ABŞ Prezidenti Donald Tramp The New York Post qəzetinə verdiyi açıqlamada Venesuela lideri Nikolas Maduronu ələ keçirərkən "Diskombobulyator" adlandırdığı yeni gizli silahdan istifadə edildiyini bildirib. Bugünə qədər adı gizli saxlanan bu silah, ABŞ liderinin sözlərinə görə, hücum zamanı Venesuela silahlarını yararsız hala gətirib.
Xatırlayırsınızsa, “Maduro əməliyyatı”nın dərhal ardından Venesuela Rusiyadan aldığı silahların yararsız olduğunu bildirmişdi. Tramp isə bunun "Diskombobulyator” adlandırdığı gizli ABŞ silahı sayəsində mümkün olduğunu bildirib. Oval Ofisdə eksklüziv müsahibəsində o, bu barədə daha artıq bilgi verməyə icazəsinin olmadığını da qeyd edib.
Maraqlıdır ki, ABŞ prezidenti keçmiş prezident Co Bayden administrasiyasının "Havana sindromu"na səbəb olan şübhəli impulslu enerji silahları əldə etməsi ilə bağlı suala cavabında bu silahlardan bəhs edib. Bu silahlar haqqında az şey məlumdur, lakin Venesueladan gələn xəbərlərdə Maduro yaraqlılarının diz çökməsi, burunlarından qan axması və qan qusmaları barədə məlumatlar var.
SAMİRƏ