Cümə günü, 13 noyabr 2026
     

Mühəndislik Universitetinin prorektorunun beynəlxalq miqyasda qürurverici uğurları... - MÜSAHİBƏ

Image


“Azərbaycanlı alimlərdən bu sistemdə kifayət qədər istinadı olan...”

Məlum olduğu kimi, Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, Maliyyə kafedrasının dosenti Elçin Süleymanovun elmi nəşrlərinə “Scopus” bazasındakı jurnallardakı istinad sayı 100-ü ötüb. E.Süleymanovla əlaqə saxlayıb ondan müsahibə götürdük.

- Elçin müəllim, beynəlxalq elmi ictimaiyyətin Azərbaycan alimlərinin elmi əsərlərinə, nəşrlərinə istinad etməsini qənaətbəxş saymaq olarmı?

- Ümumiyyətlə, bir tədqiqatçının elmi işlərinə istinad edilməsi onun tədqiqatının ciddiliyinin və əhəmiyyətliliyinin göstəricisidir. Hazırda dünyada istinadları əsasən 3 sistem hesablayır. Ən ciddi elmi jurnallarda çıxan elmi məqalələrin istinadlarını “Clarivate Analitics” şirkətinin “Web of Science” sistemi, “Scopus” sistemi və “Google Scholar” sistemi. Bunlardan ən elmi olani ilk ikisi, ən əhatəli olanı üçüncü sistemdir. Azərbaycanlı alimlərdən bu sistemdə kifayət qədər istinadı olan mərhum Lütfüzadə sayılır. O, istinad sayına görə dünyanın ilk yüzlüyündədir. Bu yolda hazırda xarici ali təhsil müəssisələrində fəaliyyət göstərən iyirmiyə yaxın həmvətənimiz var ki, onların da elmi işlərinə istinad əhəmiyyətli saydadır. Azərbaycanda fəaliyyət göstərən elm adamlarının ümumi göstəriciləri bir az zəif olsa da, müəyyən elm adamları var ki, onların elmi işlərinə diqqət qənaətbəxşdir.

- Müasir beynəlxalq indeksli jurnallara bizim alimlərin çıxış imkanlarını necə dəyərləndirmək olar?

- Əvvəldə qeyd etdiyim kimi, “Web of Science” sistemində indeklənən təxminən on iki minə yaxın elmi jurnalda və “Scopus” bazasındakı iyirmi minə yaxın jurnaldakı nəşrlərdir. Etiraf etmək lazımdır ki, istər Sovet dönəmində, istərsə də son on ilə qədər müstəqillik dövrümüzdə bunun sayı çox az idi. Bu sistemdə son 50 ildəki nəşr sayı “Webof Science”da on iki min, “Scopus”da 15 minə yaxındır. Bu nəşrlərin 50 faizindən çoxu son 10 ilin, qalanı isə əvvəlki qırx ilin payına düşür.

- Sizin elmi nəşrlərinizə “Scopus” bazasındakı jurnallardakı istinad sayı 100-ü ötüb. Sizə qədər hansısa Azərbaycan alimi bu pilləyə çata bilibmi, yoxsa siz hələ ki, yeganə alimsiniz?

- Deməzdim ki yeganə aliməm, amma azsaylı müəlliflərdənəm. Azərbaycandan “Scopus” bazasında ən azı bir nəşri olan dörd minə yaxın alimimiz var. Amma təəssüf ki, nəşrlərinə ən azı bir istinadı olan elm adamının sayı minədək azdır. Ümid edirəm ki, gələcəkdə bu göstərici daha da artar.

- “Scopus” bazasındakı istinad sayının 100-dən çox olması humanitar elmlərdə Azərbaycanda ən yüksək göstəricilərdən biridir. Bu göstəricilər Azərbaycanla əlaqəli tədqiqatlara beynəlxalq elmi ictimaiyyətin diqqətini və marağını cəlb edə bilirmi?

- Mənim müxtəlif beynəlxalq elmi resurs bazalarına yüzə yaxın elmi əsərim daxil edilib. Bunların əksəriyyəti Azərbaycan və region ölkələrinin iqtisadiyyatı ilə əlaqəlidir. Qətiyyətlə onu deyə bilərəm ki, bu cografiya ilə əlaqəli ciddi elmi tədqiqatlara çox böyük diqqət var. Misal üçün “Academia.edu”, “Researchgate.net”, “Web of Science Thomson Reuters. Growkudos”, ORCID ve “Scopus” şəbəkəsində tədqiqatlarımızı yüzdən çox ölkədən yarım milyona yaxın insan oxuyub. Bu onu göstərir ki, elm adamları bu coğrafiyadan olan ciddi tədqiqatları oxuyur və öz çalışmalarında onlara istinad edirlər.

- Elçin müəllim, “Scopus” bazasının başqa eyni profilli platformalardan üstünlüyü nədir ki, bu gün ona böyük maraq var?

- Bu bazalar bütün dünyada universitetə müəllim kimi qəbul ediləndə, elmi ad və dərəcə veriləndə, eyni zamanda, maaşı daha çox olan tədqiqatçı alim statusu veriləndə diqqətə alınır. Çünki bu bazalardakı nəşr və istinadlar universitetlərin beynəlxalq reytinqinin hesablanmasında 20-40 faiz təsir göstərən əsas komponentdir. Bu bazada mənim də bir neçə nəşrim və onlara kifayət qədər istinad olunca BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, “The Korea Institute for International   Economic Policy” (KIEP) və “World Economic Surveyin” kimi ona yaxın mötəbər qurum məni Azərbaycandan ekspert kimi dəvət etdilər. Eyni zamanda, burdakı nəşr aktivliyinə görə beynəlxalq layihələrə və jurnalların elmi heyətinə dəvətlər çox olur. Mən indiyə qədər 20-yə yaxın bu sistemdəki elmi jurnallarin məqalələrinə rəyçi olmuşam. Düşünürəm ki, bu platformalarda   tədqiqatlar çox olunca, elm adamlarımıza böyük əməkdaşlıq imkanları açılır. 

- Məlumatımıza görə, elmi nəşrlərin ən əhəmiyyətli göstəricisi “Scopus” və “Web of Science” tərəfindən hesablanan istinad və yüklənmə statistikalarıdır ki, BMU əməkdaşlarının bu göstəricisi də hər gün daha da artır. Universitet olaraq buna necə nail oldunuz?

- Artıq 3 ildir ki, BMU-da reytinqli beynəlxalq jurnallarda nəşrlərin artırılması istiqamətində müntəzəm işlər görülür. Universitetdə ildə bir neçə dəfə elmi nəşrlərin yazılması və nəşr imkanları istiqamətində təlimlər keçirilir. İldə bir dəfə nüfuzlu elmi jurnallarda nəşrlərə görə (jurnalların impact faktoruna görə 3000 AZN-500 AZN arası) pul mükafatı verilir. Universitetimiz Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Web of Science” və “Scopus” elmi bazalarına və “Plagiat.pl” portalına abunədir. Bunun nəticəsi olaraq BMU-da nəşrlərin sayı hər il əvvəlki ilə görə 30-40 faiz artır. 2017-ci ildə BMU əməkdaşlarının “Web of Science” bazasında 8, 2018-də 18, 2019-da 28 və 2020-ci ilin sentyabr ayına 23 nəşri qeydə alınıb. İlin sonuna bu sayın 40-a çatacağı proqnozlaşdırılır. Bu göstəricilərə görə BMU respublika üzrə ilk onluqda, ictimai elmlərdə ilk üçlükdə yer almaqdadır.

- Bu gün Azərbaycanda dünya elmi ictimaiyyətinin diqqətini çəkmək üçün beynəlxalq indeksli jurnallar çap etmək olarmı? Nəzərə alsaq ki, yerli universitetlərin bəziləri elmi jurnal nəşr edirlər, amma onların səviyyəsi haqda elə də müsbət fikirlərə rast gəlinmir. Bu baxımdan, müasir beynəlxalq tələblərə uyğun belə nəşrlər yaradılmalıdırmı?

- Hazırda “Clarivate Analitics” sistemində, biri əsas sitatgətirmə sistemində və beşi genişləndirilmiş bazada olmaqla 6, “Scopus” bazasında isə yeddi elmi jurnal yer alır.Yaxın illərdə həm sayın, həm də bu jurnalların elmi dəyərinin artmasını arzu edirəm. Hazırda Q1 kateqoriyasinda yeganə elmi jurnalımız akademik Fikrət Əliyevin redaktoru olduğu “Applied and Computational Mathematics” jurnalıdır. Müasir tələblərə uyğun elmi jurnal yaratmaq çətindir, amma mümkündür. Bunun üçün müəyyən zəhmət və iradə lazımdır.

- Son illər Təhsil Nazirliyinin “Clarivate Analitics” və “Scopus” kimi məşhur elmmetrik şirkətlərlə əməkdaşlığının müsbət təsiri olaraq ali təhsil müəssisələrində müasir elmi-tədqiqat işlərinin sayında əhəmiyyətli artımlar olub. Məlumatlara görə, son dövrlər Azərbaycan bu sistemdə indekslənən jurnallarda nəşr olunan ciddi elmi məqalələrin sayına görə Cənubi Qafqazda liderdir. Buna necə nail ola bilmişik?

- Bir neçə universitetdə, xüsusilə UNEC, BMU, “Xəzər” universiteti kimi universitetdə ciddi mükafat fondu ayrılıb. Eyni zamanda, AAK-da elmi ad və dərəcələr verilərkən bu sistemdəki nəşrlərə böyük diqqət göstərirlər. Düşünürəm ki, bu istiqamətdə dəstək artırılarsa, nəticələr daha da yaxşı olar. 2017-ci ildə Elmin İnkişafı Fondu tərəfindən, sadəcə, bir dəfə keçirilən “İlin alimi” müsabiqəsinin Təhsil Nazirliyi tərəfindən hər il keçirilməsi və burada konkret elmmetrik göstəricilər diqqətə alınmalıdır. Təvazökarlıqdan uzaq olaraq, onu deyim ki, münsiflər heyəti 2017-ci ildə ilk dəfə keçirilən bu müsabiqədə humanitar və ictimai elmlər üzrə “İlin alimi” olaraq məni seçmişdilər və bunun motivasiyama çox müsbət təsiri oldu. Milli və beynəlxalq patent müəllifləri üçün konkret mükafatlandırma sistemi qurulması, Türkiyədə tətbiq edilən impact faktorlu jurnallarda nəşrlərə görə mərkəzi bir mükafatlandırma sisteminin Təhsil Nazirliyinin himayəsində qurulmasi çox önəmlidir. Türkiyədə TUBİTAK tərəfindən ULAKBİM təşviq sistemi tətbiq edildikdən sonra nəşr sayı bir neçə dəfə artdı.

- Bizimlə müqayisədə bu sahədə digər Cənubi Qafqaz ölkələrinin vəziyyəti necədir?

- Ümumi nəşr sayına görə biz Cənubi Qafqazda Gürcüstandan sonra ikinciyik. Amma son üç ildir ki, Azərbaycan liderdir. Ümid edirəm ki, bir neçə ilə həm ümumi nəşr sayında, həm də illik nəşr sayında nəinki Cənubi Qafqazın, ümumiyyətlə, yaxın regionun ilk sıralarında olacağıq. Son illərdəki nəşr aktivliyi və bir çox universitetdə bu nəşrlərin qiymətləndirilməsi buna əsas verir. Eyni zamanda, Təhsil Nazirliyinin hər iki elmmetrik baza ilə müqavilə bağlayaraq onları universitetlərimiz üçün əlçatan etməsi buna təkan verir.

- Azərbaycanı dünyanın elmtutumlu ölkələri sırasına gətirmək, Azərbaycan elmini dünyada tanıtmaq, qəbul etdirmək üçün nə etmək lazımdır?

- Bunun üçün ilk öncə bakalavr pilləsindən tədqiqat metodları fənni keçirilməli və müasir tədqiqat kompyuter proqramları tələbələrə öyrədilməlidir. Eyni zamanda, bu sistemdəki əksər jurnalın ingilis dilində məqalə qəbul etməsini nəzərə alaraq, akademik dil bacarıqları artırılmalıdır. Bununla yanaşı, UNEC-in differensial əməkhaqqı sistemi kimi həvəsləndirici amillərlə tədqiqatlara diqqət artırıla bilər. Həmçinin, elmi ad və dərəcə verilərkən ən əhəmiyyətli meyar bu jurnallardakı nəşr və istinadlar olmalıdır. Bir çox inkişaf etmiş ölkədə elmi dərəcə PhD səviyyəsi ilə yekunlaşır və elmi ad, sadəcə, nəşrlərə görə verilir. Yəni PhD dərəcəsi olan biri universitetə professor köməkçisi kimi işə alınır və nəşr aktivliyinə görə ona dosent və professor adı verilir, bunun konkret elmmetrik meyarları var. Bu meyarlar hamını təşviq edir ki, tədqiqatlarının sayını artırsın. Eyni zamanda, dosent və professorlar hər beş ildən bir yenidən attestasiya edilir və göstəriciləri azalıbsa, onlarla müqavilə yenilənmir. Göstəriciləri artanları isə daha yaxşı vəzifə və maaşla həm öz universiteti, həm də rəqib universitetlər dəyərləndirir.

- Bəzən belə fikirlərə rast gəlirik ki, Azərbaycan alimlərinin bir çoxu xaricdə yüksək reytinqli jurnallarda çap olunmaq üçün çətinlik çəkirlər. Hətta bu üzdən onların pirat jurnallara üz tutduqları da iddia edilir. Bu barədə hər hansı bir informasiyanız varmı?

- Xüsusilə ictimai elmlərdə bu proses bir az çətindir. Mənim hələ ki, Azərbaycan üçün ən reytinqli nəşrlərdən olan “Renewable and Sustainable Energy Reviews” jurnalında həmmüəllifi olduğum iki məqalə var ki, onların nəşr prosesi iki-üç il çəkdi. “Scopus İmpact” faktoru 25-dən yuxarı olub, dünyadakı yüz minə yaxın elmi jurnal içində H-indexsinə görə ilk iyirmi jurnal arasında və enerji sahəsində ilk 5-likdə olan bu jurnalda nəşr sonrası istinad sayı da kifayət qədər sürətlə artdı. İki ildə bir məqaləyə “Scopus” bazasında 47, digərinə 33 istinad oldu. Yəni 101 istinadın 80-ni bu iki nəşrə görədir. Ona görə də yüksək impactlı jurnallarda nəşr hədəflənməlidir. Eyni zamanda, düz vurğuladınız, hazırda pirat jurnal dediyimiz saxta jurnallarda pulla məqalə çap etdirən çoxlu elm adamımız var ki, bu fırıldaqçıların toruna düşür və minlərlə dollar vəsaitlərini itirirlər. Ona görə   diqqətli olmalıdırlar. Azərbaycanın ali təhsil qurumları hər iki sistemə abunə olduğundan, jurnalları yalnız bu sistemdən seçib məqalə göndərməlidirlər.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşdü

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ