Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu Prezident İlham Əliyevin təltif edilməsi ilə bağlı paylaşım edib. Bununla bağlı Fondun "X" sosial şəbəkə hesabında qeyd edilib.
"Prezident İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"na Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması və dialoq dilinin təşviqi istiqamətində göstərilən səylərə görə layiq görülüb", - paylaşımda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.
Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini deyiblər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğulayıblar.
جائزة زايد للأخوّة الإنسانية تُطلع فخامة إلهام علييف، رئيس جمهورية أذربيجان، على اختيار اتفاق السلام بين أذربيجان وأرمينيا ضمن المكرّمين لعام 2026، تقديرًا للجهود المبذولة في سبيل تحقيق السلام وتعزيز لغة الحوار. لمعرفة المزيد، زوروا: https://t.co/ROc8CSSnYr@presidentaz pic.twitter.com/VMgWME4X3T — Zayed Award for Human Fraternity (@ZayedAward) January 23, 2026
جائزة زايد للأخوّة الإنسانية تُطلع فخامة إلهام علييف، رئيس جمهورية أذربيجان، على اختيار اتفاق السلام بين أذربيجان وأرمينيا ضمن المكرّمين لعام 2026، تقديرًا للجهود المبذولة في سبيل تحقيق السلام وتعزيز لغة الحوار. لمعرفة المزيد، زوروا: https://t.co/ROc8CSSnYr@presidentaz pic.twitter.com/VMgWME4X3T