çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Rusiyanın Azərbaycana qarşı iqtisadi şantaj planları tutarsızdır... Sübut...

Image


Cabbar Məmmədov: "Azərbaycanda xeyriyyəçilik pərdəsi altında maskalanaraq diversiya-sabotaj fəaliyyəti həyata keçirən tək USAID və "Rus Evi" deyil…"

Bir neçə gün əvvəl "Rus Evi"nin bağlanmasına etiraz əlaməti olaraq rus mediası və Rusiya Dövlət Dumasının deputatlari, o cümlədən bir çox siyasətçilər hökuməti Azərbaycana qarşı müxtəlif təzyiqlərə çağırır. Görünür, Rusiyanın orta və uzaq mənzilli raketləri tükənib, yoxsa deputatlar Bakının bombalamağı da təklif edərdilər.

Rusiyanin təbliğat arsenalına daxil olan nümayəndələrdən bəziləri Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırır. Səbəb isə çox primitivdir. Azərbaycan hökuməti "Rus Evi"nin dövlət qeydiyyatından keçməsini tələb edir. Təyyarə qəzasına gəldikdə isə, Rusiyanın iradəsi ilə istintaq davam edir, son nəticəyə uyğun olaraq qərar qəbul ediləcək. Rusiya hökuməti məsələri iki dövlət rəsmiləri arasında çözmək, həll etmək əvəzinə öz köhnəlmiş təbliğat arsenalını işə salıb. Artıq dünyada təhdid dili ilə siyasi üstünlük qazanmaq mümkün deyil. Çünki kimin nəyə qadir olduğunu hamı bilir. Amma Rusiya ənənəvi metodlərından əl çəkə bilmir. Çünki siyasi idarəetmədə inkişaf yoxdur. Moskva elə bilir ki, hələ də 20 il əvvəlki Rusiyanı idarə edir. Halbuki, son üç ildə Rusiya həm iqtisadi gücünü, həm də dünyadakı nüfuzunu itirib.

Rusiya görün nə günə qalıb ki, Ermənistan belə onu saymır, ələ salır, tələb edir ki, sərhədçilərini və hərbi bazasını ölkədən çıxarsın. Rusiya isə ermənilərlə "dil tapmağa" çalışır. Belə bir durumda olan Rusiyanın Azərbaycanı iqtisadi sanksiyalarla, miqrantları qovmaqla, Azərbaycan əsilli Rusiya vətəndaşlarını müharibəyə göndərməklə, Azərbaycan diaspora nümalyəndələrinə və rəhbərlərinə problem yaratmaq və s. ilə hədələməsi gülünc görünür.

Çunki birincisi, sözügedən miqrantlar hazırda Rusiya iqtisadiyyatına hava-su kimi lazımdır. İkincisi isə, Azərbaycanın Rusiyadakı şirkətlərini barmaqla saymaq olursa, Rusiyanın Azərbaycanda mindən çox sirkəti var. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi cəmi 4,8 milyard dollardır ki, bu da Azərbaycanın illik xarici ticarət dövriyyəsinin 10%-i həcmindədir. Üstəgəl, bu dövriyyədə Rusiyadan idxalın payı 75% təşkil edir.

Bu məsələlər ilə bağlı baki-xeber.com saytının suallarını təhlükəsizlik məsələləri üzrə ekspert Cabbar Məmmədov cavablandırıb.

- Bu yaxınlarda Rusiya Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən  "Rus Evi"nin bağlanmasına necə münasibət göstərirsiniz?

- Bilirsiniz, o, Azərbaycanda şübhəli fəaliyyətlə məşğul olan yeganə xarici təşkilat deyil. Bu gün Azərbaycanda müxtəlif ölkələrin xüsusi xidmət orqanları ilə gizli əməkdaşlığı olan onlarla xarici təşkilat fəaliyyət göstərir və hamısı da buradakı missiyasını "mədəni əlaqələr", "Azərbaycanın inkişafına dəstək", "Təhsilə yardım", "Sahibkarlara kömək ", "Xeyriyyə cəmiyyəti" və s. kimi ziyansız adlarla maskalayır. Məsələn, konkret nümunə deyə bilərəm ki, bu gün Azərbaycanda fəaliyyət göstərən və əksər dövlət orqanlarımızın  yaxından əməkdaşlıq etdiyi bir sıra Qərb konsaltinq şirkətlərini, məhz Qərb xüsusi xidmət orqanlarının konkret pozuculuq tapşırıqlarını icra etdikləri üzə çıxdığı üçün bir çox dövlətlər öz ölkəsindən qovub. Bizdə isə onlar hələ də, güc nazirlikləri də daxil olmaqla, bütün dövlət orqanlarının maliyyə auditini həyata keçirməkdən tutmuş, qanun və dövlət proqramlarımızın, işə qəbulla bağlı test suallarının hazırlanmasına, dövlət orqanı əməkdaşlarına təkmilləşmə kursu keçməyə qədər geniş spektrdə strateji əhəmiyyətli işlərə cəlb olunublar. Yəni ki, Azərbaycanda xeyriyyəçilik pərdəsi altında maskalanaraq diversiya-sabotaj fəaliyyəti həyata keçirən tək USAID və "Rus Evi" deyil. Azərbaycandakı bütün xarici təşkilatların fəaliyyəti gec-tez ciddi nəzarət altına alınmalıdır.

- Demək istəyirsiz ki, Azərbaycanın bütün problemlərinin əsl səbəbkarı əslində burada müxtəlif ziyansız adlar altında fəaliyyət göstərən xarici təşkilatlardır?

- Tam deməzdim, amma faiz nisbəti heç də az deyil. Məsələni başqa cür qoyaq: tutaq ki, onların fəaliyyəti müsbətdir, həqiqətən bizə böyük yardım edirlər. Əgər  onlar gəlməzdən əvvəl  ölkəmizin inkişaf tempi indikindən qat-qat daha yüksək idisə, hanı onların on illərdir Azərbaycanda gördükləri o qədər "müsbət işlərin" nəticəsi? Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo üç dəfə azalıb. Belə getsə, bu ilin sonuna qədər biz xarici ticarət dövriyyəsində mənfi saldoya malik ola bilərik.

- Hər kəsin əlində casusluq üçün ən uyğun alət olan mobil telefon gəzdirdiyi, kosmosdan hər kəsin hər addımını izləməyin mümkün olduğu bir əsrdə, bu qədər xərc çəkib bu tip mürəkkəb sxem üzrindən casus şəbəkəsi saxlamağın mənası nədir?

- Bilirsiniz, zaman və texnologiya inkişaf etdikcə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin funksiyaları, vəzifələri də inkişaf edir. Dövlətlərin bir-birinə qarşı  müharibə etdiyi dövr-zaman keçdikcə artıq tarixə çevrilir. Bu gün "nöqtəvi həmlə" taktikası çərçivəsində  dövlətlər bir-birinin hər bir strateji əhəmiyyətli sektorunu, oradakı hər bir strateji əhəmiyyətli kadrını hədəf alıb, bir-bir onları sıradan çıxarmaqla qarşı tərəfin bütün işlək sahələrini iflic duruma gətirirlər. Bunun üçünsə həmin vacib sektorların, layiqli kadrların əleyhinə kompromatlar toplamaq, onları hakimiyyətin və cəmiyyətin gözündən salmaq, onlara qarşı müxtəlif quramalar qurub işdən azad etdirmək, lazım olsa hətta həbsə atdırmaq üçün yerlərdə professional kəşfiyyat şəbəkəsinin işləməsinə zərurət var (hansısa bir vicdanlı fərdin, nəhəng və güclü bir şəbəkənin qəzəb hədəfinə tuş gəlməsinin nə demək olduğunu təsəvvür edə bilirsinizmi?). Həmçinin, onların yerinə öz kadrlarını vəzifə pillələrində irəlilətmək üçün ən müxtəlif dövlət orqanlarından "zənglər" təşkil etmək, kimlərəsə rüşvət vermək lazımsa, ən yüksək səviyyədə bu işi təşkil etmək və s. kimi işləri də, xaricdə oturaraq icra etmək mümkün deyil. Bunun üçün məhz yerlərdə olmaq və ən müxtəlif proqramlarla həmin ölkədə dayanmadan mümkün qədər çox vəzifəli şəxslə əlaqələr yaratmaq gərəkir. Bunun da cəmi yarım faizinin ələ alınması bəs edir ki, ardınca da onlardan bir "Troya Atı" kimi istifadə edərək, hakimiyyət orqanlarınının qalan digər sektorlarına da bir-bir onlara  lazım olan virus-kadrları yerləşdirə bilsinlər.

- Demək istəyirsiniz ki, başda cənab Prezident olmaqla, Azərbaycanın hər bir layiqli, qabiliyyətli, vətənpərvər kadrı xarici xüsusi xidmət orqanlarının "qara siyahısındadır" və hər biri ayrı-ayrılıqda potensial təxribat hədəfidir?

- Bu dəfə artıq qismən yox, tam şəkildə elədir və bu təxribatlar – rüşvətlə satın almaqdan tutmuş, kompromatlarla şantaj etməyə (məsələn, audit zamanı üzə çıxardıqları yeyinti faktını gizləmək, yoxsa hesabata daxil etmək hədəsi ilə), hətta bu kompromatlarla "vurmağa" qədər geniş spektri əhatə edir. İstedadlı, qabiliyyətli, işbilən şəxslər elə duruma gətirilir ki, öz ölkəsinə, dövlətinə, hökumətinə qarşı düşmən vəziyyətə köklənib, ehtiyac üzündən, bəzən də qisasçılıq motivi ilə onların şəbəkəsinə qoşulsun və ya "İntellekt ovu" proqramı çərçivəsində ölkədən ixrac edilsin. Mən öz tərəfimdən belə düşünürəm ki, strateji əhəmiyyətli kadrlarımızın  (hətta müxalifət cəbhəsində də olsalar) reyestrini aparıb, onların xaricilərin ideoloji və digər diversiya və təxribatlarından müdafiəsi, onlardan istifadə barədə müvafiq dövlət orqanlarımız hansısa bir proqram işləyib gerçəkləşdirsə, dövlət maraqlarımız baxımından çox faydalı ola bilər.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ