çərşənbə günü, 28 oktyabr 2026
     

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Image


Xəyal Bəşirov: "Qərbi Azərbaycan və Zəngəzur bir reallıqdır və siyasi gündəlikdə öz yerlərini tutublar, onların inkar edilməsi absurddur"

Avropa Parlamentinin bəzi ermənipərəst deputatları Azərbaycanla Ermənistan arasında sülh prosesinə, normallaşmaya mane olan bəyanatlarını dayandırmaq istəmir. Demək olar ki, hər gün belə ürəkbulandıran, reallıqdan uzaq bəyanatlarla rastlaşırıq. 

Avropa Parlamentinin üzvü Natali Luazo da qətiyyən reallıqla uzlaşmayan açıqlama verib. 

Avroparlamentin deputatı erməni mətbuatına deyib ki,  Qərbi Azərbaycan və ya "Zəngəzur dəhlizi"məsələsinə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dair danışıqlarda yer olmamalıdır. Luazo özünü tarixi gerçəklikdən xəbərsiz apararaq Qərbi Azərbaycan və "dəhliz" məsələsini "rəvayət" adlandırıb. Qərbi Azərbaycan faktına "qondarma" adı qoymağa çalışan Avroparlamentin deputatı unudur ki, Qərbi Azərbaycan bir reallıqdır, böyük və qədim bir xalqın tarixi ərazisidir, zorla deportasiya olunan Azərbaycan türklərinin doğma yurdudur.  

Luazo onu da deyib ki, Ermənistan və Azərbaycan arasında sabit sülh hər iki ölkənin ümumi məqsədi olmalıdır. Guya indiyə qədər Ermənistan "xoşməramlılığını və güzəştə getməyə hazır olduğunu" nümayiş etdirib. Bu, deysən, Azərbaycanla Ermənistanın yerini səhv salıb. O xoşməramlı təşəbbüslər, sülhə nail olmaq kimi addımları Ermənistan deyil, Azərbaycan atıb, xanım deputat. 

Bundan başqa, deputat Bakıda həbsdə olan hərbi canilərdən də danışıb, onları "hərbi əsir" adlandırıb. Onun necə deməsindən və düşünməsindən asılı olmayaraq, Bakıda həbsdə olanlar müharibə caniləridir və əli Azərbaycan xalqının qanına batnış cinayətkarlardır, onların "hərbi əsir" kimi qələmə verilməsi absurddur. 

"...ATƏT-in Minsk qrupu ifadəsinin siyasi leksikondan çıxarılmasına və onun tarixin arxivinə göndərilməsinə təşəbbüs göstərsəydi daha yaxşı olardı"

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistan kimi Qərbdə olan bir sıra dövlətlər də, siyasilər də real, həqiqi tarixdən qorxurlar. "Onlar tarixin əvvəlki səhifələrinə boylanmaqdan çox narahat olurlar. Çünki orda daha çox saxtakarlıq, qeyri-real məsələlər var. Bəzi Qərb dövlətlərinin hazırkı səviyyəyə gəlib çatmasının arxasında onların böyük cinayətlərlə, qanlı səhifələrlə dolu tarixçələri durur. Ona görə də, bu həmin o şəxslərin həqiqi, real reaksiyasıdır. Çünki onlar tarixi həqiqətləri qəbul etməkdən qorxurlar. Yüz il əvvəlki xəritəyə baxsaq görərik ki, Cənubi Qafqaz tamam fərqli  formada olub. Onlar Sovet dövrünə qədər indi beynəlxalq səviyyədə Ermənistan ərazisi kimi tanınan torpaqlara baxmaqdan narahatdırlar, bunu qəbul etməkdən mümkün qədər boyun qaçırmağa çalışırlar. Zəngəzur tarixi Azərbaycan ərazisidir. Zəngəzur bir toponim kimi tarixi mənbələrdə əks olunub. Biz bu adı indi işlətmirik ki, tarixi əsərlərdə, mənbələrdə əks olunub. Eyni zamanda beynəlxalq səviyyədə, yəni dövlətlərarası sənədlərdə, müqaviələrdə belə, Zəngəzur ifadəsi öz əksini tapıb. Qərbi Azərbaycan ifadəsi onları bu qədər narahat edirsə, niyə Ermənistanın ana qanunu olan və Avropanın da təbliğ etdiyi konstitutsiyasında nəinki Azərbaycana qarşı, hətta bütün qonşu dövlətlərə qarşı ərazi iddiaları var? Ermənistanın rəsmi gerbində dörd çarlığın işarəsi, simvolu var. Ermənistanın iddiasına görə, o çarlıqların bir hissəsi Türkiyədə, bir hissəsi Azərbaycanda, bir hissəsi Şimalda-Gürcüstanda, bir hissəsi isə Cənubda-İranda olub. Həm bu saxta məqamlarla, həm "Arsax" ifadəsi ilə bağlı həm Natali Luazo, həm də digər Avropa rəsmiləri, Qərbdən olan bəzi təxribatçı şəxslər bugünə qədər Ermənistana irad bildiriblərmi? Ermənistana sual veriblərmi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış, eyni zamanda da bütün tarixi faktların təsdiqlədiyi kimi Azərbaycanın tarixi ərazisi olan həmin ərazilərə nə üçün iddia edir, Qarabağı "Arsax" adlandırır? Bu iradı bildirmək əvəzinə, qondarma "Arsaxı" dırnaqsız yazırlar, amma Qərbi Azərbaycan və Zəngəzur ifadəsini əsassız olaraq dırnaq arasına alırlar, bu ifadələri siyasi leksikondan çıxarmağa çalışırlar. Amma təbii ki, Qərbi Azərbaycan və Zəngəzur ifadəsini siyasi leksikondan çıxarmaq mümkünsüzdür". 

X.Bəşirovun sözlərinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə bir sıra yeni geosiyasi reallıqlar formalaşdırıb, o reallıqlardan biri də Cənubi Qafqazla bağlı siyasi leksikona daxil olmuş ifadələrdir: "Qərbi Azərbaycan, Zəngəzur dəhlizi və bir sıra ifadələr var ki, onların siyasi leksikona daxil olması təbii bir prosesdir. Bütün dırnaqarası, saxta toponimlər siyasi leksikondan çıxarılıb. Biz bunu danışıqlar prosesində də görürük. Həmin o "Arsax" da, Ermənistanın saxtakarcasına formalaşdırdığı digər "toponimlərin" də yeri bəllidir. O "toponimlər" artıq tarixin arxivinə gömülüblər. Bu gün o avropalı deputatlar  ATƏT-in Minsk qrupu adlı artıq iflasa uğramış, faktiki mövcud olmayan, keçmiş münaqişənin həlli ilə bağlı öhdəliyi öz üzərinə götürməsinə baxmayaraq heç bir addım atmayan, əksinə, keçmiş Qarabağ münaqişəsinin mümkün qədər uzadılması üçün əlindən gələni edən həmin o mürtəce, bədnam institutun siyasi leksikondan çıxarılmasına təşəbbüs göstərməlidirlər. 

Avroparlamentin deputatı Qərbi Azərbaycan, "Zəngəzur dəhlizi" kimi siyasi leksikonda özünə xüsusi yer tutan məsələləri hədəfə almaqdansa, ATƏT-in Minsk qrupu ifadəsinin siyasi leksikondan çıxarılmasına və onun tarixin arixivinə göndərilməsinə təşəbbüs göstərsəydi daha yaxşı olardı. Çünki Qərbi Azərbaycan və Zəngəzur bir reallıqdır və siyasi gündəlikdə öz yerlərini tutublar, onların inkar edilməsi absurddur.

Bu deputat məşğul olmalı olduğu işləri bir kənara qoyub real tarixi toponimləri siyasi leksikondan çıxarmağa cəhd göstərir. Sanki bu yolla Azərbaycanı öz haqq mübarizəsindən, haqlı tələblərindən, Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlardan imtina etdirməyə cəhd göstərirlər. Amma başa düşmürlər ki, bu mümkünsüzdür. Bu artıq yeni tarixi reallıqdır və bu reallıqla bütün dünya barışmalıdır".

X.Bəşirov əlavə etdi ki, Luazo kimiləri Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqları qəbul etmək istəmədikləri üçün bu cür çirkin kampaniyalar aparırlar və bizim tarixi ərazilərimizlə bağlı reallqıdan uzaq iddialar səsləndirirlər. Qərbi Azərbaycanın və Zəngəzurun bir reallıq olduğunu deyən ekspertə görə, heç bir qüvvə tarixi gerçəkliyi dəyişə bilməz, bu məsələdə də ədalətin zəfər çalması qaçılmazdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ