çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Kilikiya erməni katolikosu Trampı öz oyunlarında alətə çevirmək istəyir...

Image


Qasım Hacıyev: "Kilikiya katolikosu ABŞ prezidentini böyük erməni oyununa alət etməklə nəyəsə nail olmaq istəyir, amma unudur ki..." 

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsinin keçirilməsi Ermənistanı və xaricdəki erməni lobbisini ciddi narahat edir, onlar ən müxtəlif səviyyədə əl-ayağa düşüblər ki, ittiham olunan şəxsləri bəlkə hansı yollarlasa xilas edə bilərlər.

Başdan erməni kilsəsi təxribatçı mövqeyi ilə seçilib, ittiham olunan şəxslərin buraxılmasına nail olmaq üçün hər cür əmələ əl atıblar. Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginin əlinə bir şey keçmədiyi, bütün müraciətləri havada qaldığı üçün erməni lobbisi indi də ortaya  Böyük Kilikiya Evinin katolikosu I Aramı salıblar.  

I Aram öz işi ilə məşğul olmaq, haqqın-ədalətin bərpa olunmasına çalışmaq əvəzinə öz erməniliyindən qalmayıb və ABŞ prezidenti Donald Trampa məktub göndərib ki, Azərbaycan məhkəməsində müxtəlif maddələr üzrə ittiham olunan şəxslərin azad edilməsinə kömək etsin. O, Trampı bununla bağlı "tədbirlər görməyə" çağırıb. 

O, məktubunda ermənilərin beynəlxalq təhlükəsizlik zəmanəti ilə  Azərbaycan ərazisinə qayıtmaq "hüququnu" da yazıb, Trampı Qarabağla bağlı "seçki mövqeyini təsdiqləməyə" çağırıb.

I Aram  ABŞ prezidentini Azərbaycan məhkəməsinə müdaxilə etməyə, ittiham olunan şəxslərin dərhal "azad edilməsini təmin etməyə" çağırıb.

Başa düşmək olmur ki, hansı əsasla Tramp bizim məhkəməyə müdaxilə və təsir edə bilər? 

I Aram hətta ABŞ prezidentini Bakıdakı məhkəmənin iclaslarının keçirilmə məsələsinə də diqqət yetirməyə səsləyib. 

Azərbaycanda məhkəmənin hansı şəkildə keçirilməsini Tramp, I Aram yox, ölkənin məhkəmə qanunvericiliyi tənzimləyir, məhkəmələr müstəqildir və onun işinə müdaxilə yolverilməzdir.

"İnanmıram ki, Kilikiya katolikosunun bu təxrubatçı məktubuna Tramp onu qane edən cavabı versin"

AMEA-nın şöbə müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, I Aram bu məsələyə müdaxilə etməklə həm Azərbaycanın daxili işlərinə qarışır, həm də məhkəmənin gedişinə əsassız olaraq beynəlxalq təzyiq vasitələri formalaşdırmağa çalışır. I Aramın ABŞ prezidentinə məktubunun tamamilə yersiz olduğunu deyən Q.Hacıyev hesab edir ki, o, Trampı da öz çirkin məqsədlərinə alət etmək istəyir. "I Aram yenə də əl-ayağa düşüb erməni xalqının "müqəddəratı" ilə məşğul olmağa, Qarabağın guya ermənilərin "vətəni" olduğunu, onların geri qayıtmaq "hüququnun" olmasını iddia etməyə başlayıb. Bu azmış kimi, Azərbaycan məhkəməsində müxtəlif maddələr üzrə ittiham olunan, təqsirləndirilən şəxslərin azad olunmasını "tələb edir". Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin azadlığa buraxılmasına çalışan I Aram ABŞ prezidentini bu çirkin oyuna alət etməyə çalışır. Kilikiya katolikosu ABŞ prezidentini böyük erməni oyununa alət etməklə nəyəsə nail olmaq istəyir, amma unudur ki, Azərbaycan müstəqil dövlətdir, Azərbaycan məhkəməsi müstəqildir və onun işinə heç kəs müdaxilə edə bilməz. Təsdirləndirilən şəxslərlə bağlı qərarı Azərbaycan məhkəməsi verə bilər, hansısa ölkələrin rəhbərləri, yaxud I Aram və başqaları verə bilməz". 

Q.Hacıyev xatırlatdı ki, Azərbaycan torpaqları işğalda olduğu dövrlərdə I Aram daim separatizmə dəstək verirdi, 2023-cü ilin sentyabrından sonra isə Qarabağdan könüllü köçüb getmiş ermənilərin "öz müqəddəratını təyin etmə hüququndan" danışırdı və bəyanatlar verirdi. Q.Hacıyevin sözlərinə görə, Livanda oturub Cənubi Qafqaza, xüsusən də Azərbaycanın daxili işlərinə müdaxilə etməyə davam edən I Aram heç zaman sülhü, əminamanlığı dəstəkləməyib.

Q.Hacıyevin sözlərinə görə, Kilikiya katolikosunun Trampa məktub yazmasınının kökündə keçən il Trampın səsləndirdiyi fikir olub ki, I Aram ondan ilhamlanıb.  Q.Hacıyev xatırlatdı ki, D.Tramp 2024-cü il noyabrın 1-də ABŞ prezidentliyinə namizəd kimi I Arama zəng edərək Qarabağdan könüllü köçüb getmiş ermənilərə dəstəyini ifadə edib, eyni zamanda onların təhlükəsizlik zəmanəti ilə geri qayıtmaq hüquqlarından danışıb, bu da I Aramı qanadlandırıb və o da məktubunda Trampa həmin telefon zəngini xatırladıb. "Tramp prezidentliyə namizəd olanda xristianların hüquqlarını qorumağı bəyan etmişdi. Həm bu amil, həm də Trampla aralarında olan telefon danışığı I Arama həvəs verib ki, bunları ABŞ prezidentinə xatırlatmaqla guya nəyəsə nail ola bilər. Əslində, I Aram bununla öz məkrli niyyətlərini həyata keçirə bilməz. Seçki təbliğatı zamanı Tramp çox söz deyə bilərdi, amma bu o demək deyil ki, o dediklərinin hamısını yerinə yetirməlidir. Baydendən əlləri çıxdı indi də Trampı ələ alıb öz absurd iddialarına, yalanlarına şərik etmək istəyirlər. I Aramın erməni diaspor üzvləri arasında öz nüfuzunu saxlamaq üçün əl atmadığı vasitə qalmayıb. Trampa məktubu da bu qəbildəndir.  Amma inanmıram ki,  Kilikiya katolikosunun bu təxrubatçı məktubuna Tramp onu qane edən cavabı versin. Təbii, seçkiqabağı təbliğat zamanı Tramp ermənilərin dəstəyini qazanmaq üçün I Aramın nüfuzundan istifadə edə bilərdi, amma bu o demək deyil ki, ABŞ prezidenti Azərbaycanın daxili işlərinə qarışa və bizim məhkəmələrə təsir edə bilər. Xeyr"-deyə Q.Hacıyev  qeyd etdi. 

Q.Hacıyev qeyd etdi ki, Azərbaycan alimlərinin I Arama çoxlu sualları var, o, əvvəlcə bu suallara cavab verməlidir: "Azərbaycan torpaqları 30 il işğal altında qalanda, azərbaycanlılar öz doğma evlərindən didərgin salınanda, azərbaycanlılara məxsus yüzlərlə kənd, şəhərlər, minillər yaşı olan tarixi abidələr, qorduğumuz mədəni irs dağıdılanda, bütün təbii sərvətlərimiz talananda, bütün bu vandalizm aktları törədiləndə I Aram harda yatmışdı? İkincisi, erməni keşişləri, din xadimləri həmişə ermənilərə rəhbərlik edib onları uçuruma aparıblar. Zaman-zaman onlara rəhbərlik edib guya onların "azadlıq mübarizəsini" aparıblar, onlara "doğru yol" göstəriblər. Amma erməni din xadimlərinin göstərdikləri yolun heç birinin yaxşı olduğunu görmədik. Ona görə ki, yalançı dövlət, yalançı tarix, uydurma ideologiya erməniləri uçuruma yuvarladı. Azərbaycanlıların heç bir təsiri olmadan ermənilərin öz avantürası, pis niyyətləri onları elə vəziyyətə salıb ki, onların region dövlətləri arasında heç bir hörməti, etibarı yoxdur. Bütün dövlətlər, liderlər onları hiyləgər və yalançı kimi tanıyır. Dövlətçilik ənənəsi, dövlətçilik ideyası, səmimi diplomatiyası yox olan bir dövlətə, xalqa bütün dünya mənfi yanaşır. Bunların dinlərində də, dövlət idarəçiliyində də normal bir yanaşma yoxdur ki, normal siyasət yürütsünlər. Əvvəlcə dönüb özlərinə baxsınlar, dostlarını-düşmənlərini ayırd etsinlər, ondan sonra Azərbaycana qarşı hansısa iddia qaldırmaqdan danışsınlar. Danışmağa heç haqları da yoxdur.

Digər tərəfdən, I Arama xatırlatmaq lazımdır ki, sənin Azərbaycandan hər hansı bir şikayət etməyə haqqın yoxdur və get, öz işinlə məşğul ol. Erməni kilsəsi təxribatlarını dayandırmalıdır, əks halda növbəti dəfə özlərinə ziyan vurmuş olacaqlar. 

Ermənilərin dinc yaşamasını istəyən din xadimi onlara qonşu xalqlarla, dövlətlərlə münasibətdə diqqətli olmağı, işğalçılıq siyasətindən əl çəkməyi tövsiyə etməlidir. Amma onlar bunu etmirlər, əksinə, erməniləri cinayət törətməyə, işğala təşviq edirlər".

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ