çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Paşinyan "erməni genosidi"nin tarixini alt-üst etdi - kilsəyə, diaspora ağır zərbə...

Image


Məhərrəm Zülfüqarlı: "Türkiyənin güclənməsi nə SSRİ-nin, nə də Qərbin və Amerikanın marağında idi, onun güclənməməsi üçün həm "soyqırım", həm də əsassız ərazi iddiasından istifadə edilirdi"     

 Qondarma erməni "soyqırımını" uzun illərdir, Ermənistanın havadarları olan bəzi böyük dövlətlər Türkiyəyə təzyiq vasitəsi kimi əlində saxlayır. Ermənistan da, ermənilər də "soyqırım" nağılı ilə öz başlarını qatırlar. Ermənistanın baş naziri Nikol Paşinyan isə "soyqırım" məsələsinə fərqli yanaşır, hətta çıxışlarında bu ifadəni işlətməkdən çəkinir və  "böyük qırğın" kimi tərcümə olunan "mets egern" ifadəsini işlədir. Ümumiyyətlə, Paşinyan bu məsələyə fərqli yanaşır, bunun uydurulmuş bir yalan olduğunun fərqindədir. Paşinyan saxta genosid mövzusunu dəfələrlə qaldırıb. Ümumiyyətlə, o, son dövrlər erməni cəmiyyətinə fərqli yanaşmalar təlqin edir, diqqət çəkən ideyalar verir. O həmişə deyir ki, mifik Ermənistandan real Ermənistana keçmək lazımdır. Yəni deyir ki, nağıldan gerçəkliyə keçilməsə Ermənistan adlı dövlət məhv olacaq.  Dediyimiz kimi,  eyni zamanda da saxta "genosid" məsələsini qaldırır və tarixi olaraq haqlı sual qoyur.  

N.Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə bildirib ki, ermənilərin Osmanlı İmperiyasındakı "soyqırımı" məsələsi yenidən araşdırılmalıdır: "Biz "erməni soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu". 

Paşinyan əvvəl də bu məsələyə toxunub və bildirib ki,  bu, sovet dövründə süni şəkildə kəskinləşdirilib. Paşinyan burda çox maraqlı nüanslara toxunur və  deyir ki,  bu məsələni SSRİ şişirdib. 

Bildiyimiz kimi, 1939-cu ildə Türkiyə NATO-nun üzvü deyildi və SSRİ ilə Türkiyə arasında da qarşıdurma yox idi. Bu baxımdan da, SSRİ Türkiyəyə qarşı hər hansı bir əsassız iddia qaldırmaqda maraqlı deyildi. Elə ki, 1950-ci ildə artıq Türkiyə NATO-ya üzv oldu və SSRİ ilə düşmən düşərgəni təmsil etməyə başladı, sovet hökuməti Ermənistan tərəfdən qondarma "genosid" məsələsini Türkiyəyə qarşı şişirtdi, bunu Türkiyəyə qarşı bir mübarizə məsələsinə çevirdi. Paşinyan da buna işarə edir  ki, bizi bu "genosidə" alət ediblər. "Genosidi" çox şişirdiblər. Əslində o, məsələni çox düz qoyur. Bunu həqiqətən də SSRİ ilə NATO arasında gedən mübarizənin nəticəsi olaraq bu dərəcədə şişirdiblər. Paşinyan da deyir ki, 1939-cu ildə saxta erməni "genosidi" gündəmdə yox idi, amma 1950-ci ildə bu birdən-birə meydana çıxdı, gündəmə gəldi. 

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində bildirdi ki, bu barədə çox danışılıb, çox yazılıb, indi də, görünür, yenə bu hansısa dövlətlərin, siyasi mərkəzlərin marağındadır, ona görə də gündəmə gətirilir. M.Zülfüqarlının sözlərinə görə, belə bir fikir var, Qərb ölkələri, Qərbi Avropa, Amerika Türkiyəyə nəyisə vermək istəməyəndə və yaxud Türkiyədən nəyisə almaq istəyəndə  saxta,  qondarma erməni "soqyırımından" bir vasitə kimi istifadə edir. M.Zülfüqarlı qeyd etdi ki, SSRİ İkinci Dünya müharibəsindən qalib çıxdıqdan sonra Ermənistan və Gürcüstan vasitəsilə Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı, hətta qardaş ölkəyə təcavüz etmək niyyətini ortaya qoydu. "SSRİ Türkiyəni açıq-aydın təhdid etməyə başladı. Türkiyə də dəstək üçün İngiltərəyə müraciət etdi, amma İngiltərə imtina edir. ABŞ-a müraciət etdikdə isə, ABŞ o dövrkü Türkiyə hökumətinin qarşısına şərt qoyur, bildirir ki, biz sizə SSRİ-nin təcavüzünə, təhdidinə qarşı kömək edə bilərik, ancaq bir şərtlə, siz çoxpartiyalı sistemə keçməlisiniz, bir də demokratik seçki keçirməlisiniz.  O vaxtı Türkiyənin baş naziri İsmət İnönü öz komandasını yığıb deyir ki, ABŞ bizim qarşımızda belə bir şərt qoyub. Bildirir ki, biz çoxpartiyalılığın əsasında demokratik seçki keçirsək hakimiyyətdən gedəcəyik, bunları etməsək, Türkiyə məhv olacaq, çünki SSRİ ölkəmizə təcavüz etmək istəyir. Ondan sonra Amerikanın şərtlərini qəbul edirlər, İsmət İnönü kabineti gedir, hakimiyyətə yeniləri gəlir və Türkiyə NATO-ya daxil olmaqla müdafiə olunur. Özü də SSRİ bunu tək etmirdi, Gürcüstanın və Ermənistanın adı ilə edirdi. Yəni Gürcüstan və Ermənistan Moskvanın təkidi ilə Türkiyəyə qarşı ərazi iddiası edirdi. Türkiyə NATO-ya girməsəydi təcavüzə məruz qala bilərdi". 

M.Zülfüqarlı qeyd etdi ki, SSRİ müharibədə qalib gələndən sonra dünyanın düzəni tamamilə dəyişdi, dünənki müttəfiqlər – Amerika, İngiltərə, Fransa, SSRİ dünyanı bölmək uğrunda artıq düşmənə çevrildilər. Türkiyə İkinci Dünya müharibəsində iştirak etməmişdi, axıra yaxın Almaniyaya müharibə elan etdi, ancaq iştirak etmədi, zəif dövlət idi. Bular da qalib dövlətlər idilər. Məqsəd  təkcə ərazi iddiası deyildi, həm də boğazlar məsələsi idi. 

Ermənistan necə ki, indi bizə qarşı ərazi iddiası irəli sürürdü, o vaxt da Moskvanın təkidi ilə Gürcüstanla birgə Türkiyəyə qarşı ərazi iddiası qaldırırdı. Bunu da saxta, əsassız iddialarla edəcəkdilər".

M.Zülfüqarlının sözlərinə görə, qondarma erməni "soyqırımı" məsələsinin o dövrdə gündəmə gəlməsində həm SSRİ-nin, həm də Qərbin və ABŞ-ın əli olub. O dövrdə BMT-də Holokost genosidi ilə bağlı qərar qəbul edilib və ermənilər də bundan istifadə edib saxta "soyqırımlarını" ortaya atdılar. O hesab edir ki, Qərb ölkələri Türkiyəni SSRİ-yə qarşı qoymaq üçün onu SSRİ sərhədində olan NATO dövləti kimi qəbul edirdilər. M.Zülfüqarlı qeyd etdi ki, Türkiyə Avropa Birliyinə daxil olmaq istəyirdi, Qərb  onun bu quruma qəbul olunmasının qarşısını almaq üçün "soyqırım" kartından istifadə edirdi, indi də edir. "Türkiyəyə qarşı SSRİ də, Qərb də öz kartlarından istifadə edirdilər. Türkiyənin güclənməsi nə SSRİ-nin, nə də Qərbin və Amerikanın marağında idi, onun güclənməməsi üçün həm "soyqırım", həm də əsassız ərazi iddiasından istifadə edilirdi. Qərb Türkiyədən NATO dövləti kimi SSRİ-yə qarşı istifadə etmək istəsə də, onun Avropa Birliyinə qəbul olunmasına qarşı idi.  Çünki Türkiyənin əhalisinin sayı çox olduğu üçün onun Avropa Birliyində səsi çox ola bilərdi, bu da Qərb ölkələrini narahat edərdi. Avropa Birliyi bir xristian blokudur. Ona görə də, qondarma "genosid" məsələsindən Türkiyəyə qarşı istifadə edirdilər. SSRİ də ərazi iddiası irəli sürürdü. Həm Qərb, həm Amerika, həm də SSRİ erməni kartından Türkiyəyə qarşı təhdid, təzyiq vasitəsi kimi istifadə etməklə öz maraqlarını təmin edirdi". 

M.Zülfüqarlının fikrincə, güclü Türkiyə həm SSRİ, həm də həmin dövlətlər üçün ciddi təhlükə idi, bu səbəbdən də ona qarşı hər cür vasitədən istifadə edirdilər.

M.Zülfüqarlı hesab edir ki, saxta erməni "soyqırımı" məsələsinin şişirdilməsində SSRİ-dən çox, Qərb və ABŞ böyük rol oynayıb. 

M.Zülfüqarlının sözlərinə görə, Paşinyanın bu məsələni qaldırması Fransanın və digər Qərbi Avropa ölkələrinin, ABŞ-ın sifarişidir. "Türkiyə Avropa Birliyinə üzv olmağa yaxınlaşır və bütün tələbləri yerinə yetirir, amma onu bu quruma qəbul etməmək üçün qarşısına "erməni soyqırımını tanı" tələbi qoyulur. Deyirlər ki, sən bunu qəbul et, səni Avropa Birliyinə qəbul edək. Bunu tanımaq da Türkiyə üçün nə deməkdir? Türkiyə təzminat verməlidir, ərazi itirməlidir ki, Qərb ölkələri rahatlasın. Qərb ölkələri demokratiyadan danışsalar da, amma türk və müsəlman ölkələrinə qarşı uydurma təzyiq siyasətindən əl çəkmirlər.

44 günlük müharibədən və antiterror tədbirlərindən sonra Paşinyan belə bir fikir söylədi ki, artıq erməni xalqı nağıllara inanmamalıdır, reallıqdan çıxış etməlidir. Yəni qondarma, mifik "Böyük Ermənistan" xülyasından, saxta "soyqırım" iddiasından əl çəkməlidir və reallıqla hesablaşmalıdır, reallıqdan çıxış etməlidir, əks təqdirdə indiki dövlətçiliyini də itirə bilər, Bunu Paşinyan deyirdi. Belə bir söz var: "İlana zəhər verən kərtənkələ". Elə ki, fransız qüvvələri sərhəddə peyda oldu (indi də sərhəddə "müşahidə aparmaq" adı ilə missiyalarını davam etdirirlər-M.Z), məhz onların təsiri ilə Paşinyan fikrini dəyişdirdi. Bununla da hələlik öz dediyi fikri inkar etdi. Amma yəqin gələcəkdə yenə bu fikri təkrarlayacaq ki, boş, mənasız  iddialardan əl çəkməsək Ermənistanın dövlətçiliyini itirmək təhlükəsi var. Çünki Türkiyə və Azərbaycana qarşı nifrət, düşmənçilik etmək, ərazi iddiaları  irəli sürmək Ermənistanın özünə ziyan vurur. Artıq bu iddialardan əl çəkib qonşularla normal münasibət qurmağın vaxtıdır".

M.Zülfüqarlının qeyd etdiyinə görə, saxta "soyqırımla" bağlı Türkiyə dəfələrlə bəyan edib ki, bu məsələni araşdırmaq tarixçilərin işidir. O bildirdi ki, bu məsələnin araşdırılması üçün Türkiyə öz arxivlərini açmağa hazırdır, Ermənistan isə arxivlərini açmaq istəmir, çünki arxivləri açan kimi ermənilərin 1915-ci ildə törətdikləri cinayətlər üzə çıxacaq. "Arxivləri açarlarsa ermənilərin 1915-ci ildə rusların xeyrinə  Türkiyəyə qarşı etdikləri xəyanətlər, cinayətlər açılacaq, bu yalanlar ifşa olunacaq. Erməni "soyqırımının" yalan olduğunu bütün dünya yaxşı bilir, sadəcə, bundan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək Qərbə lazımdır, ona görə də onu gündəmdə saxlayırlar"-deyə M.Zülfüqarlı əlavə etdi.

İradə SARIYEA           

 




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ