çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Rusiyada hazırkı antiazərbaycan aqressiyanın 2 səbəbi var...

Image


Bizim Rusiyada şirkətlərimiz barmaqla sayılsa da, Azərbaycanda mindən çox rus şirkəti fəaliyyət göstərir

Son günlər rus mediası, "müstəqil siyasətçilər" və Rusiya Dövlət Dumasının deputatları (bunları Vladimir Putinin "zapas təkəri" də adlandırmaq olar) hökumətin dirijor çubuğunun işarəsi ilə hərəkətə keçib. Bəs səbəb nədir, nəyə görə Rusiya Azərbaycana qarşı bu qədər aqressivdir, nədən öz təbliğat maşınının yönünü mənfi mənada strateji tərəfdaş ölkə olan Azərbaycana tərəf çevirib? 

Çoxları elə bilir ki, bu yalnız təyyarə qəzası ilə bağlıdır. Əslində bu məsələdə Azərbaycanın Rusiyadan inciməyə daha çox haqqı var. Çünki Azərbaycan təyyarəsi Rusiya ərazisində vurulub, ortada aydın dəlil-sübut olmasına rəğmən Moskva nə günahkarları cəzalandırmır, nə də kompensasiya verməyə tələsmir, rəsmilərin dili ilə istintaqın yekunlaşmasını gözləməyi tövsiyə edir. Amma Rusiya helikopteri Naxçıvan sərhədində vurulanda Azərbaycan hökuməti dərhal reaksiya verdi, üzr istədi və kompensasiya ödəməyə hazır olduğunu bəyan və günahkarların müəyyənləşdirilməsi üçün dərhəl istintaq başlatdı. Eyni reaksiyanı Azərbaycan tərəfi rus sülhməramlıların avtomobili atəşə tutulanda da sərgilədi. Baxmayaraq ki, bu hadisələrdə Rusiya sərhədçilərinin və sülhməramlılarının təxribatçı hərəkətlərinin sübuta belə ehtiyacı yox idi. Azərbaycan hökuməti də haqlı olaraq Rusiyadan eyni reaksiyanı gözləyirdi. Amma hələ belə bir münasibət müşahidə edilmir.

Rusiyanın Azərbaycana qarşı aqressiyasının ikinci və ən əsas səbəbi ölkəmizdə Kremlin casus şəbəkəsi kimi fəaliyyət göstərən "Rus evi"nin bağlanmasıdır. Lakin Azərbaycan tərəfi "Rus evi"ni heç casus ittihamı ilə bağlamayıb. Bu qurum Azərbaycanda qeydiyyatdan keçməyib, qeyri-qanuni fəaliyyət göstərir. Qeyd edək ki, "Rus evi" Azərbaycanda 1997-ci ildən - 28 il əvvəl fəaliyyətə başlayıb, amma hüquqi şəxs kimi qeydiyyatdan keçməyib. Ona görə də fəaliyyəti dayandırılıb.

Bu səbəblərdən Rusiya hökuməti hakim "Yedinaya Rossiya" partiyasının bütün arsenalını səfərbər edib. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin RTVI-ya müsahibəsində deyib ki, Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır, bizim zəifləməyimizdən istifadə edib, bizi saymırlar və s. kimi giley-güzar edib. Bunun ardınca isə "Yedinaya Rossiya" partiyasının Dövlət Dumasındakı "bokusyor" deputatı Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılmasını, biznesinin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi iddialarla çıxış edib. Valuyev Dövlət Dumasının tribunasından siyasətçidən, millət vəkilindən daha çox bokusçu kimi çıxış etdi. Binava deyəsən rinqlə parlament tribunasını səhv salıb.

Həmin partiyanın Dumadakı digər nümayəndəsi Yevgeni Popov təklif edib ki, əgər "Rossotrudniçestvo"nun ("Rus evi"ni nəzərdə tutur) fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada iki şirkətinin fəaliyyətinə baxmaq lazımdır.

Ukraynanın Rusiya tərəfindən işğal və ilhaq edilmiş Donetsk vilayətində separatçılıq işlərində qazandığı "uğurlara" görə Rusiyanın Dövlət Dumasının deputatı mandatını hədiyyə alan Andrey Pinçuk, Vladimir Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsus "Crocus" şirkətinin və "Sadovod" ticarət kompleksinin bağlamaq təklifini irəli sürüb.
 Başqa biri tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun da müflisləşdirilməsini təklif edir. Fantastik ideyalar çoxdur, rus mediası və "Yedinaya Rossiya" partiyasının deputatları azərbaycanlı miqrantların ölkədən qovulmasını və Azərbaycanla bütün münasibətlərin kəsilməsini də tələb edə bilər. Amma o halda görək hansı tərəf uduzacaq.

Birincisi, Rusiya deputatlarının istədiyi kimi, diaspora və miqrant məsələsinə, o cümlədən də azərbaycanlı iş adamlarına qarşı Rusiyanın siyasəti dəyişsə bu həm iqtisadi, həm də siyasi cəhətdən Moskvanın özünə zərər vuracaq. Çünki Rusiyada azərbaycanlı miqrantların və iş adamlarının yerini dolduracaq əmək ehtiyatı potensialı yoxdur. Alkoqol və narkotik aludəçisi olan ivanlar və vasiyalar mamedlərin gördüyü işi bacarmayacaq. Digər tərəfdən, həm azərbaycanlı iş adamlarının, həm də diaspora təşkilatlarının ətrafında kifayət qədər insanlar var. Rusiyanın daxili vəziyyəti isə sosial partlayışa hamilədir. Hazırda ona bir qığılcım lazımdır ki, nüvə silahından da betər sosial partlayış baş versin. Rusiyada maraqlı qüvvələr də bu istiqamətdə intensiv iş aparır. Cəmiyyət müharibənin gətirdiyi bədbəxtlikdən və çatışmazlıqlardan bəzib. Bu gün Rusiya hökuməti Moskvada və Sankt-Peterburqdan başqa ölkənin digər regionlarında cəmiyyətin gündəlik həyatını normal təmin edə bilmir. Sosial vəziyyət günbəgün pisləşir. Müharibənin hər gün "yediyi" bir milyard dollar Rusiya vətəndaşının təminatından kəsilir. Rusiyanın illik dövlət büdcəsi cəmi 400 milyard dollardır. Hansı ki, il ərzində onun 365 milyard dolları müharibəyə xərclənir. Büdcəsində dövlətin və vətəndaşın təminatı üçün cəmi 34 milyard dollar qalır. 150 milyon əhali üçün bu sıfır təminat deməkdir. Bunları qeyd etməkdə məqsədimiz Rusiyanın indiki durumu barədə oxucuda təsəvvür yaratmaqdır.

Məsələyə fərqli rakursdan baxaq. Rusiyada müstəqil və birgə fəaliyyət göstərən Azərbaycan şirkətlərini barmaqla saymaq olur. Amma hazırda Azərbaycanda mindən çox Rusiya şirkəti fəaliyyət göstərir.

Ticarət dövriyyəsinə gəldikdə, 2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,8 milyard ABŞ dolları təşkil edib. Bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin cəmi 10%-i qədərdir. İki ölkə arasındakı ticarət dövriyyəsinin 75 %-ni isə Rusiyanın Azərbaycana ixracı təşkil edir.

Bütün bu rəqəmlərdən, sosial-siyasi və geopolitik durumdan kimin daha çox itirəcəyi aydın görünür.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ