19/07/2019 12:47
728 x 90

Ermənilər hansı Marağadakı 100 erməninin 10 aprel soyqırımından danışırlar...

“Ermənilərin Marağada azərbaycanlıların soyqırım törətməsi barədə dedikləri cəfəngiyyatdır”

img

Ermənilər öz çirkin niyyətlərinə uyğun olaraq, hər zaman Azərbaycana qarşı təbliğat aparırlar. Bu minvalla Azərbaycan barəsində həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Özləri təcavüzkar siyasət yeritmələrinə baxmayaraq, Azərbaycanı həyasızcasına təcavüzdə ittiham edirlər.

Erməni mətbuatının yazdığına görə, guya Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan orada yaşayan dinc ermənilərə qarşı soyqırım həyata keçirib və bunlardan biri də 1992-ci il aprelin 10-da Ağdərənin Marağa kəndində yaşanıb. Guya Azərbaycan hərbçiləri 1992-ci il aprelin 10-da kəndi ələ keçirərkən dinc insanları qətlə yetiriblər, oradakı evlər yandırılıb və s. Bu səbəbdən hər il ermənilər aprelin 10-u tarixini xüsusi qeyd edirlər və belə təəssürat yaratmaq istəyirlər ki, guya həmin günü kənd sakinləri qırğına məruz qalıblar.

Ancaq reallıqda 1992-ci ildə Ermənistan Azərbaycana qarşı soyqırım siyasəti həyata keçirib. Fevralın 17-də Qaradağlı kəndi işğal edildi və nəticədə onlarla dinc sakin qətlə yetirildi. Ondan sonra, fevralın 26-da Xocalı soyqırımı həyata keçirildi. Nəticədə 613 nəfər qətlə yetirildi. Ümumiyyətlə, 1988-ci ildə münaqişə başlayandan sonra Ermənistan işğalçı qüvvələri Azərbaycan kəndlərində soyqırım həyata keçiriblər.

Bütövlükdə, ermənilərin Marağa kəndi ilə bağlı uydurmalarının kökündə nə dayanır və səslənən iddialar nə dərəcədə realdır?

  • Məhərrəm Zülfüqarlı: “Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidəni məhv etdilər”

Məsələyə aydınlıq gətirən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, ermənilərin sözügedən kəndlə bağlı dedikləri uydurmadır: “Bununla bağlı bəzi tarixi məqamları qeyd etmək lazımdır. Məsələ ondadır ki, ermənilərin Azərbaycana kütləvi şəkildə köçürülməsi 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra başlayıb. Həmin müqavilədə belə bir bənd var ki, təəbələrin maneəsiz köçürülməsi. Burada məqsəd xristian ermənilərini Azərbaycana köçürmək idi. Ona görə ki, müsəlmanları nəzarətdə saxlasınlar. 1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürüldü. Onlar məskunlaşdıqları ərazini gəldikləri yerlə bağlı olaraq Marağa kəndi adlandırdılar. Sonralar kəndin adı erməniləşdirilərək Marağaşen oldu. 1954-cü ildə kənd Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirildi. 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150 illiyi ilə əlaqədar kənd ərazisində abidə ucaldıldı. 1988-ci ildə Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilər Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidəni məhv etdilər. Ancaq bu abidənin şəkilləri var. Bu da sübut edir ki, ermənilər bu ərazilərə gəlmədir və onları bura köçürüblər. 1992-ci ilin 10 aprelində Azərbaycan Ordusu orada dinc əhaliyə qarşı soyqırım aparmayıb. Bu, ermənilərin uydurmasıdır. Azərbaycan Ordusu 1992-ci ilin yayında kəndi işğaldan azad edib. Ondan sonra kəndə Şıxarx adı verilib. Ermənilərin Marağada azərbaycanlıların soyqırım törətməsi barədə dedikləri cəfəngiyyatdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər