Bazar günü günü, 08 noyabr 2026
     

Tonoyanın “müharibə ilə yeni ərazilər” bəyanatına Ermənistanda sərt etirazlar – “Səhv buraxıb”...

Image


Ermənistanın siyasi dairələrinin son günlər səsləndirdiyi ziddiyyətli bəyanatlar bu ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülhə xidmət edən addımlar atmaqdan hələ də çox uzaq olduğunu göstərir. Ən azı o baxımdan ki, Ermənistan rəsmilərinin dedikləri ilə əməlləri hələ də əvvəlki kimi bir-biri ilə ciddi ziddiyyət təşkil edir.

Digər tərəfdən, vəziyyətin təhlili erməni rəsmiləri arasında Qarabağ məsələsinəd yekdil mövqe və siyasətin olmadığını da üzə çıxarır. Məsələn, Strasburqda keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan yenidən bildirir ki, biz xalqlarımızı sülhə hazırlamalıyıq: “Ermənistanla Azərbaycan arasında yeni vəziyyətə qədəm qoymalıyıq”. Amma Ermənistanın müdafiə naziri David Tonoyan bu durumda fərqli mövqe sərgiləyərək Azərbaycanın yeni ərazilərinin işğal ediləcəyi ilə bağlı sərsəm fikirlər səsləndirir.

Ekspertlər hesab edir ki, hazırda Ermənistanda Qarabağ münaqişəsi ilə bağlı dilemma hökm sürür və hakimiyyət vahid siyasət yürütməkdə çətinlik çəkir. Bu vəziyyət davam edəcəyi təqdirdə isə savaş ehtimalı əhəmiyyətli dərəcədə artır. Artıq Bakı bu məsələdə kifayət qədər açıq mövqe sərgiləyib və onu da xüsusi vurğulamaq lazım gəlir ki, Azərbaycan tərəfinin verdiyi bəyanatlar Ermənistanda çox ciddi narahatlıqlar yaradır. Burada onu da xatırladaq ki, məlum Vyana görüşündən sonra Prezident İlham Əliyev “müharibə hələ bilməyib” bəyanatı verdi. Ardınca müdafiə naziri Zakir Həsənov bildirdi ki, “ ermənilər hücuma keçəcəksə, Tonoyanla İrəvanda görüşəcəm”. Məhz bu fikirlər ermənilərin ciddi qorxularına səbəb olub. Ermənistan mediası artıq bir neçə gündür “Həsənov Tonoyanla İrəvanda görüşəcək” fikirlərini şərh edir, “Tonoyan Həsənovu İrəvanda qarşılamağa hazırdırmı” sualı üzərində müzakirələr aparırlar. Müzakirələr, xüsusilə erməni hərbi birləşmələrinin döyüş qabiliyyətinin zəifliyi fonunda qurulur. Erməni şərhçi Aram Sarkisyan yazır ki, Ermənistan ordusundakı problemlər təcili şəkildə həll olunmalıdır: “Bu gün orduda problemlər hələ də qalır. Mövcud vəziyyət ordunun müharibə aparması üçün adekvat deyil. Buna görə də Tonoyan indidən Həsənovu İrəvanda necə qarşılayacağı haqda düşünməlidir”.

Ordusunun durumundan yaxşı xəbərdar olan ehtiyatda olan general-mayor, Ermənistan ictimai şurasının üzvü Arkadi Ter-Tadevosyan da İrəvanın Bakını savaşla hədələməsinin anlaşılmaz olduğunu qeyd edir: “Mənim fikrimcə, David Tonoyanın bəyanatı səhvdir. Müdafiə naziri əsgərdir, icraçıdır, nə əmr edilərsə, onu da yerinə yetirməlidir. Mən onun bəyanatını başa düşə bilmirəm, bəlkə mən səhv edirəm?. Bir neçə il əvvəl daim deyirdim ki, bizim hücum etmək ixtiyarımız var, amma zaman elədir ki, öz və rəqib qüvvələrinin səviyyəsini bilməliyik. İndi müdafiə xəttində möhkəm oturmuşuq, yalnız mən anlamıram ki, necə hücum etmək, zərbə endirmək olar. Ancaq bağışlayın, təkcə bizim resurslarla, bizim ordu ilə hücum edə bilmərik. Burada diplomatiya işləməlidir”. Onun sözlərinə görə, erməni diplomatiyası zəifdir, ordu və diplomatiya arasında əlaqə yoxdur.

Erməni şərhçi Qalust Qriqoryan isə, təkcə diplomatiya yox, ordunun da çox zəif olduğunu vurğulayır. O bu xüsusda hətta erməni ordusunda baş verən çoxsaylı yeni biabırçı faktlar da açıqlayıb:“Ordumuzun son illərdə xeyli zəifləməsi açıq-aşkar olan faktdır. Bunun birinci səbəbi ordudan yayınma hallarının artmasıdır. Son illərdə Ermənistan cəmiyyətində silahlı qüvvələrin nüfuzu sürətlə düşür. Çoxsaylı əsgər ölümləri təkcə ön cəbhədə yox, həm də arxada, döyüşün getmədiyi yerlərdə də qeydə alınır. Zabitlərin əsgərləri təhqiri, genişmiqyaslı korrupsiya, “dedovşina”, normal qidalanma və geyimin yoxluğu, xüsusilə alt paltarlarının çatışmazlığı və digər hallar erməni gənclərinin ordudan qaçmasına səbəb olub. Bütün bunların fonunda erməni generallarının dəbdəbəli həyat tərzi qıcıq yaradır. 2016-cı ilin “aprel müharibəsi”ndə çoxlu erməni əsgərinin ölümünü də əlavə etsək, erməni gənclərinin belə orduda xidmət etmək istəməməsi təbiidir. Hansı ailənin imkanı varsa övladlarını orduya göndərmir, yaxud da arxa cəbhədəki “elit” hərbi hissələrə göndərirlər. Bütün bunlara görə erməni gənclər, hətta ordudan yayınmağın çıxış yolu kimi, gey olmaqdan da çəkinmirlər, çünki homoseksuallar hərbi xidmətdən azaddır. 2003-cü ildə Ermənistanda homoseksuallığa görə cinayət təqibinin ləğv edilməsi, 2008-ci ildə seksual oriyentasiya və gender bərabərliyi haqqında BMT Bəyannaməsinin imzalanması da buna geniş imkanlar yaradır. Təbii ki, hərbi komissarlığı və tibb komissiyasını aldatmaq elə də asan deyil, lakin bu, hərbi xidmətə getməmək qərarı verən cavan oğlanları  dayandırmır. Onlar hərbi xidmətə getməmək və həlak olmamaq üçün hər şeyə hazırdırlar”. Qalustyan Ermənistanda homoseksualların sayının artmasının ikinci səbəbinin Avropada qaçqın statusunu almaq olduğunu yazır: “Ölkədə ictimai-iqtisadi vəziyyətin yaxşılaşması perspektivi yoxdur. Erməni cəmiyyətində homofobiyanın güclü olması, LGBT nümayəndələrinin diskriminasiyaya məruz qalması, geylərin fiziki təhdidlərə məruz qalması, ata evindən qovulması kimi hallar cinsi azlıqların nümayəndələrinin və özlərini bu zümrəyə aid edənlərin əlini gücləndirir. Belə şəxslər Qərb ölkələrində asanlıqla qaçqın statusu ala bilir. Ölkədən qaçmaq istəyən gənclərin sürətlə homoseksualizmə üz tutmasının səbəblərindən biri də budur”. Qalustyan belə bir orduya malik Ermənistanın Azərbaycanı savaşla hədələməsinin sadəcə acı gülüş doğurduğunu da açıq şəkildə vurğulayır.

Digər tərəfdən, əvvəlki kimi Ermənistan ordusunda hərbi qulluqçuların müəmmalı ölümü və yaralanması, rüşvətxorluq, xidmət yerindən qaçma, xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirmə kimi müxtəlif hadisələr qeydə alınır ki, bu da əsgər valideynlərinin kəskin etirazlarına səbəb olmaqdadır.  Bundan başqa, orduda özbaşınalıq, komandanlıq tərəfindən tabelikdə olan şəxsi heyətə ciddi nəzarətin təşkil olunmaması, vəzifələrinə səhlənkar yanaşma və səlahiyyətləri aşma, intizam cəzalarının düzgün verilməməsi, qarşılıqlı münasibətlərin nizamnamələrə uyğun qurulmaması da bir çox cinayətlərə yol açır ki, bu da Ermənistan ordusunun ənənəsinə, əsgər valideynlərinin isə baş bəlasına çevrilib. Daha bir səbəb isə övladlarının ölümü ilə bağlı valideynlərə doğru-düzgün məlumatların verilməməsidir ki, bu da müəmmalı şəraitdə ölən hərbçilərin valideynlərində bir çox cavabsız sualların yaranmasına zəmin yaradır. Övladlarını itirənlərin etirazına səbəb həm də hərbçinin ölümü barədə yayılan rəsmi məlumatların sosial şəbəkələrdə yazılanlarla, hərbçinin xidmət yoldaşlarının danışdıqları ilə və istintaq orqanlarının verdiyi məlumatlarla tam fərqli olmasıdır. Ermənistanda ajiotaja səbəb olan məsələlərdən biri də bu ölkənin silahlı qüvvələrində tüğyan edən rüşvətxorluq hallarıdır. Düşmən ordusunda istədiyi hər şeyə görə istər vətəndaşlar, istərsə də hərbi qulluqçular mütləq rüşvət vermək məcburiyyətindədir. Xidmət yerini dəyişmək, ön xətt mövqelərinə düşməmək, xidmətə yenidən qayıtmaq, rütbəni vaxtında almaq, başqa vəzifəyə keçmək, Dağlıq Qarabağdan Ermənistanda olan hərbi hissəyə keçirilmək, hətta normal yeməklə təmin olunmaq üçün belə hərbçilərdən rüşvət tələb olunur. Rüşvət verə bilməyənlər isə çıxış yolunu qaçmaqda görür. Xüsusən də işğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında xidmət yerindən özbaşına qaçma hallarının sayı artmaqda davam edir. Məsələn, erməni mediasının məlumatına əsasən, 2018-ci ilin 2-ci yarısında orduya çağırılan Seryoja Nersisyan hələlik məlum olmayan səbəbdən xidmət yerini özbaşına tərk edib.
Digər bir xəbərdə isə bildirilir ki, hərbi hissənin tibb məntəqəsində stasionar müalicə alan hərbi qulluqçular Nareq Qaroyan və Gevorq Minosyan qaçıb. Hər üç hərbi qulluqçu düşmən ordusunun 5-ci dağ atıcı alayının əsgərləridir. Tibb məntəqəsindən qaçan hərbçilərin isə döyüldüyü iddia olunur. Erməni hüquq müdafiəçisi Janna Aleksanyan qeyd edir ki, orduda belə halların sayı yüzlərlədir: “İnqilaba baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi, prokurorluq və istintaq komitəsi keçmiş fəaliyyət tərzini davam etdirir. Yenə də işgəncə izlərini, orduda olan problemləri həll etmək əvəzinə gizlədir, bu barədə məlumatları ictimailəşdirəni susdurur”.

Belə vəziyyətdə, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin yaydığı məlumata əsasən, 2017-ci illə müqayisədə 2018-ci ildə atəşkəs rejiminin pozulması nəticəsində ölüm halları 3 dəfə azalsa da, səhhətinə görə ölüm halları 40%, yol qəzalarında ölüm halları isə 2 dəfə artıb. Onu da qeyd edək ki, bəzi erməni komandirlər baş vermiş cinayətləri, hərbi hissədə olan ölüm faktlarını bədbəxt hadisə kimi sənədləşdirməklə özlərini cinayət məsuliyyətindən yayındırırlar. Bu isə hadisələr zamanı xəsarət alan hərbi qulluqçuların və onların ailə üzvlərinin avtomatik sığorta pulları, kompensasiyalar, yardımlar və yaxud digər müavinətlər almaq imkanlarının üzərindən birdəfəlik xətt çəkir. Təbii ki, belə hallar Ermənistan cəmiyyətində və hərbçi ailələrində ordu rəhbərliyinə qarşı etirazların çoxalmasına səbəb olur. Hətta işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilən hərbi hissələrdə vəziyyət o dərəcədə acınacaqlıdır ki, Müdafiə Nazirliyi və hissə komandirləri hər vəchlə valideynləri əsgərlərdən, onların xidmət yerlərindən maksimum təcrid etməyə çalışırlar. Məhz bu vəziyyətdə erməni cəmiyyətində belə bir fikir formalaşır ki, Azərbaycanla savaşmaq əvəzinə onunla sülhə gəlmək daha məqsədəuyğun olardı. Erməni mediası isə yaranmış vəziyyətdə hakimiyyəti daha diqqətli olmağa və hərtərəfli düşünməyə çağırır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət edir - CANLI

08.11.2026 / 11:55
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ