Ötən gecə Yasamal rayonu ərazisində taksi sürücüsü nəqliyyat departamentinin əməkdaşını döyüb. Lent.az-ın məlumatına görə, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığındakı taksi dayanacağında qeydə alınıb.
Bakı Sərnişin və Yük Daşıma Departamentinin əməkdaşı, 27 yaşlı Mirsadıq Həmidov xidməti vəzifəsini yerinə yetirərkən "50 CK 149” dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsini idarə edən taksi sürücüsü Vüsal adlı şəxs tərəfindən döyülüb. Taksi sürücüsü nəqliyyat işçisini döydükdən sonra hadisə yerindən qaçıb.