İranın Qafandakı konsulluğunda inqilabın 47-ci ildönümü çox qəribə formatda qeyd olunub. Konsul Mortaza Baramin deyib ki, biz indiyə qədər rəsmi qonaqlar və dəvətlilərlə inqilabın ildönümlərini qeyd edirdik.
"Bu il fərqli format düşündük, bütün xalqın iştirakı üçün şərait yaratdıq" - deyə konsul bildirib.
Həqiqətən də konsulluğun qapısı hamıya açıq olub, girişdə əl işləri, İran mətbəxindən şirniyyat nümunələri, açıq sərgi-satış stendləri olub.
Maraqlıdır, "bütün xalqın iştirakı ilə" İranın bütün nümayəndəliklərində ildönüm tədbirləri keçiriləcək?...
Tahir Tağıyev