Cümə günü, 30 oktyabr 2026
     

Bizdən ikiqat çox qaz istəyən bəzi avropalılar Azərbaycanı niyə tənqid edir?..

Image


Xəyal Bəşirov: "Qazımızdan, enerji resurslarımızdan yararlanmaq istəyəndə öz maraqlarını əsas götürüb istənilən xahişi edirlər, istənilən addımı atırlar"

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. 

Bəşəriyyətin gələcək taleyi ilə bağlı mühüm addımları özündə ehtiva edən COP29-un ölkəmizdə keçirilməsinə qarşı bəzi Qərb dövlətlərinin qara piar kampaniyası apardığı, eyni zamanda bəzilərinin boykot qərarı verdiyi məlumdur. Amma onların bu cəhdləri uğursuzluğa düçar oldu. 

Prezident İlham Əliyev noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışında bəyan etdi ki, bu tədbirdə 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçı var, onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. 

"...Digər ittiham məsələsinə gəldikdə, iki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır.

Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib". Bu fikirləri noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışında Prezident İlham Əliyev bildirib. 

Avropalılar həm bizdən ikiqat qaz istəyirlər, həm də bizi tənqid edirlər. Bizdən ikiqat çox qaz istəyən bəzi avropalılar   Azərbaycanı niyə tənqid edir?

"Bu açıq-aşkar ikiüzlü siyasətin nəticəsidir"

Məsələ ilə bağlı Siyasi Hüquq və Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycana qarşı Qərbdən olan bir sıra dövlətlərin, müxtəlif təsisatların, ayrı-ayrı şəxslərin vahid mərkəzdən idarə olunan antiazərbayan kampaniyası başlanıb.  "Antiazərbaycan kampaniyası, zaman-zaman olduğu kimi, bu prosesdə də özünü göstərdi. Azərbaycanın COP29 kimi geniş miqyaslı, mötəbər bir tədbirə uğurla ev sahibliyi etdiyi dönəmdə ümumiyyətlə iqlim dəyişmələrinə aid olmayan mövzularla bağlı ölkəmizə qarşı əsassız ittihamlar səsləndirlir. Həmişə öz mövqeyimi səsləndirərkən qeyd edirəm ki, onların bu gün Azərbaycana qarşı səsləndirdikləri əsassız ittihamları, bu cür mövqeləri ötən il də olub, ondan əvvəlki dövrdə də vardı. Biz zaman-zaman ayrı-ayrı proseslər öncəsi və yaxud ərəfəsində bu hadisələrin, əsassız ittihamların, dezinformasiyaların, absurd iddiaların şahidi olmuşuq. Əgər həmin o dövlətlərin belə bir ittihamı var idisə, onların təbirincə desək, o ittihamlar əsaslı idisə, reallığa söykənirdisə niyə o zaman onlar yekdil səs çoxlu ilə Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinə razılıq vermişdilər? Yəni COP29 kimi iqlim tədbirinin Azərbaycan tərəfindən keçirilməsi ilə bağlı ittihamlar səsləndirən həmin o qüvvələr iddia edirlər ki, guya Azərbaycan bir sıra addımlarına görə bu tədbirə ev sahibliyi edə bilməz. Əgər belə iddia var idisə niyə keçən il yekdi səs çoxluğu ilə Azərbaycanın bu tədbiri keçirməsinə razılıq verdilər? Bu sualı vurğulamağımın əsas məqsədi odur ki, orada hər hansı bir istisna olmayıb, hətta Ermənistan belə Azərbaycanın COP29-a ev sahibliyi etməsinə səs verib. Amma bu tədbirdə iştirak etmir. Yəni Ermənistanın o ikiüzlü, saxtakar, yalançı, riyakar siyasəti, addımları, mövqeyi həmin o dövlətlərə, həmin o təsisatlara da aiddir. Çünki keçən ilin dekabrında Azərbaycanın bu tədbiri keçirməsinə yekdil səs çoxluğu ilə razılıq verən, amma bu gün Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən qüvvələrin addımlarına riyakarlıqdan, ikiüzlülükdən başqa ad vermək mümkün deyil.   

Prezident İlham Əliyevin həmişə olduğu kimi Qərbin bəzi dövlətlərinin, bir sıra təsisatlarının, o cümlədən də, ayrı-ayrı şəxslərin Azərbaycana qarşı yürütdükləri qərəzli siyasəti ifşa etməsi ilə bağlı çıxışlarında vurğuladığı kimi, onlar bir tərəfdən, Azərbaycanın təbii sərvətlərindən, enerji resurslarından, neftindən, qazından yararlanır, digər tərəfdən, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirlər. Yəni Azərbaycana Avropa Komissiyasının prezidenti Ursula fon den Lyayenin rəhbərliyi ilə Avropa İttifaqı qaz ixracının Avropaya artırılması ilə bağlı xahişlərinin və bu istiqamətdə razılaşmanın onların təşəbbüsü olduğunu  Prezident İlham Əliyev qeyd etdi. Bunu bütün dünya bilir. Bu proses dünya gündəmində bilinir, dünya mediasının, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.  Bu ondan xəbər verir ki, onlar öz şəxsi mənafelərinə, maraqlarına gələndə bəli, istənilən xahişi edirlər, istənilən addımı atmağa hazırdılar. Bunu öz problemlərini həll etmək üçün edirlər. Amma digər tərəfdən, Azərbaycanı ittiham etməklə yenidən dünya gündəmində   ortaya mövzu qoymağa çalışırlar. Yəni Azərbaycana Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin rəhbərliyi altında Avropa İttifaqı Avropaya qaz ixracının artırılması ilə bağlı xahiçlərini çatdırdığını və bu istiqamətdə razılaşmanın onların təşəbbüsü ilə olduğunu ölkə başçısı qeyd etdi. Bunu bütün dünya bilir. Bu proses dünya gündəmində yer alıb, dünya mediasının və dünya ictimaiyyətinin gözləri önündə baş verib. Bu bir daha ondan xəbər verir ki, onlar öz şəxsi mənafelərini, maraqlarını təmin etməyə gələndə, bəli, istənilən xahişi edirlər, istənilən addımı atmağa hazırdırlar. Bunu öz problemlərini həll etmək üçün edirlər. Amma digər tərəfdən, Azərbaycanı ittiham etməklə yenidən dünya gündəmində ortaya mövzu qoymağa çalışırlar. Qazımızadan, enerji resurslarımızdan yararlanmaq istəyəndə öz maraqlarını əsas götürüb istənilən xahişi edirlər, istənilən addımı atırlar. Amma başqa tərəfdən Azərbaycanı əsassız ittiham edəndə, insan hüquq və azadlıqlarını gündəmə gətirəndə dünya publikasına oynayırlar, populist çıxışlar edirlər, populizmə xidmət göstərirlər. Bu açıq-aşkar ikiüzlü siyasətin nəticəsidir"-deyə bildirən X.Bəşirov qeyd etdi ki, COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlıq dövründə də, indi də Azərbaycana qarşı bu cür qərəzli münasibətin şahidi olmuşuq.  X.Bəşirovun fikrincə, bu cür kampaniyalar elə bu tədbirin başa çatması ilə də sonlanacaq, bitəcək.  "Yenə də həmin o qüvvələr, o dövlətlər, o beynəlxalq təsisatlar Azərbaycanın enerji resurslarından yararlanmağa çalışacaqlar. Bu sadəcə hazırkı dönəmdə beynəlxalq ictimaiyyətin, dünyanın diqqətinin Azərbaycana yönəldiyi məqamda onların ikiüzlü siyasətinin bariz nümunəsidir ki, sanki onları enerji resursları, Azərbaycanla digər mövzularda təmaslar maraqlandırmır. Belə görüntü yaradırlar ki, onları həmişə əllərində bayraq olaraq tutduqları, əslində "soyuq silah" kimi ayrı-ayrı dövlətlərə qarşı istifadə etdikləri  insan hüquq və azadlıqları, demokratiya, digər mövzular maraqlandırır. 

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında həmin o beynəlxalq təsisatların, o dövlətlərin, o şəxslərin mövqelərini, onların o ikiüzlü siyasətlərini konkret dəlillərlə, arqumentlərlə, dolğun məntiqlə ifşa edib. Hesab edirəm ki, bu proses də bir daha onu göstərdi. Beynəlxalq ictimaiyyət mövzuları bir-birinə qatmaqla və eyni zamanda onlar üçün hər hansı konkret bir münbit şərait yarandığı   məqamda ayrı-ayrı mövzularda dövlətlərə hücumlar təşkil etməklə prosesi təkrar edir. Keçən il COP28 keçirilərkən də biz Birləşmiş Ərəb Əmirlilklərinə qarşı da belə hücumların təşkil edildiyinin şahidi olduq. Əslində,  bu yolla onlar bir oxla bir neçə hədəfi vurmağa cəhd göstərirlər. Bir tərəfdən, bu tədbirin keçirilməsi ilə bağlı beynəlxalq aləmin, qlobal dünyanın bu missiyasının həyata keçməsinə nail olurlar, digər tərəfdən, bu ərəfədə Azərbayacana, Azərbaycan kimi dövlətlərə  qarşı hücuma keçirlər. Üçüncü hədəf kimi, onlar özlərini dünyaya hüquq və azadlıqlara, demokratiyaya, bir sıra digər dəyərlərə xidmət edənlər kimi göstərirlər. Düşünürəm ki, beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edən, insanlıq və bəşəriyyət üçün ən ciddi tədbirlərdən biri olan iqlim dəyişikliyi məsələsinə həsr olunan bu tədbirə Azərbaycanın ev sahibliyi etməsinə yekdil səs çoxluğu ilə səs verib daha sonra o tədbiri boykot etməyə cəhd göstərən, bu uğursuz boykot cəhdləri ilə  iştirak etməkdən imtina edən həmin o dövlətlər, təsisatlar, şəxslər əslində insanlığa, bəşəriyyətə, qlobal dəyərlərə ən ağır zərbə vuran tərəflərdir. Onlar fürsətcildirlər, onlar möhtəkirdilər. Bu qüüvələr istənilən məqamda hansısa münbit şəraitdən istifadə edib öz dar çərçivədə maraqlarını həyat keçirmək üçün addımlar atmağa həmişəki kimi fürsət axtarırlar.  

Ona görə də, əslində bu tədbir Azərbaycanın bütün istiqamətlərdə, eyni zamanda belə bir mötəbər tədbirləri keçirmək yönündə gücünü, səviyyəsini, imkanlarını və resurslarını, iradəsini göstərdi. Paralel olaraq, həmin o qüvvələrin də ikiüzlülüyünü, saxtakarlığını bir daha ifşa etmiş oldu"-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ