çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Avropa Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhəni açır - İrəvan ciddi təhdid altındadır

Image


Qərbdə müəyyən qüvvələrin Ermənistan vasitəsilə Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açmaq cəhdləri heç kimə sirr deyil. Əvvəl bu prosesdə ABŞ da fəal iştirak edirdi. Amma Amerikada yeni hakimiyyət formalaşdıqdan sonra Vaşinqtonun məsələyə yanaşmasında dəyişikliklər qeydə alınır. Lakin eyni sözü Avropa barəsində demək mümkün deyil.

Hazırda Cənubi Qafqazda, xüsusilə də Gürcüstan və Ermənistanda müşahidə olunan siyasi gərginlikdə Qərbin izləri açıq-aydın görünür. Gürcüstan hökuməti gec də olsa başa düşdü ki, ölkənin milli maraqlarının qorunması, xaricdən təklif olunan bütün dəyərlərdən, prinsiplərdən daha vacibdir.  Ermənistanda vəziyyət fərqliir və Qərb də bundan istifadə etməyə can atır. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin "İzvestiya" qəzetinə müsahibəsində dedikləri də bu ehtimalı gücləndirir. O bildirib ki, Moskva Qərbin Cənubi Qafqazdakı xəttini tamamilə destruktiv hesab edir: "Qərbin Cənubi Qafqaz siyasəti regionda vəziyyətin sabitləşməsinə deyil, Moskva üçün əlavə təhdidlərin yaradılmasına yönəlib. Qərb dairələri bu regiondan Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün istifadə etməyə çalışır və bəzi hallarda hətta ayrı-ayrı ölkələri ona qarşı ikinci cəbhə açmağa inandırmağa cəhd göstərir". Diplomat İrəvanın Aİ ilə yaxınlaşmaına Rusiya – Ermənistan münasibətləri kontekstində şərh verib: "Biz həm ictimai şəkildə, həm də erməni dostlarımızla dialoqda aydın şəkildə bildirmişik ki, Avrasiya İqtisadi İttifaqında və Avropa İttifaqında eyni zamanda üzvlük mümkün deyil, çünki bu, gömrük standartları, texniki, sanitar və fitosanitar standartlar, malların markalanması və sertifikatlaşdırılması və hətta əqli mülkiyyət məsələlərinə müxtəlif yanaşmaları olan iki uyğun olmayan tənzimləyici sistemdir. Bunlar tamamilə fərqli sistemlərdir və onlarda eyni zamanda olmaq sadəcə mümkün deyil. Ermənistanla Avropa İttifaqı arasında yaxınlaşma naminə müxtəlif layihələr, o cümlədən vizasız rejim üzrə danışıqların başlanması ilə bağlı   məsələyə gəlincə, bəli, belə danışıqlar başlanıb. Görürük ki, Avropa İttifaqı burada da özünə sadiqdir, çünki vizasız münasibətlər planında hər hansı vədlər vermədən və ciddi qərarlar qəbul etmədən artıq Ermənistandan siyasi loyallıq və Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir. Və bütün bunlar Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün Aİİ ilə ticarətin artması və Aİİ məkanından Ermənistana investisiyaların artması şəklində ona hiss olunan və əhəmiyyətli uzunmüddətli faydalar gətirdiyi bir şəraitdə baş verir".

Onun sözlərinə görə, İrəvanın siyasi-iqtisadi vektorunun dəyişməsi ölkənin ÜDM-nə də təsir göstərəcək: "Ermənistanla Aİİ üzrə tərəfdaşları arasında ticarət dövriyyəsinin həcmi təxminən 13 milyard dollar təşkil edir və ötən il 53 % artıb, Avropa İttifaqı ilə ticarət həcmi isə həmin ildə 2 milyard dolları bir qədər keçib və 24 % azalıb. Yəni hətta bu Ermənistan statistikası rəqəmlərindən Ermənistanın və onun xalqının indiki iqtisadi rifahının mənbələrinin harada olduğu görünür.Paradiqmanın kəskin dəyişməsi və Avropa İttifaqı meydançasına keçid bizim fikrimizcə, qaçılmaz olaraq həm ÜDM-in düşməsi, həm də Ermənistan biznesinə, iqtisadiyyatına və sadə Ermənistan vətəndaşlarının həyat səviyyəsinə ciddi zərbələrlə müşayiət olunacaq. Ermənistan siyasətçiləri bəzən erməni cəmiyyətində Aİ-yə qoşulmağın lehinə əhval-ruhiyyənin olduğunu deyirlər. Yəqin ki, belə əhval-ruhiyyə var, lakin hesab edirik ki, öz ölkəsinin gələcəyini Avrasiya ailəsində və Avrasiya inteqrasiyası çərçivəsində görən Ermənistan vətəndaşlarının əhval-ruhiyyəsi də eyni dərəcədə diqqətə layiqdir". Rusiya ilə belə çəkişmələr Ermənistanın gücünə, mövqeyinə uyğun deyil. Çox böyük ehtimalla İrəvan bu barədə direktivləri Qərbdən, o cümlədən Fransadan alır. Bu gün Qərb Ermənistan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. Kreml isə bunu başa düşdüyünə görə mümkün qədər soyuqqanlı davranır. Məsələ ondadır ki, Ermənistanın qıcıqlandırıcı ritorikası Rusiyanın bu dövlətə müdaxiləsi ilə nəticələnə bilər. Ehtimal olunan bu ssenari nəticəsində ən çox ziyan çəkən Ermənistan olacaq. Ölkə ərazisi faktiki olaraq poliqona çevriləcək. Ermənistanın gücü Ukraynanın potensialından dəfələrlə azdır. Ona görə bu, versiyanın reallaşması Ermənistana baha başa gələcək. Rusiyanın adekvat reaksiyasının yeganə təzahürü Ermənistan ərazisinə hərbi müdaxilə deyil. Bu ölkədəki 102-ci hərbi baza özü Ermənistanda mövcud hakimiyyəti üçün ciddi təhdid mənbəyidir. Bununla belə  İrəvan Təhlükəsizlik Tədqiqat Mərkəzinin prezidenti Areq Koçinyan qeyd edir ki, Ermənistanın Rusiyadan asılılığı ən yüksək həddədir və bundan yaxa qurtarmaq lazımdır. Erməni politoloq hesab edir ki, ən böyük strateji asılılıq Ermənistanın həm də ən böyük səhvidir və bunu da düzəltmək gərəkdir: "Rusiyanın yerini Qərb və digər tərəfdaşlar tutmalıdır. Ermənilər artıq Rusiyanı tərəfdaş kimi görmür və onu satqın hesab edirlər". Beləliklə, Ermənistan öz tarixinin gərgin günlərini yaşayır. Belə gedişlə bu ölkədən əsər-əalmət qalmaya bilər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ