Bazar günü günü, 18 oktyabr 2026
     

Şaraa İsraillə separat razılaşa, Türkiyə oyundan kənar qoyula bilər?

Image


Colani müəyyən çevrələrdə legitimlik qazana və Türkiyə ilə münasibətlərin tonunu yumşalda bilər, amma İranın təsirini balanslaşdırmaq və dövlət aparatına tam nəzarət etmək üçün kifayət qədər real gücə sahib deyil

İsrail və Suriya rəsmiləri təhlükəsizlik razılaşması üzrə danışıqlarda önəmli irəliləyişə ümid edirlər. İsrailin yüksək vəzifəli nümayəndəsi i24NEWS-ə bildirib ki, baş nazir Netanyahu ilə Suriya prezidenti Şaraa gələn həftə Vaşinqtonda görüşə bilərlər. Bu görüşün ABŞ prezidenti Trampın himayəsi altında bazar ertəsi günü keçiriləcəyi ehtimal edilir. Trampın xarici siyasətində Yaxın Şərqdə Amerika vasitəçiliyini gücləndirmək istiqaməti xüsusi önəm daşıyır.

İyul ayında i24NEWS-un Yaxın Şərq üzrə rəhbəri Ariel Oseran Suriya prezidentinə yaxın mənbəyə istinadla xəbər vermişdi ki, Netanyahu və Şaraa Vaşinqton görüşünə hazırlaşırlar. Mənbə qeyd etmişdi ki, bu görüşdə uzun illərdən sonra yaranan düşmənçilik və inamsızlıqdan sonra regional tarazlıq yarada biləcək təhlükəsizlik sazişi yekunlaşdırılacaq.

Razılaşmaya sərhəd təhlükəsizliyi, terrorla mübarizə üzrə koordinasiya və Colan təpələri boyunca yaranan gərginliyin qarşısını alacaq mexanizmlər daxil edilə bilər. Əgər bu sənəd imzalanarsa, bu, İsrail və Suriya arasında onilliklər ərzində ilk rəsmi razılaşma olacaq.

Netanyahu üçün bu görüş həm risq, həm də strateji fürsətdir. O tələb edir ki, Suriya ilə hər hansı əməkdaşlıq İranın dəstəklədiyi silahlı qrupların təşəbbüslərini neytrallaşdırmalı və İsrailin şimal sərhədlərinin təhlükəsizliyi təmin edilməlidir.

Şaraa isə beynəlxalq legitimlik və müharibədən əziyyət çəkmiş ölkəsi üçün iqtisadi yardım əldə etməyi hədəfləyir; bu baxımdan, ABŞ-ın razılaşmada iştirakı onun üçün çox önəmlidir.

Rəsmilər optimist olsalar da, razılaşmanın bəzi həssas detallarının hələ də müzakirə mövzusu olduğunu bildirirlər və bölgədəki qeyri-sabitliklərin son anda danışıqlara mane ola biləcəyindən ehtiyatlıdırlar. Ancaq bir İsrail rəsmisi i24NEWS-ə görüşün baş tutma ehtimalının kifayət qədər yüksək olduğunu bildirib.

Saraanın özünün də keçmişi o qədər şəffaf deyil, bir vaxtlar terrorçu qruplaşmaların tərkibində ABŞ qoşunlarına qarsı vuruşub. Bu günlərdə ABŞ Mərkəzi Kəsfiyyat İdarəsinin keçmiş sədri onunla söhbətində deyirdi ki, biz keçmişdə üz-üzə tərəflərdə döyüşürdük: "Mən o vaxt İraqdaki ABŞ qoşunlarının komandanı idim. Sən 5-6 il bizim türmədə həbsdə olmusan". Saraa isə cavabında ona dedi ki, indini keçmişin dəyərləri ilə təhlil və indinin dəyərləri ilə də keçmişi ittiham etmək olmaz. O keçmiş idi, indi isə biz gələcəyə baxmalıyıq. Yəni Şaraanın hələ Amerika ilə hansı gizli əlaqələrinin olduğunu bilmək çətindir. İndi isə İsraillə barışıq məsələsi aktuallaşır. Yəni ola bilərmi ki, Saraa öz yerini möhkəmləndirdikcə Ərdoğandan üz döndərib, əvəzində isə İsrail və Amerika ilə daha yaxından işbirliyi qurmağa üstünlük versin? Belə bir perspektiv mümkundürmü?

Baki-xeber.com-a görə, bu ssenari Yaxın Şərqdə uzun illərdir müşahidə olunan mürəkkəb güc balansı fonunda tamamilə mümkünsüz görünmür. Amma bu çoxsaylı risqlər və şərtlərlə müşayiət olunur. Bir neçə məqamı nəzərdən keçirək.

Beynəlxalq legitimlik və iqtisadi dəstək baxımından Şaraa kimi fiqurlar üçün ABŞ vasitəçiliyi ilə İsraillə razılaşma həm ölkənin siyasi statusunu gücləndirər, həm də iqtisadi yardım cəlb etmək üçün yol aça bilər. Suriya uzunmüddətli müharibədən sonra ciddi dağıntılar və resurs çatışmazlığı ilə üzləşib. ABŞ və İsrailin razılaşmaya dəstək verməsi onun bərpasına maliyyə imkanları yarada bilər.

Digər tərəfdən, İsrail üçün əsas şərt İranın və onun dəstəklədiyi qrupların (Hizbullah, Şiə milisləri və s.) Suriyada təsirinin zəiflədilməsidir. Əgər Şaraa bu zəmanəti verə bilsə, İsrail təhlükəsizlik baxımından fayda əldə edə bilər. Colan təpələri məsələsi hələ də həssas mövzudur. O üzdən bu bölgədə sabitlik yaratmaq İsrailin prioritetidir.

Bununla yanaşı, Tramp administrasiyası üçün belə bir razılaşma diplomatik uğur kimi təqdim edilə bilər. ABŞ-ın vasitəçiliyi Vaşinqtonun bölgədəki mövqelərini gücləndirər. ABŞ həm də Suriyada İran təsirini sıxışdırmaq məqsədini güdə bilər.

Əgər Şaraa İsraillə və ABŞ-la yaxınlaşsa, bu, Türkiyə ilə münasibətlərdə gərginlik yarada bilər. Çünki Ankara Suriyada öz təsir dairəsini qorumaq istəyir və əsasən İdlib bölgəsi üzərində mövqeyini saxlayır.

Amma Suriyanın daxili güc mübarizəsində və iqtisadi zərurətlər fonunda Türkiyədən uzaqlaşaraq Qərb və İsraillə yaxınlaşması Şaraa üçün müəyyən üstünlüklər gətirə bilər.

Qısa müddətdə tam miqyaslı barışıq çətin görünür, çünki çoxsaylı daxili və regional maraqlar toqquşur. Lakin məhdud çərçivəli təhlükəsizlik sazişi – sərhədlərin qorunması, terrorla mübarizə koordinasiyası və Colan təpələri boyunca gərginliyin azaldılması realdır. Bu, gələcəkdə daha geniş siyasi barışığın əsasını qoya bilər. Yəni Saraa öz mövqeyini möhkəmləndirdikcə, Ərdoğanla məsafəni artırıb İsrail və ABŞ-la əməkdaşlığa üstünlük verə bilər. Amma bu, yalnız Şaraa daxildə güclü legitimlik qazandığı, İranın təsirini balanslaşdırdığı və Türkiyə ilə münasibətləri idarə edə bildiyi halda mümkündür.

Lakin Şaraanın legitimlik məsələsinə nəzər salsaq, görürük ki, Suriyada illərlə davam edən müharibə Bəşər Əsədin ailə hakimiyyətini zəiflətsə də, əhali arasında yorğunluq və sabitlik istəyi güclənib. Əgər Faruq əl-Şaraa (keçmiş vitse-prezident) siyasi səhnəyə yenidən çıxıbsa, o, Əsəd klanından bir qədər uzaq, nisbətən “neytral” fiqur kimi qəbul edilə bilər.

Onun diplomatik təcrübəsi və əvvəllər “mötədil” obrazı müəyyən sosial qruplarda qəbulolunma şansı yaradır. Bu ona Əsədin legitimlik boşluğunu qismən doldurmaq imkanı verə bilər.

İranın təsirini balanslaşdırmaq baxımından Tehran hakimiyyətinın Suriya daxilində hərbi, iqtisadi və dini təsiri çox dərinləşib. Hərbi qruplar, iqtisadi layihələr və şiəlik institutları vasitəsilə İran ciddi mövqelərə sahibdir. Şaraa təcrübəsinə görə balans yarada bilər, amma real güc rıçaqları (ordu, təhlükəsizlik aparatları, iqtisadi resurslar) onun əlində deyil. Yəni balans yaratmaq üçün beynəlxalq dəstəyə və daxildə güclü koalisiyaya ehtiyacı var. Təkbaşına İranın təsirini zəiflətməsi çətin görünür.

Türkiyə ilə münasibətləri idarə etmək məsələsinə gəldikdə isə, Türkiyə Suriyanın şimalında həm hərbi, həm də siyasi mövcudluğa malikdir. Ankara üçün əsas məsələ PYD/YPG qüvvələri və qaçqın məsələsidir. Şaraa daha praqmatik siyasətçi imici ilə Türkiyə ilə bir masa arxasında oturmağa daha uyğun fiqur sayıla bilər. Əsədin sərt ritorikasından fərqli olaraq, diplomatik kanalları açıq saxlamaq bacarığı var. Amma yenə də, əgər real güc strukturlarına nəzarəti yoxdursa, o yalnız “danışıq siması” ola bilər, qərarları tətbiq etməkdə çətinlik çəkər. Yəni Şaraa müəyyən çevrələrdə legitimlik qazana və Türkiyə ilə münasibətlərin tonunu yumşalda bilər, amma İranın təsirini balanslaşdırmaq və dövlət aparatına tam nəzarət etmək üçün kifayət qədər real gücə sahib deyil. Onun rolu daha çox “keçid fiquru” və ya kompromis siyasətçi ola bilər.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ