çərşənbə günü, 28 oktyabr 2026
     

"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

Image


Qardaş Türkiyəyə yaxın qüvvələrin Suriyada hakimiyyətə gəlişi dünyada türk faktoruna yenidən xüsusi diqqət yetirilməsinə səbəb olub. Baş verənlərdən ciddi əndişə keçirən tərəflərdən biri isə Ermənistandır. Indi erməni tərəfini təşvişə salan əsas məsəslələrdən  biri də Gürcüstanın separatçı Abxaziya bölgəsində baş verənlərdir.

Abxaziya daxilində son bir ay yarım ərzində faktiki olaraq nə baş verdiyi ilə bağlı konsensus yoxdur. Qeyd edək ki, noyabrın 11-dən yüzlərlə insan qondarma Abxaziya "təhlükəsizlik xidməti"nin Suxumidə yerləşən qərargahını mühasirəyə alıb. Abxaz müxalifətinin nümayəndələri Qudautada toplantı keçirərək, qondarma "investisiyalar haqqında" hökumət təşəbbüsünə qarşı sərt mövqe sərgilədilər. Etirazçılar hesab edirlər ki, Rusiya investisiya müqavilələri ilə Abxaziyanın əsas limanları, infrastruktur layihələri və sənaye obyektlərini faktiki olaraq nəzarət altına alır, bununla da onu öz ərazisinin bir hissəsinə çevirməyə çalışır. Bütün bunlardan sonra Abxaziya "prezidenti" Aslan Bjaniya devrildi. Bundan sonra rusların Abxaziayay təzyiqi başlayıb. Məsələn, elektrik enerjisi kəsilir. "Eks-prezident" Aslan Bjaniyanın tərəfdarı, İctimai Palatanın üzvü David Piliya əmindir ki, elektrik enerjisinin kəsilməsinə səbəb "hakimiyyətə" can atan müxalifətçilərin Rusiyayönlü "prezidenti" devirdikləri üçün eyni vaxtda "respublika"nın Rusiya ilə münasibətlərini korlamasıdır. Baş verənlərədən erməni tərəfi yenə öz çirkin məqsədləri naminə yararlanmağa can atır. Məsələn, erməni mediası Suriya hadisələri fonunda iddia edir ki, abxaz müxalifətinin həyata keçirdiyi zərbə "respublikadakı" qərbyönlü və türkyönlü qüvvələrə əsaslanır. "Yerevan Today" nəşri yazır: "Onların mövqeyi şəxsi eqoist istəkləri ilə müəyyən edilir və Abxaziyanın milli maraqlarına cavab vermir. Belə ki, onların müxalif fəaliyyətlərinin koordinasiyası və maliyyələşdirilməsini Qərb və Türkiyə QHT-ləri, eləcə də böyük türk biznesləri həyata keçirir. Türkiyənin əsas məqsədi regionda təsir imkanlarını genişləndirmək və iqtisadi ekspansiya etməkdir. Öz növbəsində Qərb Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq kimi strateji vəzifələrindən birini həll etmək üçün Türkiyəyə və onun etibarlı tərəflərinə dəstək verir. Bu baxımdan, abxaz müxalifətinin "hədəfi", ilk növbədə, Rusiya sərmayəsini cəlb etməyə və tənzimləyici bazanı uyğunlaşdırmağa kömək edən qanunvericilik təşəbbüsləridir. Moskvanın müxalifətin Abxaziyadakı "demarşlarına" sərt reaksiyası haqlıdır və gözləniləndir". Cəfəng yanaşmanı davam etdirən erməni mediası Abxaziyanın müxalifət liderlərinin Türkiyə ilə əlaqələrinin lduğuna dair iddia da irəli sürür. Bütün bunlardan sonra qabardılan məqamlar ermənilərin əsl niyyətinin əslində fərqli olduğunu göstərir. İddiaya əsasən, müxalifətdə olanlar rusofobdurlar. Məqsəd Rusiyanı həmin qüvvələrə qarşı radikal addımlar atmağa sövq etməkdir.

Erməni mediasi hətta yalanına haqq qazandırmaq üçün konkret şəxsləri misal çəkir, heç bir əsas olmadan onlara rusofob don geyindirir. Konkret şəxslər kimi aşağıdakı şəxslər göstərilir:

Baqrat Şinkuba, "Apsxara" ictimai təşkilatının rəhbəri, sahibkar, ictimai xadim, Abxaziya parlamentinin keçmiş deputatı, Türkiyədən repatriant. O, Abxaziyada fəaliyyət göstərən QHT nümayəndələri tərəfindən dəstəklənən 2024-cü ildə yaradılmış yeni Abxaziya müxalifət düşərgəsinin liderlərindən biridir, və 2025-ci ildə keçiriləcək seçkilərdə Abxaziya prezidentliyinə namizəd olmaq niyyətindədir. anti-Rusiya mövqeyi ilə seçilir. Abxaz Dilinin İnkişafı Xeyriyyə Fondunun sədri Mikaa Qivieviç. O, türk təsirinin genişlənməsi üçün fəal lobbiçidir və Türkiyədəki abxaz diasporunun nümayəndələrindən dəstək alır.

Xvatış Aslan Yurieviç, abxaz iş adamı, Türkiyə parlamentinin üzvü Talih Özcan ilə ailə əlaqəsi var, Abxaziyanın bank sektoruna fəaliyyət göstərir. Marşan Anzor Vladimiroviç, rusofob, Abxaziya konstitusiyasına dəyişikliklər üzrə təşəbbüs qrupunun üzvü, Türkiyədə yaşayan abxaz müsəlmanları ilə əlaqə saxlayır. Otırba İolanta, vətəndaş fəalı, QHT, rusofob, millətçi, yalnız abxazlar, müsəlmanlar üçün milli parlamentin yaradılmasının tərəfdarıdır". Bu qəbildən daha bir neçə şəxsin adı da sadalanır. Dahasonrakı iddialr isə ermənilərin əsl bədnam niyyətlərini ortaya qoyur: "Abxaziyada Levan Mikaanın Türkiyə təmsilçiləri ilə sıx əlaqəsi hamıya məlumdur. Xüsusilə o, rusofob və Qərbin nəzarətində olan "Kaffed" təşkilatı ilə fəal işləyir. Levan Mikaa Qərb tezislərinin ruhunda Rusiyanın guya Qafqaz xalqlarının soyqırımı ilə məşğul olduğu və bununla da millətlərarası nifrət doğurmağa çalışdığı tezislərini hər cür şəkildə yayır…Aytek Mustafa Cankat, Beynəlxalq İslam İqtisadi Əməkdaşlıq Təşkilatının vitse-prezidenti, Vətən partiyası vasitəsilə Abxaziyada Türkiyənin iqtisadi və siyasi layihələrini təbliğ edir". Bu fonda dünyanın gözündə yenə məzlum obrazın yaradılması da ermənilərin yadından çıxmayıb: "Müxalifətin hakimiyyətə gəlməsi Abxaziya ermənilərinə necə təsir edəcək? Abxaziyada müxalifətin qarşısında millətçilər hakimiyyətə can atırlar. İctimai-siyasi xadimlər, təşkilatlar müxalifət mühitində təmsil olunur və fəal işləyir, respublikada titulsuz millətlərin hüquqlarının məhdudlaşdırılması ilə bağlı tezislər irəli sürürlər. Üstəlik, Abxaziyada əhalinin 40%-dən çoxu etnik ermənilərdir. Müxalifət hakimiyyətə gələrsə, etnik təmizləmə ehtimalı son dərəcə yüksəkdir". Amma bunun üçün heç bir əsas yoxdur, hətta Abxaziyada yaşayan ermənilərin bəziləri müxalifətdəaktiv fəaliyyət göstərənlərdən biridir. Lakin erməni mediası bunları görməzlikdən gəlir. Əksinə qarayaxma kampaniyasının dozası artırırlır: "Hakimiyyət uğrunda mübarizə aparan müxalifətçilər məsuliyyətsizcəsinə etnik ədavəti qızışdırırlar. Müxalifətin yanaşması onların dövlətçilik təfəkkürünün olmamasından xəbər verir. Xüsusilə, müxalifətçilər respublikada mənzil tikintisinin leqallaşdırılmasına qarşı öz aralarında bəraət qazandıran məhz erməni hökmranlığı təhlükəsi idi. Müxalifət hakimiyyətə gəlsə, onu istədikləri populizmlə saxlamaq üçün erməniləri təqib edib bizneslərini əlindən almağa başlayacaqlar, həm də bunu xalq uğrunda mübarizə ilə bağlı populist nasist şüarları ilə əsaslandıracaqlar... Amma müxalif qüvvə yaradan şəxslərin nasist istəkləri Abxaziyada harmoniyanı pozur". Fakitiki olaraq, ermənilər yenə məzlum bir obraz yaradıb, məkrli niyyətlərini Abxaziyada reallaşdırmağa çalışırlar. Bu niyyətin əsas məqsədi Rusiyanın və mümkünolsa digər güclərin Abxaziyaya müdaxiləsinə nail olmaqdır. Bunun hansı fəalkətə səbəb olacağının isə ermənilər üçün əhəmiyyəti yoxdur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ