 5.1-ci maddəsində qeyd olunan “təhsilin dövlət təminatlılığı və fasiləsizliyi” prinsipinə ziddir.

Daha önəmli məsələ isə universitetlərin mövqeyidir. Sertifikasiyada uğursuz olmuş minlərlə müəllim Azərbaycanın pedaqoji yönümlü ali məktəblərinin – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrinin məzunlarıdır. Bu diplomların dövlət tərəfindən tanınması, ali təhsilin normativ sənədlərlə tənzimlənməsi və akkreditasiya ilə legitimləşdirilməsi fonunda həmin məzunların “ixtisassız” elan edilməsi həm də bu universitetlərin nüfuzuna ciddi zərbədir. Heç bir universitet rəhbərliyinin çıxış edib “nə üçün bizim 4 və ya 5 il ərzində yetişdirdiyimiz məzunlar bu qədər asanlıqla sistemdən silinir” sualını qaldırmaması elmi və etik məsuliyyətdən yayınmaq kimi görünür”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, sertifikasiya sistemində bəzi müsbət məqamlar da nəzərə çarpır: “Məsələn, müəllimlərin bilik və bacarıqlarının yenilənməsi, yeni kurikulum və texnologiyalarla işləmək qabiliyyətinin yoxlanılması, dövlət məktəblərində peşəkarlıq səviyyəsinin monitorinqi baxımından bu sistemin tətbiqi müəyyən mənada stimullaşdırıcı rol oynaya bilər. Lakin dünya təcrübəsi göstərir ki, belə sistemlər mərhələli, sosial müdafiə ilə təmin olunmuş və diaqnostik əsaslı olmalıdır. Məsələn, Finlandiyada müəllimlər hər 5 ildən bir peşəkar inkişaf yoxlamasına cəlb edilir, lakin bu prosesdə nəticəsi zəif olan müəllim dərhal işdən çıxarılmır. Ona inkişaf planı təqdim olunur, əlavə təlimlərə göndərilir və əmək haqqısı müvəqqəti olaraq dondurulur, lakin hüquqi təminatı saxlanılır. Eyni yanaşma Sinqapur və Estoniya kimi ölkələrdə də bu tətbiq edilir – bilik yoxlama vasitəsi sosial müdafiədən məhrumetmə alətinə çevrilmir.

Azərbaycan reallığında isə bu proses tam əksinə işləyir. Müəllimlərə öncədən heç bir hazırlıq, adaptasiya mərhələsi, peşəkar inkişaf proqramları təklif olunmadan birbaşa test imtahanına salınır və nəticə mənfi olduqda, əmək fəaliyyəti ilə vidalaşmaq məcburiyyətində qalırlar. Bu isə təkcə onların ailə büdcəsinə deyil, psixoloji və peşəkar motivasiyasına da ağır zərbə vurur.

Əgər məqsəd təhsildə keyfiyyəti artırmaqdırsa, bu, mövcud insan resursunu sıfırlamaqla deyil, onları inkişaf etdirməklə mümkündür. Əks təqdirdə, baş verənlər gələcəkdə ali təhsilə marağın azalması, müəllimlik peşəsinin prestijini daha da itirməsi, nəticədə isə ölkədə təhsilin kadr bazasının boşalması ilə nəticələnə bilər.

Dəyişməli olan sistemin özüdür – müəllimlər deyil. Onlara səmimi şəkildə dəstək verilməli, ali məktəblərlə orta məktəblər arasında effektiv əlaqə qurulmalı, sertifikasiya diaqnostik funksiyanı yerinə yetirməli, sosial cəza vasitəsinə çevrilməməlidir. Əgər bu yanaşma dəyişməzsə, Azərbaycanın təhsil sistemi daha da fraqmentləşəcək, ali təhsil müəssisələri isə sadəcə sənəd verən quruma çevriləcək. Bu vəziyyət isə nə müəllimə, nə tələbəyə, nə də dövlətə xidmət edir”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ