İllərlə Bəşər Əsəd rejimini hər cür müdafiə edən Rusiya rejim dəyişikliyindən sonra Suriyada daha bir problemlə qarşılaşıb.
Bir müddət əvvəl Əsədin Rusiya ilə Tartusa limanı ilə bağlı razılaşmasını ləğv edən yeni Suriya hakimiyyəti bu dəfə Tartusa gedən Rusiya hərbi konvoyunun keçidinə icazə verməyib.
Məlumata görə, raket daşıyan 30 maşından ibarət Rusiya hərbi karvanı dünən səhər saatlarında Hmeymim hava bazasından yola düşərək Tartusa istiqamət alıb. Lakin yeni hökumətin Müdafiə Nazirliyinə bağlı hərbi qüvvələr Rusiya hərbi konvoyunun qarşısını kəsib. Qeyd edilir ki, rus karvanı Tartusdakı keçid məntəqəsində 8 saat gözlədilib. Bazaya girişinə icazə verilməyən konvoy saatlarla gözlədikdən sonra Hmeymim hərbi bazasına qayıtmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, müxalifətin 2024-cü ilin dekabrında başlatdığı əməliyyatdan sonra Rusiya Suriya əyalətlərindəki hərbi qüvvələrini Latakiyadakı Hmeymim hərbi hava bazasına çəkib. Rusiya ordusu 2015-ci ilin avqustunda devrilmiş Əsəd rejimi ilə əldə olunan razılaşmaya uyğun olaraq bazadan istifadə etməyə başlayıb və bir ildən sonra isə bazanı genişləndirilib.
TAHİR