Cümə günü, 30 oktyabr 2026
     

Paşinyan Azərbaycanın son saziş layihəsi təklifini yeni "konstitusiya ritorikası" ilə pozur...

Image


Ermənistan baş naziri Nikol Paşinyan ölkə konstitusiyasına dəyişikliklə bağlı Azərbaycanın tələbini rədd edib. Halbuki, qonşu ölkənin əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları yer alır. Azərbaycan prezidenti İlham Əliyev sülh sazişinin imzalanması üçün bu dəyişikliyin edilməsini ön şərt adlandırıb.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Sovet Ermənistanına birləşdirilməsinə dair 1989-cu il aktına istinad var. Paşinyan sözügedən istinadın hüquqi önəmini azaldaraq konstitusiya maddələrinin o istinad üzərində öncəliyə sahib olduğunu deyib. Bildirib ki, Azərbaycana qarşı bənzər tələblər qoyulsa, bu iki ölkənin apardığı sülh prosesini dalana dirəyə bilər. Üstəlik, yekun sənədin razılaşdırılmış bölümündə tərəflərin sazişin tələblərini yerinə yetirməmək üçün daxili qanunvericiliyə dayana bilməyəcəkləri barədə bir bənd də var. Paşinyan bildirib ki, Konstitusiya Məhkəməsi mümkün sülh sazişini təsdiqləməsə, konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs irəli sürə bilər. Beləliklə, Ermənistanın bu yanaşması İrəvanın yenə sülh prosesindən qaçdığını göstərir. Eyni zamanda, Paşinyanın dedikləri onun əvvəlki yanaşmalarını təkzib etdiyini göstərir. Bir müddət öncə ölkəsinin yeni konstitusiyaya ehtiyac duyduğunu söyləyən Paşinyan bunun Azərbaycanın tələblərindən qaynaqlanmadığını deyib. Ancaq bunu da etiraf edib ki, konstitusiyada 1990-cı il bəyannaməsinə aid istinad saxlanılsa, Azərbaycanla sülh mümkün olmayacaq. Bunu deyən Paşinyan indi də ölkə konstitusiyasına dəyişikliklə bağlı Azərbaycanın tələbini qəbul etmir.  Düzdür, Paşinyan bu ilin mayında 2026-cı ilin sonunadək yeni konstitusiya layihəsinin hazırlanması barədə tapşırıq verib. Layihənin 2027-ci ildə referendum yolu ilə səsverməyə çıxarılacağı deyilir. Amma həmin vaxta qədər də Ermənistanın dəyişiklik yanaşmasından vaz keçməsi istisna olunmur. Indilikdə iki ölkə arasında barışmaz ziddiyyətlər qalmaqdadır və bu barədə illərlə ümumi dil tapmağa çalışan ekspertlər və fəallar da xəbərdarlıq ediblər.

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan qeyd edir ki, noyabrın 5-də Ermənistan sülh sazişinin tam razılaşdırılması üçün təkliflər paketini Azərbaycana göndərib. Məsələyə münasibət bildirən Nikol Paşinyan qeyd edib: "Sülh müqaviləsinin 2 maddəsi ilə bağlı təklifimizi Azərbaycana çatdırdıq". Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsi üzərində daha konstruktiv şəraitdə işləyirlər və bu məsələyə dair nikbindir: "Sülh müqaviləsi layihəsində hələ də bir-iki ifadə, maddə var ki, onun ətrafında iş əvvəlki dövrlə müqayisədə intensiv şəkildə, hətta deyərdim ki, daha konstruktiv atmosferdə davam edir. Biz həqiqətən də, sülh müqaviləsinin nəhayət razılaşdırılmış mətninə çox yaxınıq". Elə noyabrın 5-də Azərbaycanın Ermənistanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verdiyi məlum olub. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Azərbaycan tərəfdən sülh müqaviləsi layihəsi  ilə bağlı cavab təkliflərini alıblar. Ekspertlər hesab edirlər ki, Ermənistan tərəfinin konstitusiya oyunu sülh sazişinin imzalanmasını mümkünsüz edir. O da qeyd edilməlidir sülh sazişi ilə bağlı Azərbaycan tərəfinin şərtləri adekvatdır, qanunidir, beynəlxalq hüquqa söykənir. Amma Ermənistan tərəfi bunu görməzdən gəlir. Bu da artıq rəsmi Bakı tərəfindən dəfələrlə bəyan edilib, ölkələrin və dünya ictimaiyyətinə çatdırılıb. Hesab olunur ki, bir müddətdən sonra sülh prosesindəki hazırki vəziyyət yeni şərtlərlə nizamlanmağa başlanacaq. Ermənistanın ən yaxın himayədarlardan biri olan ABŞ-də hakimiyyət dəyişmək üzrədir. Gəlin ilin əvvəlində yeni administrasiya formalaşacaq. Tramp administrasiyasının Cənubi Qafqaza yönəlik xarici siyasəti müəyyənləşdikdən sonra Azərbaycan-Ermənistan sülh prosesində dəyişiklikləri müşahidə etmək mümkün olacaq. ABŞ-da prezident seçkilərində diqqətini daxili problemlərə cəmləyəcəyini vəd edən Donald Trumpın qələbəsi fonunda da Amerikanın Ermənistana dəstəyini davam etdirməsi inandırıcı görünmür. 2020-ci ildə Qarabağda ikinci müharibə Trumpın birinci dövrünə təsadüf etmişdi və ABŞ münaqişədən kənarda qalıb. Atəşkəs razılaşmasını Rusiya lideri Vladimir Putin hazırlayıb. Bayden administrasiyası hətta Ukraynadakı müharibəyə baxmayaraq, Ermənistanla Azərbaycan arasında diplomatiyaya daha fəal qoşulmağa çalışırdı. Dövlət katibi Antoni Blinken sülh müqaviləsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri arasında görüşlər təşkil edib. Indi vəziyyət dəyişir, ABŞ-ın Ermənistana dəstəyi azalır. Amerikanın təcridçiliyə doğru mümkün dönüşü digər postsovet ölkə paytaxtlarında da, o cümlədən Kiyevdə liderləri narahat edir. Berlindəki Müstəqil Sosial Araşdırmalar Mərkəzinin sosioloqu Sergey Rumyantsev hesab edir ki, bu, Rusiya-Ukrayna müharibəsi ilə Qarabağ münaqişəsi arasında yeganə paralellik deyil: "Ukraynada müharibənin başlaması ilə sülh ideyası və ona nail olmaq üçün kompromis axtarışı son dərəcə qeyri-populyar oldu, hər hansı sülh çağırışı isə Putinin mövqeyinə dəstək kimi qeyd olunur".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ