ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin avqustunda imzalanmış sülh müqaviləsinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib. Amerika lideri bu paylaşımı Truth Social sosial şəbəkəsində yayımlayıb.
"Bu, amansız bir müharibə idi, bitirdiyim səkkiz müharibədən biri idi, amma indi rifah və sülh var", - deyə respublikaçı yazıb.
ABŞ vitse-prezidenti J.D. Vensin fevral ayında Azərbaycana və Ermənistana işgüzar səfər edəcəyini yazan Amerika liderinin sözlərinə görə, Vensin səfəri "sülh təşəbbüslərini" möhkəmləndirəcək və "Trampın beynəlxalq sülhə gedən yolunu" irəli aparacaq.
Respublikaçının sözlərinə görə, ABŞ administrasiyası Ermənistan üçün nüvə əməkdaşlığı ilə bağlı "gözəl bir müqavilə" hazırlayır. Azərbaycana gəldikdə isə, Tramp strateji tərəfdaşlığın gücləndirildiyini və bədən zirehləri və qayıqlar da daxil olmaqla Amerika müdafiə avadanlıqlarının çatdırılmasının başlandığını elan edib.
SAMİRƏ