çərşənbə günü, 28 oktyabr 2026
     

Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

Image


Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaud Fransanın Afrikadakı mövcudluğundan danışarkən Bakı Təşəbbüs Qrupunun adını çəkib. 

"Le Monde" qəzetinə müsahibəsində o etiraf edib ki, dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyan güclənir: "Onların təsiri bu tip müstəqillik hərəkatlarını dəstəkləyən və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu kimi xarici aktorlar tərəfindən gücləndirilib".

Ərazi Kəşfiyyatı üzrə Milli İdarənin dənizaşırı ərazilərdəki hərəkatlara təsir gücünün zəif olduğunu etiraf edən Çamoulaud bildirib ki, informasiya müharibəsi şəraitində Kemi Seba kimi şəxslər "fransız diplomatiyasına zərbə vurur". Xatırladaq ki, Kemi Seba bu ilin oktyabrında Bakıda keçirilən "Afrikada Fransanın neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın kolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasında olduğunu bildirmişdi. Azərbaycandan qayıtdıqdan sonra Fransa xüsusi xidmət orqanları onu saxlasa da, tezliklə sərbəst buraxmağa məcbur olmuşdu. Qeyd edək ki, Azərbaycan bu gün dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan əsas dövlətlərdən biridir. Artıq bir neçə ildir ki ölkəmiz neokolonializmə qarşı mübarizəni əsas prioritetlərdən biri elan edib. Ənənəvi müstəmləkəçilik əsasən ötən əsrin ortalarında dekolonizasiya dalğası ilə başa çatsa da, problem hələ tam həllini tapmayıb. Müasir müstəmləkə siyasətinin dinamikası da bunun təsdiqidir. Neokolonializm dövrümüzün ən böyük problemlərindən biri olmaqla çoxsaylı fəsadlar yaradır. Bu səbəbdən sözügedən problemin həllinə nail olmaq beynəlxalq hüquq və ədalətin, xüsusən də insan haqlarının təmininə xidmət edir, eyni zamanda müstəmləkəçiliyin digər fəsadlarını aradan qaldırır. Azərbaycanın neokolonializmə qarşı aktiv mübarizəsi sözügedən kontekstdə dünya miqyasında geniş dəstək qazanır. Müstəmləkəçilik əsarətindən xilas ola bilməyən xalqlar isə Azərbaycanın liderliyi ilə  neokolonializmə qarşı mübarizəyə əsas ümid yeri kimi yanaşırlar. Çünki ölkəmiz onların səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında indi həlledici rol oynayır. Neokolonializmə qarşı Azərbaycanın təşəbbüsü ilə başlanan mübarizəyə getdikcə daha çox ölkə qoşulur. Bundan ciddi narahat olanlardan biri isə Fransadır. Fransa etiraf etməsə də, müstəmləkəçi dövlət statusunu qoruyub-saxlayan ölkələr sırasında liderdir. Məlumat üçün bildirək ki, XIX-XX əsrlərdə daha da genişlənən Fransa müstəmləkə imperiyasının ərazisi 1939-cu ilə kimi 13 milyon 500 min kvadratkilometrə çatmışdı. Bu da təxminən dünyanın 10 faizinə nəzarət demək idi. 1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı gördüyü bəzi ölkələrə mədəni, iqtisadi və siyasi baxımdan nəzarəti bu gün də davam etdirmək istəyir. Rəsmi Paris bu cür çirkin əməlindən nəinki uzaq durmağa çalışır, hətta azadlıq çağırışı edən xalqları əzməkdə davam edir. Amma görnən həm də odur ki, neomüstəmləkəçi təfəkkürü ilə yaşayan dövlətlərlə Azərbaycanın siyasi mübarizəsinin effektivliyini rəsmi Paris də dərk etməyə başlayıb. Azərbaycan azsaylı ölkələrdəndir ki, Fransanın neokolonializm siyasətinə qarşı mübarizəni prioritet elan edib, bununla bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Qeyd edək ki, Fransanın müstəmləkə şəraitində saxladığı ərazilərdə vəziyyət getdikcə pisləşir. Məsələn, Qayanada sosial vəziyyət xüsusilə ağırdır, əhalinin 50 faizindən çoxu yoxsulluğun astanasındadır və işsizlik 30 faizdir. Burada təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətindədir. Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir: gizli məskunlaşma strategiyalarının bir hissəsi olan əvəzetmə yolu ilə soyqırımı, təbii ekosistemlərə və əhalinin sağlamlığına ciddi şəkildə təsir edən xərçəngin rekord göstəriciləri ilə xlordekon zəhərlənməsi. Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi 2021-ci ildəki 3-cü referenduma etiraz edir və müstəmləkə altına salınmış Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququnu bir daha təsdiqləyir. Polineziya indi tamamilə dekolonizasiya perspektivi ilə məşğuldur və Oskar Temarunun rəhbərlik etdiyi "Tavini huiraatira no te Ao Maohi" partiyası Qoşulmama Hərəkatında müşahidəçi statusu almaq istəyir. Fransa bunlara imkan vermir. "Demokratiya beşiyi" kimi özünü dünyaya sırımağa çalışan Fransa yerli dilləri sıxışdırıb fransız dilini dövlət dili etmək siyasəti yürüdüb. Korsikada və digər ərazilərdə baş verənlər bunun bariz nümunəsidir. Aralıq dənizinin şimalında yerləşən Korsika adasından Parisə məsafənin min kilometrdən uzaq olmasına baxmayaraq, Fransa bu ərazini öz müstəmləkəsi hesab edir. Adada hər addımbaşı fransızlara etiraz əlaməti olan yazılara rast gəlmək mümkündür. Reallıq odur ki, Afrikanı və dünyanın fərqli regionlarını hələ də müstəmləkəsi kimi görən, vaxtilə qətliamlar törədən, əli milyonlarla insanın qanına batan Fransa hazırda xarici və daxili siyasətində ciddi problemlər yaşamaqdadır. Hakimiyyətin yarıtmaz idarəçiliyinin nəticəsidir ki, indi bu dövlət keçmiş müstəmləkələrindən biabırçı formada qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən artır. Bütün bunlar Fransanın müstəmləkəçilik siyasətinə böyük zərbə hesab olunur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ