Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib ki, Kiyevdə NATO-ya üzvlükdən imtina edərək sülh sazişi imzalayan liderin siyasi həyatını davam etdirmək şansı ola bilər, lakin itirilmiş ərazilərdən imtina edən şəxs ya fiziki olaraq öldürülə, ya da siyasətdən tamamilə silinə bilər.
Kuleba ABŞ prezidenti Donald Trampın komandasının Ukraynanın NATO üzvlüyünü təxirə salmaq qərarının danışıqlarda böyük səhv olduğunu iddia edib. Onun sözlərinə görə, Vaşinqton bu məsələni Rusiya qarşısında sövdələşmə vasitəsi kimi istifadə etmək əvəzinə, erkən imtina edib və bu, Kiyevə çox baha başa gələcək.
Kuleba vurğulayıb ki, Ukrayna heç vaxt NATO-ya üzvlük məsələsini gündəmdən çıxarmamalı və əgər mümkün güzəştə gedərsə, bu çox baha başa gələcək.
TAHİR