Cümə günü, 13 noyabr 2026
     

Dövlət İmtahan Mərkəzi ilə bir sıra ekspertlərin mübahisəsi - bu il qəbul imtahanlarında göstəricilər necə yüksək olub...

Image


Builki qəbul imtahanlarının nəticəsi ilə bağlı ekspertlərin fikirləri birmənalı deyil. Bir çox ekspert hesab edir ki, 2020-ci ildə keçirilən qəbul imtahanlarının nəticələri əvvəlki illərlə müqayisədə aşağıdır. Bildirildiyinə görə, həm pandemiya, həm də DİM tərəfindən müxtəlif qruplar üzrə təqdim edilən suallar abituriyentlərin çoxuna imkan verməyib ki, onlar daha yüksək nəticə əldə etsinlər.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bunun əksini deyir. DİM sədri, öz növbəsində, bəzi ekspertlər tərəfindən builki qəbul nəticələrinin keçənilki nəticələrdən aşağı olması barədə deyilən fikirləri də düzgün saymayıb.

Kim haqlıdır, ekspertlər, yoxsa DİM sədri?

Əvvəlcə qeyd edək ki, bir çox ekspert 2019-cu ildə də, DİM-dən fərqli olaraq, qəbul imtahanlarının nəticələrinin aşağı olduğunu iddia edirdilər. Bu gün də onlar hesab edirlər ki, builki qəbulun nəticələri keçənilkindən də aşağı düşüb. Ekspertlər bunu əsasən pandemiya dövründə imtahana salınan sualların çətinliyi ilə izah edirlər. Onlar, həmçinin, hesab edirlər ki, pandemiya dövründə yaranan məlum vəziyyətlə əlaqədar olaraq builki qəbulda yüksək nəticə əldə edilməsi inandırıcı görünmür. Onların fikrincə, DİM pandemiya şəraitini əvvəlcədən nəzərə almalı idi və sualları bu şəkildə təqdim etməli deyildi.

  • İlqar Orucov: “Qəbul imtahanlarının nəticələrini qənaətbəxş saymıram”

Məsələni “Bakı-Xəbər”ə şərh edən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, tanınan təhsil eksperti İlqar Orucovun fikrincə, builki qəbul imtahanlarının nəticəsi DİM sədrinin dediyindən fərqli olaraq, qənaətbəxş deyil. “Mən qəbul imtahanlarının nəticələrini qənaətbəxş saymıram. Çünki cəmiyyətdə də bununla bağlı xeyli narazılıq, narahatlıq var. Düşünürəm ki, DİM indiki dönəmdə insanları nəzərə almalıdır. Xeyli insan pandemiyadan zərər çəkib, insanlar, ən azından, neçə ay evdə olublar. Onlar neçə ay müəllim yanına gedə bilməyiblər. Bu insanların durumunu bir qədər də gərginləşdirməyə ehtiyac yoxdur. İndiki dönəmdə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları ilə bağlı xeyli sayda narazı olan insan var. Fikirləşirəm ki, DİM bir qədər yumşalmaya getməlidir”.

İ.Orucov hesab edir ki, DİM pandemiya ilə əlaqədar mütləq şəkildə builki məzunları nəzərə almalı idi, lakin almayıb. “Dövlət İmtahan Mərkəzi mart ayında belə bir qərar qəbul etdi ki, mart ayından tədris ilinin sonuna qədər olan mövzular buraxılış imtahanlarında nəzərə alınmayacaq. Ancaq pandemiya ilə əlaqədar olaraq imtahana hazırlaşan builki məzunlar, həm də ötən illərin məzunları xeyli çətinliklə qarşılaşdığından, mütləq şəkildə DİM vəziyyəti nəzərə almalı idi. Açığı, deyə bilmərəm ki, bu nə dərəcədə nəzərə alınıb, yaxud alınmayıb. Ancaq, bütövlükdə, hazırkı şəraitdə vəziyyət yalnız onunla bağlı deyil ki, məktəblər bağlı oldu. Eyni zamanda, pandemiya insanların psixi durumunda ciddi problemlər, psixoloji gərginliklər yaratdı. Bir tərəfdən pandemiya ilə mübarizə, digər tərəfdən insanların xəstəlikdən qorxması, reallıq budur ki, imtahanla bağlı narahatlıqlar vardı. Xüsusilə nəzərə alsaq ki, imtahan verən insanların böyük əksəriyyəti müəllim yanına gedirdi, amma bu ilin mart ayından pandemiya ilə əlaqədar olaraq bu proses olmadı. Ona görə də hesab edirəm ki, DİM humanist mövqeyini ortaya qoymalıdır. Keçənilki, yaxud ondan əvvəlki illərin imtahan sualları səviyyəsindəki suallar bu il qəbul imtahanlarına daxil edilməməli idi. Hətta, bildiyim qədər, sullarda elə bir dəyişiklik olmayıb, builki imtahanların da suallarının ağırlıq dərəcəsi əvvəlki illərin imtahan suallarının ağırlıq səviyyəsindən heç də fərqlənməyib. Fikrimcə, bu belə olmamalı idi. Əgər olubsa da belə, bu, keçid ballarında özünü göstərəcək. Bu baxımdan düşünürəm ki, ən azından, keçid balları aşağı salınmalıdır”.

İ.Orucov hesab edir ki, insanların təhsil alması üçün imkanlar genişləndirilməli, qapılar açılmalıdır. “Ali məktəblərin qapıları ali təhsil almaq istəyən insanların üzünə açıq olsun” - deyən İ.Orucovun fikrincə, insanlarımıza keyfiyyətli təhsil verilməlidir. “Eyni zamanda, verdiyimiz təhsilin nəticəsini qiymətləndirməliyik” - deyə İ.Orucov bilirdi.

  • Nadir İsrafilov: “Göstəricilər zəif olsa belə...”

Digər tanınmış təhsil eksperti Nadir İsrafilovin məsələyə mövqeyi isə belə oldu: “Hər şeydən əvvəl kiçik bir xatırlatma edim ki, BMT-nin Elm və Təhsil Komitəsinin (UNESCO) və Dünya Bankının məlumatına görə, COVID-19 pandemiyası səbəbindən dünyada 1,5 milyarddan çox şagird təhsildən kənarda qalıb. Bir çox ölkə təhsilə pandemiya zərbəsinin qaşısını almaq üçün “baş sındırır”. “Dünyada uşaqların və yeniyetmələrin 53%-nin evdə kompyuteri, 47%-nin isə internetə çıxışı yoxdur. COVID böhranı UNESCO-nun keyfiyyətli təhsil proqramının parametrlərini və məqsədlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Pandemiya dövründə məktəb və universitetlərdə dərslərin dayandırılması BMT-nin 2030-cu ilə qədər ümumi təhsilin təmin edilməsi üzrə öhdəliklərinin yerinə yetirilməsi yolunda mövcud olan geriləməni gücləndirəcək. Buna görə də biz təhsil sahəsində ambisiyalı məqsədlərimizə yenidən baxmaq, onun gələcəyini yenidən düşünmək üçün bu dövrdən istifadə etməli olacağıq”.

İnsan iradəsindən asılı olmayaraq yaranan mövcud vəziyyətdən minimum ziyanla çıxmaq üçün bütün mümkün olan səy və vasitələrin səfərbər edildiyi bir zamanda təhsilin keyfiyyəti məsələsini mübahisələndirmək, nəyin müsbət, nəyin mənfi, nəyin səmərəli, nəyin səmərəsiz, nəyin yaxşı, nəyin pis olduğunun, o cümlədən də builki qəbul imtahanlarının nəticələrinin aşağı və ya yuxarı olub-olmamasının vurğulanmasına yönəlik fikirlər səsləndirmək, hesab edirəm ki, o qədər də ədalətli mövqe deyil. Göstəricilər zəif olsa belə, bu heç də, bütövlükdə, təhsilin keyfiyyətinin aşağı olması anlamına gələ bilməz.

Ümumiyyətlə, keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici nədir və ya hansılardır? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə, təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü?”

O vurğuladı ki, kütləvi pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti "cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsizliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya" kimi xarakterizə olunur. N.İsrafilovun sözlərinə görə, UNESCO-nun tərifinə əsasən, təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. “Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 civarında bal toplaması ilə ölçürük. Onu da nəzərə almırıq ki, pandemiya bütün dünya iqtisadiyyatına da, digər sahələrə də ciddi ziyan vurub, o cümlədən, təhsilə də təsirsiz ötüşməyib. Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibə zamanı istər yerli, istərsə də beynəlxalq ictimaiyyətə mühüm mesajlar verib. Cənab Prezident COVID-19 pandemiyasna qarşı mübarizəni diqqət mərkəzində saxladığını və dövlətin bütün resurslarının səfərbər olunaraq, xəstəliyin qarşısını almağa yönəldiyini bildirməklə, ölkə əhalisinin sağlamlığının hər şeydən üstün olduğunu vurğulayıb.

Əsas odur ki, minimum vəzifə - təhsilin ayaq üstə saxlanması təmin edilib, təhsildə fasiləsizliyin və dayanığlığın təmin edilməsi istiqamətində cəlb olunan qüvvələr maksimum səfərbər edilib. Təhsil naziri Emin Əmrullayevin də qeyd etdiyi kimi, “Təhsil xalqın gələcəyidir və nə olursa-olsun, davam etdirilməlidir, ancaq xüsusi şərtlər daxilində”.

Tələbələrə yönəlik birinci mərhələnin imtahanında 50 faiz açıq sualların ənənəvi qapalı suallarla əvəzlənməsi, müxtəlif səbəblərdən buraxılış imtahanında iştirak etməyən şagirdlər üçün əlavə imtahanların keçirilməsi, plan yerlərinin sayının 1,79 faiz, dövlət sifarişli yerlərin sayının 8 faiz artması, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlərin nəşri, qəbul prosesinin infeksiyanın profilaktikasına dair metodiki göstərişlərə uyğun təşkil edilməsi, lazımi sosial məsafənin saxlanmasının təmin olunması, DİM sədri tərəfindən valideynlər və abituriyentlərə çağırış edilməsi - daha nələr edilməlidir?

Bəzi ekspertlərin vəziyyəti obyektiv gerçəklik baxımından təhlil edib dəyərləndirmək əvəzinə, ekstrasens mövqeyindən çıxış edərək, münəccimlik etməsini və ictimaiyyət arasında pessimist əhval-ruhiyyə yaratmasını heç cür başa düşmürəm” - deyə N.İsrafilov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşdü

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ