çərşənbə günü, 28 oktyabr 2026
     

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

Image


Elşad Həsənov: "Stüardessanın danışıqlarından aydın olur ki, qəza anına qədər təyyarənin arxa tərəfi dəlik-deşik olub, ona görə də o, sərnişinlərə qabağa keçmək göstərişi verir..."

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 62 sərnişin və 5 ekipaj üzvündən 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev qəzada 38 nəfərin həlak olduğunu açıqlayıb.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Embraer E190AR" təyyarəsi yerli vaxtla saat 07:55-də Bakıdan Qroznıya AHY8243 reysi ilə havaya qalxıb. Rəsmi məlumata görə,  Qroznı hava limanından duman səbəbindən reys Mahaçqalaya, oradan isə Aktauya yönləndirilib.

Təyyarə qəzası ətrafında kifayət qədər müəmmalar var.

Məsələn, Qroznıda hava dumanlı idisə, necə oldu ki, Mahaçqalada da hava səraiti təyyarənin enişinə imkan vermədi və onu Xəzərin o tayına - Aktauya yönləndirdilər? Üstəgəl, sağ qalan sərnişinlər deyir ki, təyyarə bir saatdan çox qəzalı vəziyyətdə uçub. Bu onu deməyə əsas vermirmi ki, təyyarə Qroznoda zədələnib? Bundan əlavə, təyyarənin gövdəsində çoxlu sayda mərmi dəlikləri var. Dəliklərin forması onların kənardan atəş nəticəsində açıldığını aydın göstərir.

Təyyarə havada olanda qeydə alınan video-götüntüdən məlum olur ki, hava gəmisi hardasa atəşə tutulub, qanadlarında mərmi zədələri var.

Bir məqamı da qeyd edək ki, qəzanın istintaqı başa çatana qədər Bakı-Qroznı və Bakı-Mahacqala reysləri təxirə salınıb. Bunun da səbəbi müəmmalardan biri kimi qiymətləndirilə bilər.

Brazilyanin "Embraer" şirkəti 1969-cu ildən eyni markali təyyarənin müxtəliv modfikasiyasının istehsalı ilə məşğuldur. Fəaliyyət göstərdiyi 55 ildə "AZAL"-a məxsus "Embraer E190AR" şirkətin qəzaya uğrayan dördüncü və ən çox itki verən təyyarəsidir. Təyyarə dünyanın ən etibarli hava gəmilərindən biri sayılır. Onun qəza ehtimalı 0,1 faiz təşkil edir. "Embraer" şirkətinin iki təyyarəsi Çində, bir təyyarəsi isə Namibiyada qəzaya uğrayıb. Bu üç qəzada cəmi 7 nəfər həlak olub. Bunlardan birinə təyyarənin terrorçular tərəfindən qaçırılmaq cəhdi səbəb olub. Təyyarə dağa çırpılaraq qəzaya uğrayıb.

Daha bir müəmma ondan ibarətdir ki, Rusiya hadisə yerinə nəyə görə fövqəladə hallar və həkim briqadası deyil, diplomatik korpuslarını göndərir?

"Bakı-Xəbər" qəzetinin sualını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elşad Həsənov həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa dilədikdən sonra bildirdi ki, qəza baş verəndən az sonra Azərbaycan Pprezidenti Rusiyaya səfərini yarımçıq dayandıraraq Bakıya qayıtdı: "Fövqəladə iclas çağırdı və baş nazirin rəhbərliyi ilə dövlət komissiyası yaradıldı. Komissiya üzvlərindən bəziləri qəza yerinə - Aktauya uçdular. Yəni Azərbaycan təyyarəsinin qəzası ilə bağlı lazım olan bütün tədbirlər görüldü. Cənab prezident də çıxışında bildirdi ki, müxtəlif versiyalar var, lakin komissiya bunu hərtərəfli araşdırmalıdır, bundan sonra isə komissiyasının yekun rəyi olacaq.

Bununla yanası qeyd etmək lazımdir ki, artıq XXI əsrdir, internet, sosial səbəkələr inkişaf edib. Təyyarənin qəza anına qədərki vəziyyətini əks etdirən görüntülər var. Həmin görüntülər bizə fikir yürütməyə əsas verir. Biz bütün əlamətləri nəzərə alaraq müəyyən qənaətə gələ bilərik. Amma əsas məsələ dövlət komissiyasının rəyidir, çünki onlar həm də bizə məlum olmayan informasiyaya malik olacaqlar. Ona görə də, o rəyi gözləməkdə fayda var.

Lakin onu deyə bilərəm ki, təyyarə Qroznı hava limanında hansısa səbəbdən enis edə bilməyib. Rəsmi məlumatlara görə, buna dumanlı hava şəraiti səbəb olub. Daha sonra təyyarə quş dəstəsi ilə toqquşub və təyyarəni Mahaçqala da qəbul etməyib.

Eyni zamanda, biz sosial şəbəkələrdən məlumat aldıq ki, hadisə günü Ukrayna SQ tərəfindən Şimali Qafqaz pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücuma məruz qalıb (ancaq bu rəsmi təsdiqini tapmadı - D.N.). İndi dəqiq bilinmir ki, təyyarəyə PUA hücumu olub, yoxsa dumanlı havada ayırd edilə bilinmədiyi səbəbindən təyyarə Qroznının havadan müdafiə qüvvələrinin atəşinə tuş gəlib. Bu artıq araşdırılmalıdır. Fakt budur ki, təyyarənin gövdəsində və qanadlarında mərmi deşikləri var, təyyarə hardasa atəşə tutulub. İndi o versiya da var ki, təyyarədə oksigen balonu da partlayıb. Ancaq stüardessanin danışıqlarından aydın olur ki, qəza anına qədər təyyarənin arxa tərəfi dəlik-deşik olub, ona görə sərnişinlərə qabağa keçməyə göstəriş verir.  Qəza anina qədər salonda ayağından yaralanan var, stüardessa onu sarımağa göstəriş verir.

Bu nöqteyi-nəzərdən aydın olmayan çoxsaylı məsələlər var, buna yalnız dövlət komissiyası aydınlıq gətirə bilər. Sonda bu barədə ictimaiyyətə və dövlət başçısına məlumat veriləcək.

Hazirda Aktauda Qazaxıstanın baş nazir müavininin rəhbərliyi ilə komissiya işləyir.

Bir məsələni də qeyd edim ki, təyyarəyə ilk yetişən eleltrik şəbəkəsində inşaat işləri ilə məşğul olan fəhlələr olub. Onlar ürək yanğısı ilə qəzaya düşənlərə kömək edirlər. Bu, qazax xalqının öz qardaşlarına qarşı duygusal fədakarlığının nümunəsidir.

Mətbuatda daha çox qəzanın quş dəstəsi ilə toqquşma versiyasi hallanır, amma quş dəstəsi təyyarənin gövdəsində bu cur dəliklər aça bilməz. Bunun mərmi deşikləri olduğu hamıya bəllidir.

O ki qaldı Rusiyanın hadisə yerinə fövqəladə hallar və ya həkim birqadası deyil, diplomatik korpus göndərməsinə, bu da aydın məsələdir. Çünki Qazaxıstan hakimiyyəti lazım olan bütün tədbirləri görür, ona görə də oraya belə briqadaların göndərilməsinə ehtiyac yoxdur.

Mənim səxsi qənaətim ondan ibarətdir ki, bu, Rusiyanın Ukraynaya qarşı apardıgı qardaş qırğınının fəsadıdır. Hazırda Rusiyanın bütün əraziləri müharibə zonası sayılır. Çünki heç kim PUA hücumundan və ona qarşı müdafiə sistemlərindən sığortalanmayıb.

Hesab edirəm ki, belə ədalətsiz müharibələr mütləq dayanmalıdır. Şükürlər olsun ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərək müharibə bəlasına son qoyub.

Bir daha yaralananlara şəfa, həlak olanlara isə Allahdan rəhmət diləyirəm".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ