çərşənbə günü, 28 oktyabr 2026
     

İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

Image


Faiq Ələkbərli: "Molla rejimi terrorçunu cəzalandırmaqda və ədalətin bərpa edilməsində maraqlı deyil"

2023-cü il yanvarın  27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu baş verdi. Hadisənin üstündən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də İran terror aktını törədən Yasin Hüseynzadəyə layiqli cəza verməyib. Onunla bağlı edam hökmünün çıxarıldığını bəyan etsələr də, hələ bu hökm icra olunmayıb. 

Bir sözlə, molla rejimi cinayətkarı cəzadan yayındırmaq üçün bütün resurslarını işə salıb. Təbii ki, bu da Azərbaycan tərəfini ciddi narahat edir və ölkəmiz İrandan cinayətkarın cəzalandırılmasını tələb edir. 

Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində İran-Azərbaycan münasibətləri barədə danışarkən səfirliyimizə hucumla bağlı məsələyə də toxunub. Bu barədə Prezident Əliyev deyib: "...Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki, istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb müsahibə verir. O hadisədən iki il keçir. Bugünə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu. Bu, bir zəiflik nümayişi idi və Azərbaycan tərəfi də adekvat addımlar atdı. Bilirsiniz ki, biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, - İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, - ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq. Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq. Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma bu hadisədən iki il keçməsinə baxmayaraq, bu nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib".

İran niyə bu işi uzadır? Niyə birdəfəlik bu işi həll etmir?

"Əks halda proses çoxdan başa çatmalı və cinayətkar çoxdan cəzalandırılmalı idi, amma bunu görmürük"

AMEA-nın Sosiologiya və Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycan ötən illər ərzində   İranla münasibətlərini nə qədər səmimiyyət və obyektivlik üzərində qurmağa çalışsa da, bunun qarşılığını görə biməyib. "Rəsmi Bakı mümkün olduğu qədər rəsmi Tehrana münasibətdə daha şəffaf, daha obyektiv siyasət yürüdüb və yürütməkdə də davam edir. Ancaq bir çox hallarda İran adlanan ölkə nəinki bu məsələlərdən ciddi şəkildə kənara çıxmalara yol verir, hətta açıq şəkildə Azərbaycanın əleyhinə işlər görməkdən belə çəkinmir. Yəni məsələnin əsas mahiyyətini bunda görmək lazımdır. Bu baxımdan, iki il əvvəl Azərbaycanın Tehrandakı səfirliyində baş verənlərin böyük bir terror cinayəti olduğu hər kəsə bəllidir. Bu cinayətin arxasında duranların da kimliyini bilirik. İkinci Qarabağ müharibəsində Azərbaycanın uğurlarını həzm edə bilməyən rəsmi Tehran aşkar Azərbaycanı təhdid etdi və ölkəmizin Tehrandakı səfirliyinə terror hücumu təşkil edərək bu prosesin arxasında dayandı".

F.Ələkbərlinin fikrincə, bu məsələni Azərbaycan Prezidentinin bu şəkildə səsləndirməsi də təsadüfi deyil. O qeyd etdi ki, Prezident Əliyev əvvəlki dövrdə də Tehran hakimiyyətinə bu və digər şəkildə öz xəbərdarlığını edib, mesajlarını ötürüb, bu rejimin yanlış yolda olduğunu ifadə edib. "Ancaq görünür, bu mesajlardan, xəbərdarlıqlardan rəsmi Tehran nəticə çıxarmaq istəmir. Prezident öz müsahibəsində Tehran rejiminin mahiyyətini bir daha ifşa etdi. Burda məsələ təkcə Tehrandakı səfirliyimizə qarşı baş verən xain terror hucumu deyil, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı vaxtda İranın addımlarına, qanunsuz, qeyri-hüquqi davranışlarına da aydınlıq gətirdi. Prezident eyni zamanda Tehrandakı səfirliyimizdə terror törədən şəxsin İran hökuməti tərəfindən cəzalandırıldığını, bunun isə gerçəklikdə reallaşmamasını dilə gətirdi. Tehran rejimi səfirliyimizə hücum edən terrorçunun cəzalandırılması məsələsini müxtəlif bəhanələrlə uzatmaqla, gah edam qərarını elan etməklə, gah da işi yenidən məhkəməyə göndərməklə əslində o canini himayə etdiyini göstərmiş olur. Molla rejimi terrorçunu cəzalandırmaqda və ədalətin bərpa edilməsində maraqlı deyil. Əks halda proses çoxdan başa çatmalı və cinayətkar çoxdan cəzalandırılmalı idi, amma bunu görmürük. Günü-gündən səbəbsiz yerə proses uzadılır".

F.Ələkbərlinin vurğuladığına görə, Prezident Əliyev rəsmi Tehrana göstərir ki, Azərbaycan öz siyasətində yeni addımlar atacaq, yəni İranın yanlış siyasətinə qarşı əvvəlki kimi dözümlü münasibət göstərməyəcək, molla rejiminin addımlarına qarşı müvafiq addımlar atılacaq. "Bir tərəfdən İran Tehrandakı səfirliyimizə hücum edən terrorçunu himayə edir, o biri tərəfdən işğalçı Ermənistanı dəstəkləyir, son zamanlar hansısa əyalət mollası Azərbaycan və Türkiyə prezidentlərinə qarşı hədyanlar yağdırır, bu da   bizim səbr kasamızı daşırır. Ona görə də, mənə elə gəlir ki, Prezident İlham Əliyevin təbirincə desək, artıq rəsmi Bakı daha sərt addımlar atmalı olacaq. Hesab edirəm ki, İranla münasibətlər əvvəlki şəkildə olmayacaq. Prezidentin bu mesajları ilə bağlı əgər rəsmi Tehran müvafiq addımlar atmayacaqsa, Tehrandakı səfirliyimizdə silahlı terror törədən öz layiqli cəzasını almayacaqsa, Ərdəbilin imam-cüməsi dövlət səviyyəsində cəzalandırılmayacaqsa, o zaman rəsmi Bakının addımları buna uyğun olacaq. Dövlət başçısı yeni bir mərhələnin işarəsini verdi. Azərbaycan geriyə addım atmayacaq, hansısa güzəştli mövqe tutmayacaq. Əksinə, biz daha çox müdafiə olunmaqdan hücum etmək müstəvsinə keçməliyik. Əlbəttə, bu məsələdə dünya azərbaycanlılarının, İran adlı ölkədə yaşayan soydaşlarımızın da bizim üçün sözün həqiqi mənasında bir güc mənbəyi olduğu bəllidir. Onlar artıq Təbrizdə Azərbaycan və Türkiyə prezidentlərini müdafiə edən posterlər qoyur, sloqanlar, şüarlar  paylaşırlar. Bu onu göstərir ki, güney azərbaycanlılar da bizimlə birgə molla rejiminə öz yerini göstərməyə çoxdan hazırdırlar" - deyə F.Ələkbərli vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ