şənbə günü, 22 avqust 2026
     

Üç Cənubi Qafqaz ölkəsinin Rusiyaya qarşı İTTİFAQ qurması uzaqda deyil - "Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"...

Image


Rusiyanın hansı məntiqlə idarə edildiyi bilinmir. Bu ölkə sürətlə özünü itirir. Hara getdiyinin fərqinə varmaz dərəcədə kütləşib...

İflas 2014-cü ildə Krımın işğalı ilə başladı. Sən günün günorta çağında başqa ölkənin torpağını tut, nədi nə deyil, kimsə NATO üzvü olmaq istəyir. Bir ağıllı adam tapılıb Rusiya elitasına demədi ki, Ukrayna lap yaxşı edir, sən elə dövlət olaydın ki, ukraynalılar sənin yanında durmağı üstün tutardılar və NATO-nun qapısında boyun əyməzdilər. Bir düşünəydin ki, səninlə birgə Hitlerin həbs düşərgələrindən və müharibə meydanlarından inamla keçmiş ukraynalılar niyə qəlbən səndən döndülər? Dəli olublar? Yox, çünki sən 70-80 il bu xalqa onun istəmədiyi adamı başçı qoymaq, onun bütün seçkilərini saxtalaşdırmaq kimi iylənmiş yeməkləri zorla yedizdirmək istədin. Bu da axırı...

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

2015-ci ildə təyyarələrini töküb Suriyanı düzlədi, Lavrov dünyaya car çəkdi ki, Suriya xalqı çağırdı və biz də gəldik. Bəs hanı o xalq, cənab Lavrov?! O Suriya xalqı niyə bəs Bəşərin zülmündən Moskvaya yox, Avropaya, Türkiyə və Livana sığındı?!...

Yalanları faktlaşdırıb şüurlara soxuşdurmaqla deyil. Ukraynanı işğal edəndən dünya Rusiyanı qara qarğa kimi bloka salıb. Sadə ruslara dünya ölkələrində öz pulu ilə yemək də vermirlər. İki il əvvəl hətta Lavrovun özünə İndoneziyada hansısa iqtisadi toplantıda günorta yeməyi də vermədilər... Küçənin ortasında lokantada "kolbasa-çörək yemək" bir dövlət elitasına yaraşmaz... 

Əslində Amerika da elə Rusiyanın tayıdır. Bu gün Amerikanın Yaxın Şərqdə hansı rəzalətə dəstək verdiyini düşünəndə, 1979-cu ildə Xomeyninin "1 nömrəli şeytan, 2 nömrəli şeytan" sözlərinə haqq verərək" ilanın ağına da, qarasına da lənət" deməkdən başqa çarə qalmır...

Ancaq bir şey var ki, Amerikanın "dilinə görə birçəyi də var axı"...

Rusiya çox eşqə düşdü ki, dolların alternativini yaratsın. Nooldu bəs? Alınmadı. Alına bilməzdi. Çünki Amerika dövləti vaxtında sahibkarların həqiqi toxunulmazlığı üstündə iqtisadi model qurdu və böyük istehsalın bazasında dolları dünya valyutasına çevirdi. Daha Putin kimi, "məni dəstəkləməyən biznesmen dama girməli və ya ölməlidir" iddiasını ortaya qoymadı...

Amerika prezidentlərinin göstərişi ilə qətlə yetirilmiş bircə nəfər amerikalı iş adamı tanıyırsız? Ancaq Rusiyanın praktikasında 1935-ci ildə Stalinin Meksikada Trotski kimi siyasətçini və fermeri baltalatması ilə kökü qoyulmuş "biznes qanqsterliyi" bu gün də yaşayır. Rusiya dövlət adamlarının sifarişi ilə həbs və qətl edilmiş biznesmenlərin sayı-hesabı itib. Bu gün Rusiyada "Edinaya Rossiyanı" tənqid etmək demirəm, sadəcə ona üzv olmaq istəmədiyini deyən bircə nəfər iş adamı tanıyırsız?! Yox. Nə qədər ki, bunlar yoxdur, "rubl ayaq altında qalmış pıs-pısa kimi aşağıdan yuxarı dollara tərəf boylanacaq". Dollara alternativ yaratmaq avantürasına uydurulmuş ölkələr isə sonda BRİCS üzvləri kimi bir-bir and içəcəklər ki, bizim yeni valyuta yaratmaq fikrimiz yoxdur... Amerikanın qorxusundan... 

Halbuki bunu yaratmaqda bir faciə filan yoxdur. Bacarana baş qurban. Ancaq bacarmırlar axı... Boş boçka kimi dınqıldamaqdan başqa əllərindən bir şey gəlmir... Adam Smitin, David Rikardonun 100 illər öncə dediklərinin hökmünü niyə anlamırsınız? İqtisadi azadlıq olmayan yerdə inkişaf da olmaz, dünya valyutası da olmaz...

Rusiya heç vaxt olub keçənlərdən lazımi nəticəni çıxarmadı. Soyuq müharibə 1991-ci ildə bitəndən sonra ABŞ-ın məqsədi dünyada ya birqütblü dünya yaratmaq idi, ya da heç olmasa "biri SSRİ, o biri ABŞ" olmaqla ikiqütblü dünya yaratmaq idi. Rusiyanın başbilənləri bunu başa düşmədilər... Çinə dəstək verərək 3-cü dünya qüvvəsi kimi önə çıxardılar. Hesab etdilər ki, Amerikanın qabağına "kozır" qoydular. Sonda Çin hər ikisinə "atdı". Daha da irəliyə çıxdı və heç birini saymadı. Amerika da Rusiyadan qlobal oyunu pozduğu üçün qisas almağa başladı. Çünki Çinə gücü çatmır...

Belə olduqda içi Putinin özü qarışıq Rusiya üçün intihar məzmunlu strateji qərarlar verməyə başladılar. Guya Putin çoxbilmişlik etdi. Anlamadı ki, "KQB-sayağı baş kəsib qan tökməklə" dünya idarəçiliyinin vaxtı keçdi. Hamının siyasi haqqına hörmətlə yanaşmaq, iqtisadiyyatı, texnologiyanı qaldırmaq, gün çörəyi üçün sadəcə iqtisadi azadlıq istəyən insanlara sərbəstlik vermək zamanıdır. Sonra kənarda dayanıb bunun möcüzələrinə baxıb zövq almaq zamanıdır. O iş adamını burda qazlamaq, digərini dama basmaq vaxtı keçdi. Dünən mənimlə birgə sonuncu balasını da Hitlerin üstünə göndərən anaların mənsub olduqları bir xalqı o birinin üstünə qaldırmağın heç zamanı deyildi...

Axı bu xalqlar sənin Kremlinə özünün məscidindən, Ələm və Mehrabından müqəddəs baxırdı?! Təbii sənin "sayəndə". Onu dinindən döndərmişdin. Çünki sənə inanmışdı. Son övladını "Kremlə qurban olsun" deyərək faşizmin üstünə göndərən anaların haqqına nə verdin? O anaların biri şuşalı idi, bakılı idi, naxçıvanlı idi, lənkəranlı idi. Haqlarına nə verdin? Sadəcə "toyuq dəni"... Naxçıvanlılar belə deyir və çox tutarlı deyirlər...

Biz 1989-cu ildə SSRİ-dən ayrılmaq istəyəndə günahımız nə idi? Rusiyanın müdrik rəhbərləri olsaydı, deyərdilər yaxşı yol, gedirsiniz Allah köməyiniz olsun. Bunu deməyi bacarmadılar. Bunu o qüvvələr bacara bilərdi ki, siyasətdə "balta ilə doğramaqdan başqa" daha incə taktikalar da bilirdilər. Təəssüf, Qorbaçov, Yeltsin, Putin kimi rəhbərlər bilmədilər... Erməniləri firitləyib Azərbaycanın üstünə saldılar. Düşündülər ki, Qarabağı əllərindən almalıyıq ki, Amerikanın, onun bunun yanına getməsinlər. Rusiyanın seçimi belə oldu - Qarabağı əllərindən alaq, həmişə ümid verək ki, özünüzü ağıllı aparsanız, Qarabağı geri qaytara bilərsiniz... Eyni oyunu Gürcüstanın da başında oynamaq istədilər... Sonu nooldu...?

44 günlük müharibədən sonra böyük ümidlər var idi ki, Kremlin başbilənləri lazımi nəticəni çıxaracaqlar... Çıxarmadılar… Ötən il hətta Rusiya XİN rəsmi bəyan etdi ki, Cənubi Qafqaz siyasətimizin necə olacağını müzakirə edirik. Hardadır bəs nəticə?...  Hani "Yeni Cənubi Qafqaz konsepsiyası"?... 

Nəticə elə bu idi ki, deyəsən ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla səhvə yol verdi? Azərbaycan Prezidentinin bu sözlərin arxasında 10 illər sonraya hesabladığınız cinayət planlarını başa düşməyəcəyini sandınız? Həmin anlarda anlamadınız ki, 200 il özünüzə müttəfiq sayaraq minlərlə azərbaycanlını öldürtdüyünüz ermənilər sizə nə plan hazırlayıb? Sizlər "ətraf rayonları verək, qardaşımız İrəvanla birlikdə hələ 10 illər boyu İlham Əliyevə və Azərbaycana Qarabağ kartı ilə təzyiq göstərərik" deyə planlar cızanda Paşinyan ananızı ağlatdı. Okeanın o tərəfindəki havadarlarının köməyi ilə 2022-ci ildə bəyan etdi ki, "Qarabağ Azərbaycandır"!. Başa düşülür ki, bu sizə böyük zərbə oldu, düz 200 illik planlarınızı zibilxanaya atdı... Ancaq Paşinyan sizə bu zərbəni vurmaqda haqlı idi... Çünki "çörəyinizi sahibini tanımayan itin qabağına atmışdınız"...

Qayıdaq 44 günlük müharibədən sonra "strateq" Lavrovun XİN-dəki toplantıda elan etdiyi məlum yeni Cənubi Qafqaz kursuna...

2 il keçir. Nəsə oldu?

Baxaq. Bir əli Ukraynada baltanın altında olduğu bir vəziyyətdə nəinki Ermənistanı Azərbaycanla sülhə məcbur etmədi, nəinki Zəngəzur dəhlizini açmağa vadar etmədi, əksinə, Azərbaycanla pərdəarxası qeyri-səmimi oyunları davam etdirdi. Təyyarəmizi vurdu, Zatulin kimi "hürüşü ilə sürüyə qurd gətirən" qanmazları İlham Əliyevin üstünə saldı. Hansı haqla? Elə bilirsiniz ki, Azərbaycan Prezidenti 2022-ci il fevralın 19-da, yəni Ukraynaya təcavüzə başlayacağınızdan 3 gün əvvəl sizinlə strateji bəyannamə imzalayanda bilmirdi nə var, nə yox?!. O sizə qədrini bilmədiyiniz "kart blanş" verdi... Vəssalam... Əvəzində siz nə etdiniz?..

Bütün sübutlar ortada ikən təyyarəmizi vurduğunuzu niyə etiraf etmirsiniz? Üstəlik Zatulinlərə, Tolstoylara "Azərbaycanı vurun" əmri vermək nə deməkdir?...

Dünyada təklənmək bəlkə də Rusiya üçün müəyyən çıxış şansları saxlayırdı. Regionda təklənməyin isə çıxışı yoxdur, cənablar!..

...Ermənistan artıq əldən çıxıb. Paşinyan dalbadal zərbədir ki, vurur. Akademik-elmi mətləblərə varmaqla qiymətli fb dostlarımı yormayım. Paşinyan açıq dedi ki, Kreml bizim üçün geridönüşü mümkünsüz ünvandır... Bəlkə də Kremldə düşünülür ki, Paşinyanın hakimiyyəti bitən kimi bütün Ermənistan yenə də Moskvanın restoranlarında "sarıbaş rus qızları ilə əski dövrlərdəki kimi" xoşbəxt anlara qayıdacaq...

Bədbəxtlər...! Bilmirsiniz ki, 1988-ci ildən aldadaraq "Qarabağ bökəni" yedirtmək istədiyiniz ermənilər bütün olub keçənləri sizə bağışlamaz? Əslində ermənilər sizə yox, siz ermənilərə xəyanət etdiniz... Ermənilərə "sən şah olassan" deyə-deyə axırda onları "peşka günündə" buraxdınız... Ermənilərin bunları sizə bağışlayacağını güman edirsiz?..

Azərbaycan xalqı gözləyirdi ki, Rusiya rəhbərləri 44 günlük müharibədən sonra xüsusilə Qarabağ məsələsində səhvlərini etiraf edəcək. Bunu etsəydilər, mən əminəm ki, hətta günahsız Xocalı qurbanlarının ruhu belə Rusiyanın günahlarından keçərdi... Tarixdə məgər az olub? Amerikalılar qırmızıdərili hinduları qırdılar, bir üzrlə qisasçılıq bitdi. Hitlerin cinayətlərinə görə, almanlar yəhudilərdən üzr istədi, qisasçılıq bitdi. Xocalılar da hər şeyi bitmiş saya bilərdilər... "Cənab" Putin bunu istəmədi... Sənə lazım idi ki, 44 günlük müharibədən sonra Xocalıda Perjevalskinin, Lermontovun, nə bilim kimlərinsə heykəlini qoyasan, şəhərdə kilsə açasan? Kilsənin və bu adamların Xocalıya nə aidiyyatı var?... Xocalıda provaslavlar yaşayıb heç?... İllər boyu Almaniyada, Avstriyada kəşfiyyat aparmış, İlham Rəhimov kimi bir azərbaycanlı ilə illər boyu dostluq etmiş, hətta İlham Rəhimova rəğbətin üstündə bir azərbaycanlı qızı ilə ailə qurmağı belə ürəyindən keçirmiş şəxs olaraq bilmək çətin idi ki, azərbaycanlıları, qəlbi yanıq Xocalı insanlarını başa düşmək lazımdır? Böyük pisliyi etdiniz, Xocalı insanlarının BÖYÜK olduğunu anlaya bilmədiniz...

SSRİ dağılandan taa 2003-cü ilədək Gürcüstanda və Azərbaycanda baş verənləri xatırlayaq. Qamsaxurdiya gürcüləri Qərbə yönəltmək istədi, Elçibəy Azərbaycanı Qərbə aparmaq istədi. Şevardnadze orada hakimiyyətə gəldi, Heydər Əliyev burada hakimiyyətə gəldi. Ağıllı idilər və dünyanın gedişatını bilirdilər. Rusiyadan çox uzaqlaşmamaq və onun maraqlarına hörmət etmək şərtilə Qərblə açılım kursuna başladılar. Düzgün siyasət idi... Şevardnadze də, Heydər Əliyev də Rusiyanı yaxşı tanıyırdılar. Bəs siz onların haqlarına sayqılı oldunuzmu? Anlaşıqlı siyasətinə görə Qarabağ problemini elə Heydər Əliyevin öz sağlığında həll etmək olmazdı? Etmədiniz... Heydər Əliyev rəhmətə getdi, İlham Əliyev hakimiyyətə gələndən 17 il sonra Azərbaycanın öz haqqını geri almasına mane olmadınız. Bu nə siyasətdir? Bunları 2020-də yox, məsələn 2010-cu ildə etmək olmazdı? Edilmədi, çünki Rusiyanın başbilənləri başda deyildilər...

Şevardnadzenin hakimiyyətdən devrilməsinin qabağını ala bilmədiniz. Saakaşvili hakimiyyətə gəldi. Ona qarşı qisasçılıq başladı. Çünki hansısa gürcünü nazir qoymaqla bağlı Putinin tələbini icra etməmişdi. Sonu nə oldu?... Bir İvanişvili tapıb hakimiyyətə gətirdilər. İvanişvili ümid edir ki, Rusiya ilə yaxşı münasibətlərdə olub Qərbə müharibə açsam, Abxaziya və Osetiyanı qaytaracaqlar... Əbəsdir... Qaytarmayacaqlar... Gürcülər yanılır, hesab edirlər ki, İlham Əliyev 17 il Rusiya ilə anlaşıqlı münasibətlər içində olmaqla Qarabağ problemini həll etdi... Biz də Abxaziya və Osetiya problemini həll edəcəyik... Heyhat... Baş nazir Kobaxidzeyə baxanda təcrübəsiz və ölkəsinə xidmət etmək istəyən bəlkə də saf bir gəncin öz mütərəqqi duyğuları ilə hansı səhvi buraxdığını görməkdən üzülürəm. Çünki Kobaxidze İlham Əliyev deyil. Gürcüstan Azərbaycan deyil. Zaman da o zaman deyil... Bir də ki, İvanişvili və Kobaxidze 2012-ci ildən Qərbi yox, Rusiyanı seçiblər. Bunun bir əvəzi olmalı deyildimi? Bu 13 ildə heç hiss etdiniz ki, Rusiya Abxaziyanı və Osetiyanı qaytarmaq istəyir? Yox...

Rusiya "Cənubi Qafqazı vermərəm" deyə-deyə Cənubi Qafqazı Qərbin qucağına atmaqdadır. Mən bunun pis, ya yaxşı olduğuna qiymət vermək istəmirəm. Babalı Sərvərin (Putinin) boynuna...

Bu gedişlə 3 Cənubi Qafqaz ölkəsi sonda Rusiyaya qarşı birləşəcək. Ermənistan onsuz da üzünü Qərbə tutub, Rusiyanın sayəsində. 30 il Azərbaycanın torpaq haqqını yediniz, sonda da təyyarəsini vurdunuz. Gürcüstanın isə ərazi bütövlüyünü pozdunuz və bu gün də bərpa edə bilmirsiniz. İndi bu 3 ölkədən hansı sədaqəti uma bilərsiniz...?! 

1918-ci ildə 3 Cənubi Qafqaz ölkəsi birləşərək Zaqafqaziyanı yaratdı. 70 il bu saxta dostluğun kölgəsində xumarlandınız. 1991-ci ildə SSRİ dağıldı. Sandınız ki, 3 xalqı bir-birinin üstünə salmaqla daha 70 il aldadılmış xalqların üstündə at oynada, səhvlərinizi sığorta edə biləcəksiniz...

Bu gün hər 3 Cənubi Qafqaz ölkəsi Rusiyadan çox əsaslı şəkildə incik düşüb. Haqları tapdalanıb...

2018-ci ildə Rusiya bu 3 ölkəni bir araya gətirə bildi. Çünki qarşıda güclü geosiyasi qüvvə yox idi. ABŞ indiki kimi qüvvətli deyildi, Avropa Birliyi isə ümumiyyətlə yox idi. Bu gün Rusiyanın Cənubi Qafqazda qədəmləri bükülüb, Qərb bu bölgəyə yerikləyir, 3 ölkənin hər biri Rusiyadan möhkəm incik düşüb. Çünki Rusiya onlara pislik etməkdə davam edir...

Bilirsiniz hara gedirik?..

Məncə 3 Cənubi Qafqaz ölkəsinin Rusiyaya qarşı ittifaq şəklində birləşə biləcəyinə real baxmaq lazımdır... Azərbaycanın, Gürcüstanın və Ermənistanın Rusiyaya qarşı birlikdə gedəcəyi uzaqda deyil... Bəli, səhv oxumadınız... 

Ancaq Rusiya hələ bir çox şeyləri xilas etmək şanslarını itirməyib…

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

21.08.2026 / 14:53
Suriya, İran və Türkiyə məsələsi Netanyahunun seçki taleyini həll edir...

21.08.2026 / 14:37
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

21.08.2026 / 14:26
Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsinə 88,2% dəstək... – SORĞU

21.08.2026 / 14:16
Səfir:"Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub"

21.08.2026 / 13:57
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib

21.08.2026 / 13:55
Prezident: "Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir"

21.08.2026 / 13:49
"Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir" - Prezident

21.08.2026 / 13:47
Prezident İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

21.08.2026 / 13:45
"Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir" - Prezident

21.08.2026 / 13:42
Prezident: "Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır"

21.08.2026 / 13:37
"Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır" - Prezident

21.08.2026 / 13:33
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTO

21.08.2026 / 13:18
Simonyan yeni vəzifədə Azərbaycan və Türkiyə üçün çox şeylər edəcəyini bildirdi...

21.08.2026 / 13:06
İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanaya müraciət etdi...

21.08.2026 / 12:44
Rusiya və İran “Xəlvət və təhlükəsiz marşrutla” yükdaşımaları artırır...

21.08.2026 / 12:05
Dankan Norman:"Hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər"

21.08.2026 / 12:03
Səfir:"Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır"

21.08.2026 / 12:02
Britaniya səfiri:"Bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb"

21.08.2026 / 11:50
"Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik" - Konqolu deputat

21.08.2026 / 11:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 11 vaqon buğda, 4 vaqon arpa göndərdi

21.08.2026 / 11:18
Su Polis paytaxt və bölgələrdə qanun pozuntuları aşkarladı

21.08.2026 / 11:02
"Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb" - Ruanda səfiri

21.08.2026 / 09:47
Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

21.08.2026 / 09:22
BMT Baş katibliyinə namizəd Ukrayna üçün çıxış yolu tapdı - NATO “sevdasından” əl çəkmək…

21.08.2026 / 09:10
Nazarbayev rəsmən xalqa müraciət hüququndan məhrum edildi - “ömürlük” status qaldırıldı

21.08.2026 / 08:13
"Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu" - Paşinyan

21.08.2026 / 07:49
Almaniyada 4 ay ərzində 14.000 insan ölüb - istidən…

21.08.2026 / 06:47
Trampın əsəbiliyi İran mövzusunda məyusluqdandır - "The Washington Post"…

20.08.2026 / 22:27
Beynəlxalq təşkilatların “seçki komissiyaları” ilə bağlı tövsiyələri - Demokratiyaya dəstək, yoxsa riyakarlıq... - Professor Məhərrəm Zülfüqarlı yazır...

20.08.2026 / 22:12
Başımızı uca edən qəhrəman oğul

20.08.2026 / 21:55
Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

20.08.2026 / 21:30
Bakıda müştərilərə dəfələrlə at əti yedizdirmiş məşhur restoran niyə layiqli cəzalandırılmadı?...

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 17:04
Haqq savaşımızın ölümsüzlüyə qovuşan qəhrəman oğlu – Xəyal Nuri...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ