çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Azərbaycan gəncliyi ölkəmizin inkişafının sağlam və möhkəm bünövrəsidir

Image


"Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir".
Ümummilli Lider Heydər Əliyev
"Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur".
Prezident İlham Əliyev

Fevralın 2-si ölkəmizdə Gəncləri Günü qeyd olunur. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq sərəncama əsasən, MDB və Şərqi Avropa regionu ölkələri arasında ilk dəfə Azərbaycanda Gənclər Günü kimi təsis olunub. Azərbaycan gəncliyi 28 ildir ki, bu tarixi günü dövlət səviyyəsində təntənəli şəkildə qeyd edir. Gənclərimiz ictimai-siyasi, elmi-mədəni proseslərin önündə getməklə həm də milli dövlətçiliyin inkişafında müstəsna töhfə verirlər. 

Azərbaycanda gənclər hərəkatının ən mühüm və şərəfli mərhələsi Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev hələ ölkəmizdə rəhbərlik etdiyi ötən əsrin 70‒80-ci illərində Azərbaycan gənclərinin hamisi, əsl dostu və qayğıkeşi olub. Ümummilli Liderin zamanı qabaqlayan ideyaları milli gənclik nəslinin yetişməsində, müstəqil məfkurənin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. 

Onun müəllifi olduğu azərbaycançılıq ideologiyası gənclərin milli şüurunda müstəqil dövlətçilik ideyasının inkişafı və cəmiyyətimizdə həmrəyliyin təmin olunmasında, milli gücün artmasında əvəzsiz rol oynayıb. Onun əsasını qoyduğu milli gənclik strategiyası Azərbaycan gənclərinin təhsil, elm, ictimai həyatın bütün sahələrində xüsusi rolunun artmasına səbəb olub, 70‒80-ci illərdə ittifaq və xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilən gənclər milli intibahın, müstəqil dövlət irsinin mənbəyini və sarsılmaz dayaqlarını təşkil edirdi. 

Təəssüf ki, Ulu Öndərin hakimiyyətdə olmadığı 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan gəncləri arxa-dayaqsız qaldı, gənclər siyasəti unuduldu. Hətta həmin illərdə ağır sosial-iqtisadi vəziyyət, Ermənistanla davam edən müharibə və ölkədəki müxtəlif qüvvələrin siyasi təxribatları və kənar ideoloji təsirlərin artması gənclərin vahidliyini pozmuş, onların bir hissəsinin xarici, qeyri-milli ideoloji təsirlər altına düşməsi təhlükəsini meydana çıxardı.
 Belə bir mürəkkəb şəraitdə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra gəncləri vahid amal ətrafında yenidən birləşdirməyə müvəffəq oldu. Gənclərin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsində aparıcı qüvvə olmasını, onlara ayrı-ayrı siyasi partiya və qurumların deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunmasını anlatdı.
 Beləliklə, Heydər Əliyev işıqlı və aydın strategiya ilə gəncləri müstəqil Azərbaycanın milli gücü, enerjili qüvvəsi kimi milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 70-ci illərdə əsası qoyulmuş tarixi ənənəni bərpa etdi, həmin illərdə ölkəmizin saysız problemlərinin olmasına baxmayaraq, Ulu Öndər gərgin iş qrafikində vaxt taparaq ilk görüşlərindən birini məhz gənclərlə keçirdi. Bu onun gənclərə olan böyük etimadı, xüsusi diqqətinin nümunəsi idi. 

Açıq dialoq şəraitində keçirilən həmin görüşdə Heydə Əliyev gənclərin problemlərini, arzu və istəklərini diqqətlə dinləyərək həlli istiqamətində təxirəsalınmaz qərarlar verdi. Onun imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılmasını təmin etdi, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyənləşdirdi.
 Azərbaycan gənclərinin yenidən təşkilatlanması və müstəqil respublikamızda gənclər hərəkatının əlaqələndirilməsi məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin  yaradılması gənclərlə bağlı dövlət siyasətinin vahid və koordinasiyalı həyata keçirilməsində yeni mərhələ açdı.
 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin Birinci Forumunun keçirilməsi respublikanın həyatında müstəsna əhəmiyyətə malik bir hadisə oldu. Forum müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində gənclərin fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də Forum nümayəndələrinin bir qrupu ilə görüşən Heydər Əliyev həmin gün imzaladığı sərəncamla fevralın 2-sini Azərbaycanda Gəncləri Günü elan etdi.
 1999-cu il martın 2‒3-də Azərbaycan gənclərinin keçirilən İkinci Forumu daha mühüm ictimai hadisə kimi əlamətdar oldu. Tədbirdə Birinci Forumdan ötən 3 il ərzində görülmüş işlərin hesabat və yekununu əks etdirməklə, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə düşən böyük vəzifələri müəyyən edildi.
 Həmin Forumdan sonra gənclərin respublikanın ictimai-siyasi həyatında fəal iştirakı daha da artdı, eləcə də dövlət orqanlarında müxtəlif yüksək vəzifələrdə gənclərin təmsilçiliyi genişləndi. Dövlət hakimiyyəti və idarəetmə orqanlarının gənclərlə iş üzrə əlaqəli və məqsədyönlü fəaliyyət konsepsiyası həyata keçirildi.
 Ulu Öndərin 29 iyul 1999-cu il tarixdə imzaladığı "Dövlət gənclər siyasəti haqqında" fərmanı isə gənclər siyasətinin həyata keçirilməsi sahəsində yeni prioritetləri müəyyənləşdirdi. Gənclər siyasəti ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq, respublikanın ictimai-siyasi həyatında və dövlət quruculuğunda gənclərin iştirakına daha əhatəli imkanlar yaradıldı, onlar daha məsul vəzifələrə irəli çəkildi.
 Ulu Öndər gənclərlə daim ünsiyyətdə olur, müntəzəm görüşür, müvafiq qurumlardan onlara bütün zəruri tədbirlərin görülməsini tələb edirdi. O, dövlətin maddi imkanları hesabına xaricdə təhsil alan gənclərə valideyn qayğısını davam etdirdi. Məhz bu qayğıkeş və müdrik siyasətin 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən çox azərbaycanlı gəncin təhsil alması gerçəkləşdi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə böyük vəsait ayrılmışdı. 

Ulu Öndər istedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək, onlara daha böyük stimul vermək məqsədilə ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə görüşür, dəyərli tövsiyələrini verirdi. Həmin gənclərə "Prezident təqaüdü"nün verilməsi isə Liderin təhsilə və elmə böyük və xüsusi diqqətinin nümunəsidir.

Azərbaycan gənclər hərəkatında yeni və geniş dalğanın yaranması cənab İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Dövlət başçısı gənclər siyasətini daha da inkişaf etdirdi, gənclərin rifahına xidmət edən əsas Dövlət Proqramları qəbul edildi. 2007-ci il "Gənclər ili" elan olunması gənclər hərəkatında yeni ruh və stimul verdi. 

"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiqlənməsi, Gənclər Fondunun yaradılması gənclərin inkişafında və sosial həyatında mühüm rol oynadı. Fond ötən illərdə saysız layihələrə dəstək verib gənclər və gənclər təşkilatları tərəfindən hazırlanmış 680-dən çox layihəni maliyyələşdirib, eyni zamanda, 286 min 760 gənci əhatə edən 1450-dən çox tədbir həyata keçirib, 52 qurum və təşkilatla əməkdaşlıq edib. Həmçinin, Bakı və bölgələrdə fəaliyyət göstərən "Gənclər evi" gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdir. Eləcə də, Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunmasında mühüm rol oynamaqdadır.
 Prezident İlham Əliyevin gənclərə böyük hörmət və diqqətinin ən bariz nümunələrindən biri 2013-cü ildə ölkəmizdə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsidir. Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclərə verilən Prezident Mükafatı onların yaradıcılıq ruhunu, motivasiyasını daha da gücləndirir.
 Dövlət başçısı Ulu Öndərin əsasını qoyduğu ənənəni inkişaf etdirərək gənclərin xaricdə təhsilinə dövlət qayğısını genişləndirir. "Qara qızıl"ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi geniş vüsət alır. Dövlət başçısının 2017-ci il aprelin 16-da imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan gəncləri dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında yeni-yeni biliklərə sahib oldular və qazanılan bu bilik və təcrübəni bu gün də ölkəmizin inkişafı və çiçəklənməsi yolunda Prezidentimizin apardığı siyasətə dəstək naminə sərf edirlər.

Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənib. Hazırda icra edilən "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələrində təhsil alması təmin edilməkdədir.
 İstedadlı və xüsusi bacarığı olan gənc kadrların irəli çəkilməsi də dövlətin xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə "Yüksəliş" müsabiqəsinin təsis edilməsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasında innovativ ideya kimi mühüm yer tutmaqdadır.
 Azərbaycan gəncləri həm də beynəlxalq idman yarışlarında üçrəngli bayrağımızı yüksəltməklə, himnimizi qlobal arenada səsləndirməklə xalqımıza milli qürur yaşadır. Bu nailiyyətlərin hər birinin arxasında isə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin onlara xüsusi qayğısı dayanır. Məhz onun tapşırığı ilə inşa edilmiş 50-yə yaxın Olimpiya İdman Kompleksləri, idman meydanları gənclərin yetişməsində mühüm rol oynayıb. Azərbaycan həm də dünyada güclü idman dövləti kimi özünü təsdiqləyib. Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində bir ilk kimi həkk olunub.

Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi İlham Əliyevin yürütdüyü gənclər siyasətində ən önəmli yeri tutur. Gənclərin milli ruhda tərbiyə edilməsi onların dövlətin ərazi bütövlüyü uğrunda fədakarlığını, qəhrəmanlığını təmin etdi. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin qazanılmasında milli ruhda böyüyən gənclərin xüsusi əməyi vardır. Vətən müharibəsində iştirak edən gənc əsgər və zabitlərimiz "Vətən" deyərək daim irəli getdilər, torpaqlarımızın son qarışınadək işğaldan azad edilməsi üçün canlarından keçdilər. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Həmin hərbçilər Azərbaycan müasir Milli Ordu quruculuğunun banisi olan Heydər Əliyevin və peşəkar, nümunəvi Ordunun özəyini təşkil edən sağlam əqidəli, vətənpərvər gənc hərbçiləri yetişdirmiş Ali Baş Komandan İlham Əliyevin əsgər və zabitləridir.
 Cənab İlham Əliyev Qələbənin müəllifi olan həmin gəncləri ehtiramla xatırlayır, qürur duyduğunu bildirir: "Fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar... Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır".
 2022-ci il fevralın 2-də Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxış edərkən bir daha bəyan etdi ki, gənclər siyasəti daim dövlətin prioritetləri sırasındadır. Azərbaycan gəncləri öz təşəbbüskarlığını və aktiv güc mənbəyi olmasını 2024-cü ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 konfransında də nümayiş etdirdi. "Gənc İqlim Elçiləri" proqramı və "İqlim Həftələri" çərçivəsində 45 min gənci əhatə edən 625 tədbirin təşkili ekoloji maarifləndirmədə Azərbaycan nümunəsi kimi yadda qaldı. COP29 Konfransı çərçivəsində fəaliyyət göstərən "Gənclər Evi" pavilyonunda davamlılıq və iqlim liderliyi mövzularında seminarlar və panel müzakirələri olmaqla ümumilikdə 27 tədbir təşkil olundu ki, bu da gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədəki fəal rolunu təsdiqlədi.
 Bütün bunlar bir daha göstərir ki, Azərbaycan gəncləri mütəşəkkil və avanqard qüvvə kimi ölkəmizin inkişafının ən sağlam və möhkəm sütünlarından biridir. 

Ramid Namazov
Milli Məclisin deputatı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ