çərşənbə günü, 28 oktyabr 2026
     

“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

Image


Mətləb Salahov: "İnsan faciəsi üzərində "xal qazanmaq", sosial şəbəkələrdə təxribatla məşğul olmaq insanlıq adına qara ləkədir"

Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində böyük faciə baş verib, insan tələfatı olub, ciddi xəsarət alanlar var. Əlbəttə, insan taleyi ilə bağlı olan bu ağır faciə bizim hamımızı dərindən sarsıtdı. 

Təyyarə qəzasının səbəbləri bu gün ciddi müzakirə olunur, müxtəlif versiyalar var və hazırda dövlət qurumları araşdırma aparır, Baş Prokurorluqda cinayət işi açılıb və sair. Nəticə barədə də, təbii ki, ictimaiyyətə məlumat veriləcək. Bu öz yerində. Amma təyyarə qəzası baş verəndən sonra sosial şəbəkələrdə müxtəlif uyğunsuz fikirlər səsləndirilir. Bununla bağlı sosial şəbəkələrdə "sərhədlər açıq olsa idi bu qəza olmazdı, bu qədər adam ölməzdi" kimi səhv  təbliğat aparılır. Təəssüf ki, bizim bəzi sosial şəbəkə istifadəçiləri bu ağır gündə belə bir-birinə uyğun gəlməyən, əlaqəsi olmayan məsələləri əlaqələndirməyə cəhd edirlər. Belə deyək, az qala qəzanın səbəbini quru sərhədlərin bağlı olmasının üzərinə atmaq istəyirlər. Guya quru yolu açıq olsaydı, quru sərhədlərimiz bağlı olmasaydı bu qəza da baş verməzdi. Qəzanın baş verməsi birinci Allahın işidir və bu daha çox insan taleyi ilə bağlı məsələdir. Amma quru sərhədlərin bağlı olmasını təyyarə qəzasının baş verməsinə səbəb kimi göstərməyə cəhdlər etmək, bu cür kampaniya aparmaq, əslində, məntiqsiz bir yanaşmadır. 

"Məgər quru sərhədlər açıq olanda hava nəqliyyatında texniki nasazlıq və qəza risqi heçə enir?"

Jurnalist-ekspert Mətləb Salahov "Bakı Xəbər"ə açıqlamasında "Öncə onu qeyd edim ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması nəticəsində vəfat edən insanlar üçün hamımız qəlbən üzüldük. Bu, bir insani həmrəylikdir. Milliyətindən, dinindən asılı olmayaraq günahsız insanların bu cür acı qədərlə üzləşməsi, həyatlarını itirməsi ürəkağrıdan hadisədir. Lakin təəsüflər olsun ki, təyyarə qəzasında həyatını itirən insanların bu faciəsi üzərində siyasi şou qurmaq, bundan öz çirkin məqsədləri üçün yararlanmaq istəyənlərin həyasızlıqlarını da müşahidə edirik. Utanmadan yalanlar uydurub baş vermiş hadisə ilə heç bir əlaqəsi olmayan ittihamlar irəli sürməyə, faciənin başvermə səbəbləri məlum olmadığı halda bunu Azərbaycanın nüfuzuna xələl gətirmək üçün istifadə etməyə cəhd göstərən qüvvələr, həm əsl simalarını, həm də aşağı səviyyəli insan olduqlarını büruzə verirlər.

Bu təxribatçı qüvvələr xüsusilə sosial şəbəkə seqmentində "yalan maşınını" işə salaraq insanları çaşdırmağa, ictimai narazılıq yaratmağa çalışırlar" - deyə bildirdi. 

M.Salahovun sözlərinə görə, baş vermiş təyyarə qəzasını Azərbaycan dövlətinin əleyhinə çevirməyə çalışan bu tiplər indi də ölkənin quru sərhədlərinin bağlı olması ətrafında səs-küy salırlar. "Guya quru sərhədlərinin bağlı olması hava nəqliyyatında problemlər yaradırmış. Bu savadsız təxribat tipləri məntiqdən başqa nə desən uydurub, ictimai fikri dövlət əleyhinə qaldırmağa çalışırlar. Əlbəttə, aldıqları təlumat bunları istənilən həyasızlığa sürükləyir.

Əvvəla, COVİD19 pandemiyası ilə bağlı tədbirlər çərçivəsində, birbaşa əhalinin təhlükəsizliyi üçün nəzərdə tutulan bu addımın hava nəqliyyatının təhlükəsizliyi və ya texniki problemləri ilə heç bir əlaqəsi yoxdur. Axı normal düşünən istənilən insana məlumdur ki, belə təyyarə qəzaları hər il baş verir. Istər quru sərhədlər bağlı olsun, istərsə açıq. Son 3-4 ilə qədər isə bütün dövlətlər arasında sərhədlər açıq olub. İstər sərnişindaşıma olsun, istər yükdaşıma. Məgər quru sərhədlər açıq olanda hava nəqliyyatında qəza risqi heçə enir? Yaxud quru sərhədlər bağlı olduğu zaman hava nəqliyyatında sərnişin sıxlığı, texniki problemlərmi baş qaldırır? 

Məgər ölkənin quru sərhədləri açıq olsaydı, Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması baş verməyəcəkdi? Bunların dərdi aldıqları təlimata uyğun Azərbaycan cəmiyyətində ajiotaj yaratmaq, dövlətin qərarlarını ictimai rəydə gözdən salmaq, geniş təxribat hərəkətləri üçün meydan yaratmaqdır. 

Diqqət edin, anormal təxribat sürüsünün sosial şəbəkə seqmentini seçməsi də təsadüf deyil. Daha çox çığır-bağır salmaq, daha çox məlumatsız insan qrupu toplayıb yalanlarını daha böyük çevrələrdə yaymaq - bunların sosial şəbəkələrə doluşmasının məqsədi budur. Lakin görünən bir həqiqət var ki, quru sərhədlərin bağlı olmasının təyyarə qəzaları ilə "bağlılığını kəşf edən" bu diletant təxribatçılar xidmət etdikləri xarici qüvvələrə nə qədər bacarıqsız və lazımsız olduqlarını da göstərmiş oldular" - deyə M.Salahov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ