Ermənistan parlamentinin 11-ci iclası Qarabağdakı 44 günlük müharibənin vəziyyətini araşdıran komissiyanın hesabatı ilə bağlı kəkskin mübahisə ilə başlayıb. Sənəd ötən payız parlament arxiv şöbəsinə göndərilib və heç vaxt millət vəkillərinə və ya ictimaiyyətə təqdim edilmyib. Bildirilir ki, parlament üzvləri özləri arxivlərdə ona daxil ola bilərlər.
Müxalifətdəki “Hayastan” fraksiyasının üzvü Geqam Manukyan bir daha bu məsələyə diqqət çəkib. O bildirib ki, hesabat müxalifətə, ən azı qapalı qapılar arxasında təqdim edilməli idi. Bunacavab olaraq spiker Alen Simonyan Manukyana və həmkarlarına hesabatı arxiv şöbəsində nəzərdən keçirməyi məsləhət görüb. Spiker həmçinin vitse-spiker və bir neçə komitə sədrliyi portfelinə sahib olmasına baxmayaraq, parlament işində tam iştirak etmək istəməməkdə günahlandırıb. Simonyan qeyd edib ki, bu vəzifələr hazırda boşdur. Manukyanın fraksiya həmkarı Artur Xaçatryan spikerin sözlərinə cavab olaraq hakim fraksiyanı müxalifət üzvlərinin müxtəlif vəzifələrə seçilməsini müntəzəm olaraq sabotaj etməkdə günahlandırıb. Komissiyanın hesabatı ilə bağlı Xaçatryan bildirib ki, müxalifətin hesabatın məzmunu ilə bağlı çox spesifik sualları var və məlum səbəblərdən bu sualları arxiv şöbəsinin rəhbərinə ünvanlaya bilmirlər. Ermənistanın Milli Assambleyası 2020-ci ilin payızında Azərbaycanla baş vermiş 44 günlük müharibənin səbəblərini və şəraitini araşdırmaq məqsədilə 2022-ci ilin fevralında istintaq komissiyası yaradıb. Bu komissiya, hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının təşəbbüsü ilə təşkil olunub. Komissiya, müharibə zamanı və əvvəlində ölkənin müdafiə və xarici siyasətinə cavabdeh olan şəxsləri ifadəyə çağırıb.
Tahir TAĞIYEV
Parlamentdə hakimiyyət - müxalifət davası yenə qızışdı.... Ermənistan parlamentinin 11-ci iclası Qarabağdakı 44 günlük müharibənin vəziyyətini araşdıran komissiyanın hesabatı ilə bağlı kəkskin mübahisə ilə başlayıb. Sənəd ötən payız parlament arxiv şöbəsinə göndərilib və heç vaxt millət vəkillərinə və ya ictimaiyyətə təqdim edilmyib. Bildirilir ki, parlament üzvləri özləri arxivlərdə ona daxil ola bilərlər. Müxalifətdəki “Hayastan” fraksiyasının üzvü Geqam Manukyan bir daha bu məsələyə diqqət çəkib. O bildirib ki, hesabat müxalifətə, ən azı qapalı qapılar arxasında təqdim edilməli idi. Bunacavab olaraq spiker Alen Simonyan Manukyana və həmkarlarına hesabatı arxiv şöbəsində nəzərdən keçirməyi məsləhət görüb. Spiker həmçinin vitse-spiker və bir neçə komitə sədrliyi portfelinə sahib olmasına baxmayaraq, parlament işində tam iştirak etmək istəməməkdə günahlandırıb. Simonyan qeyd edib ki, bu vəzifələr hazırda boşdur. Manukyanın fraksiya həmkarı Artur Xaçatryan spikerin sözlərinə cavab olaraq hakim fraksiyanı müxalifət üzvlərinin müxtəlif vəzifələrə seçilməsini müntəzəm olaraq sabotaj etməkdə günahlandırıb. Komissiyanın hesabatı ilə bağlı Xaçatryan bildirib ki, müxalifətin hesabatın məzmunu ilə bağlı çox spesifik sualları var və məlum səbəblərdən bu sualları arxiv şöbəsinin rəhbərinə ünvanlaya bilmirlər. Ermənistanın Milli Assambleyası 2020-ci ilin payızında Azərbaycanla baş vermiş 44 günlük müharibənin səbəblərini və şəraitini araşdırmaq məqsədilə 2022-ci ilin fevralında istintaq komissiyası yaradıb. Bu komissiya, hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının təşəbbüsü ilə təşkil olunub. Komissiya, müharibə zamanı və əvvəlində ölkənin müdafiə və xarici siyasətinə cavabdeh olan şəxsləri ifadəyə çağırıb.