"Gürcüstanda növbədənkənar parlament seçkilərindən qorxan tərəf müxalifətdir və buna görə də bu tələb faktiki olaraq gündəmdən çıxarılıb". Gürcüstan mediası xəbər verir ki, bu sözləri baş nazir İrakli Kobaxidze “İmedi LIVE” verilişinin efirində deyib.
Kobaxidze vurğulayıb ki, ölkədə siyasi proseslər konstitusiya müddətlərinə uyğun şəkildə inkişaf etməlidir.
Onun sözlərinə görə, hakimiyyət konstitusiyada nəzərdə tutulan vaxt qrafikinə əməl etmək niyyətindədir:“Konsitusiyaya uyğun hərəkət edəcəyik. Öz prinsiplərimiz və müddətlərimiz var. Hesab edirik ki, Gürcüstanda siyasi proseslər mahiyyət etibarilə konstitusiya müddətlərinə uyğun şəkildə getməlidir. Buna görə də parlament seçkiləri mütləq 2028-ci il oktyabrın 28-də keçirilməlidir”, – deyə İrakli Kobaxidze bildirib.
İradə SARIYEVA