çərşənbə günü, 28 oktyabr 2026
     

Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

Image


Erməni faşizminin təkcə Azərbaycan yox, bütün region üçün ciddi təhdid mənbəyi olması bəlli həqiqətdir. Elə o səbəbdən Azərbaycan bu təhlükənin dərhal aradan qaldırlmasını tələb edir. Hələlik isə faşizm Ermənistanda çiçəklənməkdə davam edir. 

Sirr deyil ki, erməni siyasətçilərinin, bu xalqa rəhbərlik etmək istəyənlərin, hakimiyyətə can atanlarının hər birinin başlıca şüarı millətçilik, faşizmdir. Bu yanaşmalara sadiq olmayan və onu özü üçün müqəddəs amal hesab etməyən erməni cəmiyyətdən təcrid olunur.

Faşist, xain dünyagörüşü ermənilərin liderlərinin də qanında, canında yaşadığı üçün və onlar insanlığa xas olmayan bu xüsusiyyətlərdən can qurtarmağa cəhd göstərmədiklərinə görə təhlükə mənbəyi olaraq qalırlar. Bunlar fonunda prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində erməni faşizminə geniş şəkildə toxunması təsadüfi deyil: "Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur". Azərbaycanın erməni faşizminə xüsusi diqqət yetriməsinin səbəblərini də dövlət başçısı dəqiq şəkildə izah edib: "Yenə də 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ - bütün bunlar bizim gözümüzün qabağındadır və kim zəmanət verə bilər ki, bu, təkrarlanmayacaq, heç kim! Çünki Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik". Burada qeyd edək ki,  Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də "Yerkrapa" könüllülər birliyinin toplantısında çıxışı zamanı azərbaycanlılarla bağlı söylədiyi ifadələr faktiki olaraq prezident qismində fəaliyyət göstərdiyi dövrləri əhatə edir. Həmin dövrlərdə o, Ermənistanın rəsmi şəxsi olub və bəyanatında söylədiyi ifadələr ümumilikdə azərbaycanlılara qarşı aparılan etnik təmizləmənin, deportasiyaların açıq şəkildə bəyan edilməsi, Ermənistanın faşist siyasətinin mahiyyətinin rəsmi şəxs tərəfindən dilə gətirilməsidir. Petrosyanın çıxışında yer alan "Ermənistan və Qarabağ yad millətlərdən təmizləndi" ifadəsi konkret olaraq etnik təmizləmə və deportasiya faktını Ermənistanın birinci şəxsinin dilindən təsdiqləmiş olur.

Məsələyə münasibət bildirən beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Vitali Arkov da bildirir ki, faşizm erməni ideologiyasının əsasında dayanır: "Levon Ter-Petrosyan prinsipial olaraq yeni bir şey deməyib. Uzun zamandır sirr deyil ki, Sovet İttifaqının dağılması əsasən milli məsələlərin qabardılması və millətlərarası münaqişələrin alovlandırılması ilə başladı. Bu prosesin sifarişçiləri Qərbdə – əsasən okeanın o tayında yerləşirdi, icraçıları isə yerli ərazilərdə fəaliyyət göstərən, xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınmış Levon Ter-Petrosyan kimi şəxslər, mədəniyyət, elm və hətta siyasi elitanın nümayəndələri idi". Ekspert   qeyd edib ki, millətçilik ssenarisi həmin dövrdə bütün sovet respublikalarında, o cümlədən Rusiyada həyata keçirilirdi: "Qafqazda isə vəziyyət daha tez gərginləşdi. Bunun səbəbi, ilk növbədə, Qafqaz xalqlarının temperamentli olması və respublikaların çoxmillətli xarakteri idi. XX əsrin 80-ci illərinin sonundakı faciəvi hadisələrə qədər Qafqazı müasir Babil adlandırmaq olardı. İkincisi, yerli strukturlara müəyyən səlahiyyətlərin həvalə edilməsi və ənənəvi idarəçilik xüsusiyyətləri nəticəsində Moskvanın buradakı nəzarəti tam deyildi. Həmçinin Qafqaz respublikalarına müəyyən iqtisadi üstünlüklər verilmişdi. Bu, bir növ NEP 2.0 (Yeni İqtisadi Siyasət) idi ki, nəticədə Gürcüstan, Azərbaycan və Ermənistan SSR-də bir çox sovet vətəndaşı üçün həyat səviyyəsi ölkənin orta göstəricisindən yüksək idi. Yəni obyektiv olaraq, Moskvanın onları əzdiyi və haqsızlıq etdiyini hiss etmələri üçün əsas yox idi. Buna baxmayaraq, bu narrativ (indi bunu demək dəbdədir) kənardan insanların düşüncəsinə yeridilirdi. Üçüncüsü, radikalizmə digərlərinə nisbətən daha tez erməni millətçiləri yetişdi və Qərb onların köməyi ilə bir sıra silsilə tədbirlər təşkil etməklə XXII Yay Olimpiya Oyunlarının iştirakçılarının və tamaşaçılarının təhlükəsizliyinin təmin edilməsi məsələsində SSRİ-ni gözdən salmağa çalışırdı. Bu, 1977-ci ildə Moskva metrosunda qanlı terror aktları törətməklə özünü göstərdi. Əlbəttə ki, bu terror aktlarının icraçılarına həqiqi məqsəd və hədəflər çatdırılmamışdı. Millətçilik kartı XX əsrin 80-ci illərinin sonunda olduğu kimi oynanılırdı". Arkov Ter-Petrosyanın bəyanatında erməni millətçiliyinin xüsusiyyətlərini qeyd edərək, onun Ukrayna millətçiliyi ilə oxşar cəhətlərə malik olduğunu bildirib: "Bu, bir milləti digər bütün millətlərdən üstün tutmaq, ərazi və mədəni dəyərlərə iddiaları əsaslandırmaq üçün tarixin saxtalaşdırılması cəhdləri kimi çox təhlükəli tendensiyadır. Xüsusilə də narahatlıq doğuran məqam odur ki, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan özünü Levon Ter-Petrosyanın tələbəsi kimi təqdim edir, nasist cinayətkar Qaregin Njdeni qəhrəmanlaşdırır; uzun illər millətçi Monte Melkonyanı zahirən təqlid edib və faktiki olaraq Ermənistanı ABŞ və Fransanın forpostuna çevirib. Hansı ki, bu ölkələr xüsusilə Paris bölgəni yeni hərbi münaqişələr xaosuna sürükləmək niyyətlərini gizlətmir". Real faktlar erməni faşizminin üzərindən pərdəni qaldırır və bu "dövlətin" mahiyyətini dünyaya nümayiş etdirir. Təsadüfi deyil ki, bu faktlar Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin müəlliflərindən biri sayılan şəxsin dilindən etiraf olunur. Bu faşist mahiyyət, vaxtilə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti Ermənistanın keçmiş dövlət başçısının dili ilə təsdiqlənir. Ermənistanın ikinci prezidenti və Xocalı qətliamının iştirakçılarından biri olan Robert Köçəryan AŞPA-nın sessiyasında Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etməsi ilə qürur duyduğunu dilə gətirmişdi. Serj Sarkisyan da Xocalı qətliamının birbaşa iştirakçısı olduğunu və dinc azərbaycanlıları qətlə yetirdiklərini etiraf etmişdi. Bütün bunlar bəşəriyyətin ən böyük faciələrindən birini törədən şəxslərin etiraflarıdır və birmənalı şəkildə cinayət tərkibi daşıyır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ