24/04/2019 02:38
728 x 90

ABŞ səfiri Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada keçiriləcək görüşünü alqışlayır

img

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında dialoq məqsədilə münbit mühitin yaradılması üçün səy göstərirlər. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer deyib.

“ATƏT-in Minsk qrupunun həmsədrləri hazırda tərəfləri ayıran mürəkkəb məsələlərin müzakirəsi məqsədilə mühit, görüş yeri təşkil etməyə çalışırlar, dəstək olurlar”, - səfir martın 29-da Vyanada Azərbaycan və Ermənistan liderləri arasında görüşü şərh edərkən jurnalistlərə bildirib.

O, Vyana görüşünün yekunları və aprelin 15-də Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasında keçiriləcək görüşdən məmnunluq ifadə edib.

“Münaqişə tərəfləri arasında görüşlərin keçirilməsinin davam etməsindən məmnunam. Növbəti görüşün keçiriləcəyi məlum olub. ATƏT-in Minsk qrupunun həmsədrləri məhz bunu etməyə çalışırlar. Bizim məqsədimiz sülhə nail olmaqdır”, - səfir bəyan edib.

Xəbər verildiyi kimi, aprelin 15-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həllinə dair üçtərəfli görüş keçirəcəklər. Həmçinin görüşdə ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri iştirak edəcəklər.

Son xəbərlər