şənbə günü, 14 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Cəmaləddin Əfqani

Image


XIX əsrdə Azərbaycan diasporunun tanınmış nümayəndəsi olmuş Cəmaləddin Əfqani 1 noyabr 1838-ci ildə Həmədan yaxınlığındakı Əsədabad kəndində anadan olub. Beş yaşında Qurani-Kərimi oxumağı öyrənən Cəmaləddin uşaqlıq illərində ərəb ədəbiyyatı və o dövrdə uşaqlara tədris olunan “müqəddimət” adlı tədris dövrünü müvəffəqiyyətlə başa vurub.

Cəmaləddinin ailəsi o dövrdə qəbilələr arasında baş verən etnik mübahisələr və qarşıdurmalar səbəbilə Qəzvinə köçmək məcburiyyətində qalır. Kiçik yaşda olmasına baxmayaraq, Qəzvində təhsilini davam etdirən Cəmaləddin qısa müddət ərzində fiqh, ərəb ədəbiyyatı, məntiq, üsul və başqa elmi sahələrdə təhsil alır. 1850-ci ildə Tehrana gedən Cəmaləddin tanınmış alim Seyid Məhəmməd Sadiq Təbatabai Həmədaninin dərslərində iştirak etməyə başlayır və bir müddət sonra ustadın diqqətini özünə çəkməyi bacarır. Cəmaləddinin atası oğlundakı elmi zəkanın və qabiliyyətin güclü olduğunu gördükdə onu öz ustadı olan Şeyx Mürtəza Ənsarinin yanına, İraqın Nəcəf şəhərində yerləşən İslam Elmləri Mərkəzinə təhsil almağa göndərir. Dörd il ərzində ustadı Şeyx Mürtəza Ənsaridən üsul, şəriət hökmləri, fiqh, hədis, məntiq, tibb, riyaziyyat və astronomiya elmlərini öyrənən Seyid Cəmaləddin dördüncü ilin sonunda ictihad dərəcəsinə yüksəlir və ustadından ictihad icazəsi barədə sənəd alır. Onun bu müvəffəqiyyəti Nəcəf, Kərbəla, Samirə və Kazımeyn kimi şəhərlərdə xalq arasında yayılmağa başlayır. Fəqət Seyid Cəmaləddinin müvəffəqiyyətini gözü götürməyən şəxslərin ucbatından o, Nəcəf şəhərini tərk etmək, hələ 16 yaşında ikən ailəsindən ayrılmaq məcburiyyətində qalır və etibar edilən alimlərdən biri ilə Hindistanın Bombey şəhərinə gedir. Bombey daha çox ticarətin inkişaf etdiyi şəhərlərdən biri olduğuna görə, Seyid Cəmaləddin təhsilini davam etdirmək məqsədilə Hindistanın Kəlküttə şəhərinə gedir. İki il ərzində bu şəhərdə qalan Cəmaləddin bir çox tanınmış ictimai xadim və alimlərlə tanış olur.

Qocaman Şərq həmişə böyük şəxsiyyətləri ilə zəngin olub. Onların hikməti, mühakiməsi və fikir dünyası bir neçə nəslin mənəvi inkişafına təkan verib, yeni ruhla yetişib formalaşmasına kömək edib. Belə şəxsiyyətlərdən biri də müasirlərin “Böyük bir şərqli”, “Müsəlman dünyasının mümtaz siması” adlandırdıqları Seyid Cəmaləddin Əfqanidir. O, keçən əsrin sonlarında İslam dəyərlərini, dünya xalqlarının mənəvi zənginliyini, fəlsəfi irsini, tarixini öyrənən və bütün müsəlman Şərqi üçün çıxış yolları axtarmağa çalışan, Şərq və Qərb mədəniyyətlərini mənimsəyən və özünün fəlsəfi sistemini müəyyənləşdirən mütəfəkkirdir. Doktor Şeyx Mustafa Əbdülrəzzaq yazır: “Seyid Cəmaləddinin əzəmətindən və böyüklüyündən danışarkən təkcə bunu demək kifayətdir ki o, yeni Şərq tarixində insanları azadlığa çağıran birinci şəxs idi və bu yolda şəhid olan da o olmuşdur...”

Son vaxtlara qədər onun hansı millətə mənsub olduğu dəqiq məlum olmayıb. Bəzi mənbələrdə onun ərəb millətinə mənsub olduğunu hesab edirlər. Hətta onun sevimli tələbəsi Şeyx Məhəmməd Əbdeh onun Hüseyn ibn Əli ibn Əbu Talib sülaləsi ilə peyğəmbər nəslinə mənsub olduğunu göstərir və seyid titulunu da bununla əlaqələndirir. Amma müasirləri, xüsusən də şagirdləri onun özündən milliyət etibarilə türk olduğunu eşitmişlər. Əhməd bəy Ağa oğlu gündəliyində yazır: “Cəmaləddin Əfqani ilə üç dəfə görüşdüm. İkinci görüşümüzdə onun əsli haqqında məlumat istədim, verdikləri cavabı hüzurunda dəftərimə yazdım. Onun sözlərini eynilə nəql edirəm: “Mənim atam və anam əslən Marağalıdırlar, fəqət sonralar Həmədana köçmüşlər. Mən Həmədanda anadan olmuşam. Həmədanda atamın işləri pozulduqda Əfqanistana hicrət etmək məcburiyyətində qalıb.” Marağa Azərbaycanın türk şəhərlərindən biridir. Cəmaləddin Azərbaycan dilini ana dili olaraq istifadə edirdi...” Seyid Cəmaləddinin Əfqani təxəllüsü də Əfqanistanla bağlı idi. İran istibdadından və onların təqibindən qurtarmaq üçün o özünü çox vaxt Əfqan təbəəsi kimi göstərib.

Millət, milli kimlik və onun əsas komponentləri məsələsi dünya ictimai fikrində XIX əsrdən başlayaraq geniş müzakirə obyektinə çevrilib. Türk dünyasında bu məsələni aktuallaşdıran, türklərin milli oyanış tezisini gündəmə gətirən ilk mütəfəkkir Seyid Cəmaləddin Əfqani olub. Əslən Azərbaycan türkü olan Cəmaləddin XIX yüzillikdə türk islahatçılığının nadir və parlaq simalarından olub. O, qeyri-adi istedad, dərin və çevik zəka sahibi, mahir natiq, öz ideyalarını fitri bir bacarıqla təlqinetmə qabiliyyətinə malik mütəfəkkir kimi tanınıb. Onunla ünsiyyətdə olanlar Cəmaləddini mütərəqqi düşüncəli, təvəzökar olduğu qədər də qürurlu, cəsarətli, haqsızlığa qarşı dözümsüz, hədsiz dərəcədə səxavətli, güclü hafizəyə malik müdrik bir insan kimi xatırlayır.

Ömrünü əsasən səyahətlərdə keçirən Seyid Cəmaləddin Əfqani bir müddət Hindistanda və Misirdə yaşayıb, Misir Universitetində professor olaraq işləyib, məşhur Ərabi paşa üsyanlarının rəhbərlərindən biri olub. Bir zaman sonra Hindistana köçmək məcburiyyətində qalıb, Heydərabadda məskunlaşıb, ingilislərin təkidi ilə oradan da uzaqlaşdırılıb. Daha sonra Tehranda yaşayıb və çox keçmədən Londona gedərək ömrünün bir hissəsini ingilislərin arasında keçirib. Mənbələr göstərir ki, Cəmaləddin Əfqani Amerikada da olub, sonra Parisə qayıdıb, bir müddət publisistika ilə məşğul olub.

Seyid Cəmaləddin Əfqaninin milli vəhdət fəlsəfəsinə görə: “Milli birlik dil birliyi üzərində qurulur və dil birliyi müxtəlif məzhəbə qulluq edən tayfaları, müxtəlif arzularla yaşayan qəbilələri vahid bir millət bayrağı altına səsləyən, onların gücünü-qüvvəsini birləşdirib bir məqsədə doğru yönəldən, ictimai qüsurları birlikdə dəf etməyə, milli çətinlikləri birlikdə aradan qaldırmağa çağıran, ümumxalq səadətinə nail olmaq, müsibət və bədbəxtliklərdən nicat yolları arayıb tapmaq üçün hamını yekdil, həmrəy olmağa dəvət edən, gözəl yaşayışdan ibarət təzə həyata qovuşduran, vətəndaşlarının əyinlərinə istiqlal paltarı geydirən əsas vasitədir.” Göründüyü kimi bu dahi insan dilin mahiyyətinə daha geniş, əhatəli sosial-siyasi məna verir və milli vəhdətin həqiqi mənasının və həyati gücünün yalnız dil birliyi sayəsində mümkünlüyünü irəli sürür.

Araşdırmalar göstərir ki, Azərbaycanın Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ü.Hacıbəyov, C.Cabbarlı, C.Məmmədquluzadə kimi mütəfəkkir və maarifçiləri Cəmaləddin Əfqaninin milli vəhdət fəlsəfəsi ilə yaxından tanış olublar, xüsusən də onun milli birlik və milli dil haqqında mütərəqqi ideyalarından bəhrələniblər və bu ideyaları dövrün tələblərindən, xalqımızın ictimai-siyasi və mədəni inkişaf xüsusiyyətlərindən çıxış edərək şərh və təbliğ ediblər. Yəni maarifçilər və milli ideologiyamızın yaradıcıları Cəmaləddin Əfqani kimi milli şüurun oyanışını, xalqın ana dilində maariflənməsini mövhumat və cəhalətdən xilas olmağın əsas amili kimi önə çəkiblər. Bu da bir həqiqətdir ki, XX əsrin əvvəllərində Azərbaycanda ictimai-fəlsəfi düşüncəsində milli kimlik, milli dil və özünüdərk məsələsi ən aktual məsələlərdən biri olub.

Məhəmməd Əmin Yurdagül Cəmaləddin Əfqani haqqında belə yazıb: “Məni Şeyx Cəmaləddin yoğurub, ruhların sonsuzluğu və ölməzliyi varsa, deyərdim ki, Cəmaləddin vücudunun ətini və sümüklərini torpağa buraxıbsa, ruhunu da mənə ərməğan edib. Onun ruhu məndə yaşayır.”

Seyid Cəmaləddin Əfqaninin fikrincə, elmin yiyəsi alimdir, meyarı da onun elmiliyi ilə ölçülür. Hər bir millət elmi səviyyəsilə məhşurlaşır. İnsanları elmi ilə qiymətləndirmək, elmi ilə tanımaq lazımdır, elmi insanlarla yox. O, müsəlman aləmindəki cəhalətin səbəbini də bunda görür və onun qarşısını almaq üçün fikirlər, ideyalar irəli sürürdü.

Seyid Cəmaləddin Əfqani yaradıcılığında və siyasi fəaliyyətində Şərq-Qərb diskursu önəmli yer tuturdu. O, milli tərəqqi üçün kökə özünəqayıdışı əsas tutur və bütün şəhərlərdə yeniləşməni-modernləşməni irəli sürürdü. Cəmaləddin Qərbi də, Şərqi də yaxşı tanıyırdı, üstün və zəif cəhətlərini bilirdi, çıxışlarında daim bu iki mədəniyyətin dialoqunu aparırdı. O, Şərqin Qərb elmini mənimsəməsində elə bir əskiklik görmürdü, hətta belə fikirləşirdi ki, bir zamanlar elmi Şərqdən əxz edən Avropaya müraciət etməklə “öz malımızı geri istəmiş oluruq.”

Seyid Cəmaləddin Əfqani yalnız mədəni, elmi inkişafda deyil, siyasi təfəkkürdə də Qərb dəyərlərindən yararlanırdı. Fəqət bu dəyərlərə yamsılamaq yolu ilə getməyin əleyhinə idi. Rus tədqiqatçılarından V.B.Lutski onun siyasi görüşləri haqqında yazır: “Avropadan öyrənməyin zəruriliyini ilk dəfə geniş miqyasda meydana çıxaran və onu şərh etməyə çalışan Cəmaləddin Əfqani olub. O, Avropaya meyli islami dəyərlər əsasında yüksəlməkdə görürdü və bunu mümkün hesab edirdi. Onun siyasi modelinə görə, Avropaya meyl həm Şərq ölkələrini Avropanın istismarından xilas edəcək, həm də Avropanın yeniliyini çəkib Şərqə gətirəcək, yerli xalqda milli şüuru, milli mənliyi yüksəldəcək.

İslamın reforması, siyasi təfəkkürün yeniləşməsi baxımından bütün Şərqdə tanınan Seyid Cəmaləddin Əfqani XIX yüzilin sonlarında və XX yüzilin əvvəllərində Türkiyə və Azərbaycanın ictimai-siyasi həyatına və onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığına böyük təsir göstərib. Müasirləşmə və islamlaşma onun fəaliyyətinin və yaradıcılığının ana xəttini təşkil edir. Müasirləşmə, islamlaşma dedikdə ilk növbədə Əli bəy Hüseynzadə yada düşür. Amma o da danılmaz həqiqətdir ki, bu formulun ideya əsaslarının ilk nümunəsi Seyid Cəmaləddin Əfqaninin görüşlərində öz əksini tapıb. Bəzi müəlliflər yanlış olaraq Əfqanini yalnız islamçılığın nümayəndəsi kimi təqdim edir. Mənbələr isə göstərir ki, nəzəri şəkildə sistemləşdirməsə də, Cəmaləddinin fəaliyyətinin və ideyalarının təməlində üç əsas ideya – həqiqi islama qayıdış, milli şüurun oyanışı və Qərbin texnoloji və demokratik dəyərlərindən bəhrələnmək çağırışı dayanır. Seyid Cəmaləddin Əfqaniyə görə millət öz dilində təhsil almalı, öz dilinin qədrini bilməli və onun tərəqqisinə çalışmalı və gözəlliyinə nail olmalıdır.

Cəmaləddin Əfqani “Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti”, “Təlim-tərbiyə haqqında”, “Tərəqqinin ən böyük düşməni mütləqiyyətdir”, “Son məktub” və s. məqalə, məktub və müsahibələrində siyasi düşüncədəki modernləşməni nümayiş etdirir. O, “Son məktub”unda yazırdı: “Kaş bütün fikirlərimin toxumlarını xalqın ağıl şırımlarında əkə biləydim. Yaxşı olardı ki, faydalı və məhsuldar toxumlarımı bu çürük səltənətin şoran torpağına səpməyəydim. Bu tarlada nə əkdimsə hamısı puç oldu. Bütün cücərtilər zay çıxdı. Mənim faydalı təkliflərimdən heç biri Şərq müstəbidlərinin qulağına girmədi...”

Vaxtilə Türkiyədə elm və tədris ocaqlarında oxuduğu antiimperialist xarakterli mühazirələrinə görə ölkədən qovulmasına baxmayaraq, Sultan Əbdülhəmid onu 1892-ci ildə yenidən Türkiyəyə dəvət edir. O, ikinci dəfə İstanbula gəlir və ömrünün axırına, yəni 1897-ci ilə qədər burada yaşayır, dünyasını burada dəyişir.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ