Ermənistanın baş naziri Nikol Paşinyanın Talin şəhərindəki Surb Astvatsatsin kilsəsini ziyarəti zamanı maraqlı bir hadisə baş verib.
Paşinyanın səfəri zamanı etiraz aksiyası keçirən Talin sakini sənətşünas Sarkis Petrosyan, Ermənistanın baş naziri haqqında Azərbaycanlılar tərəfindən yazılmış "Noldu Paşinyan" mahnısını səsləndirib.
"Paşinyan 600.000 nəfər tərəfindən seçilib, II Qaregin 10 milyon erməninin katolikosudur və buna görə, azlıq qərar verməməlidir.
Onlar 20 dəqiqə əvvəldən bağça və məktəb işçilərinə SMS göndərək, buraya çağırıblar.
Bu qədər az maaşa görə özlərini bu qədər alçaldan bu insanlara yazığım gəlir", - deyə Sarkis Armenian NEWS.am-a müsahibəsində bildirib.
TAHİR