Bazar günü günü, 08 noyabr 2026
     

İrəvanın Təpəbaşı məhəlləsinin taleyinə UNESCO-nun bu soyuqluğu səbəbsiz deyil...

Image


Səbuhi Hüseynov: "UNESCO Ermənistanın bu cinayətlərini təsdiqləmək istəmir" 

"Ermənistanın Xarici İşlər Nazirliyi bir daha mədəni abidələrin qorunması məsələsi ilə spekulyasiya etməyə çalışıb. Ermənistan tərəfi Azərbaycan ərazilərinə UNESCO missiyasının göndərilməsindən danışmaqdansa, belə bir missiyanı öz ərazisində qəbul etməlidir". Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd olunub ki, icma Ermənistandakı Azərbaycan abidələrinin vəziyyətinin monitorinqi məqsədilə Ermənistana missiya göndərilməsi ilə bağlı UNESCO-ya dəfələrlə müraciət göndərib: "Bizdə olan məlumata görə, UNESCO bizim müraciətimizlə bağlı Ermənistan hökumətinə müvafiq kommunikasiya göndərib. Lakin Ermənistan razılıq vermədiyi üçün bu missiya hələ də baş tutmur.

Ermənistanın törətdiyi əməllər İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın (1966), Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyanın, Hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Konvensiyanın, Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın və İrqi ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyanın pozulmasıdır".

Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistanın UNESCO missiyasını qəbul etməməsi, mədəni irsin qorunması üzrə İcma ilə dialoqdan imtina etməsi və İrəvan şəhərində Təpəbaşı məhəlləsi daxil olmaqla Azərbaycan mədəni irsini nümayişkaranə şəkildə dağıtmaqda davam etməsi həm də Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarının kobud şəkildə pozulmasıdır: "Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi həmin qərarında Ermənistandan "Azərbaycan mədəni irs yerlərini və etnik və mədəni mülkiyyət nümunələrini dağıtmağına və Azərbaycan mədəni izlərinin silinməsi siyasətinə dərhal son qoymağı" tələb edir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən Azərbaycan mədəni irsini, o cümlədən, İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsini dağıtmağı dərhal dayandırmağı və dağıtmış olduğu Azərbaycan mədəni abidələrini bərpa etməyi tələb edir. Bərpa zamanı abidələrin orijinallığının və autentikliyinin təmin edilməsi üçün Qərbi Azərbaycan İcmasının bu prosesdə yaxından iştirakı zəruridir. Ermənistan hökuməti Qərbi Azərbaycan İcması ilə bu məsələyə dair dialoqa başlamalı və UNESCO-nun müvafiq missiyasını qəbul etməlidir".

Ermənistan hələ də UNESCO-nun yoxlama missiyasını qəbul etmir və UNESCO da Ermənistana lazımı təzyiqi göstərmir. Səbəb nədir, niyə göstərmir? Niyə məcburi şəkildə missiya göndərə bilmir? 

"Reallıqda UNESCO Ermənistana qarşı bu beynəlxalq hüququ istifadə etmir" 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş mütəxəssisi, "İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi" üzrə araşdırmanın müəllifi Səbuhi Hüseynov "Bakı-Xəbər"ə "UNESCO-nun Ermənistana missiya göndərə bilməməsinin səbəbi aydındır.   UNESCO istəsə Ermənistana missiya göndərə bilər, amma istəmir. Ona görə ki, ermənipərəst UNESCO  Ermənistanın bu cinayətlərini təsdiqləmək istəmir. Bu qurum "Ermənistan missiyamızı qəbul etmək istəmir" deməklə əslində manipulyasiya edir, faktaraşdırıcı missiya göndərməkdən imtina edir. Yoxsa, bunun başqa adı yoxdur. Bu qurumun Təpəbaşı məhəlləsinin taleyinə biganə yanaşmasına gəlincə, bu onun ifrat ermənipərəst mövqeyindən irəli gəlir" - deyə bildirdi.  

S.Hüseynovun sözlərinə görə, UNESCO mədəni irsin əhəmiyyətini qəbul edən və onun qorunması üçün çalışan ilk beynəlxalq qurumdur. "Bügünə qədər təşkilat mədəni irslə bağlı 7 konvensiya hazırlayıb. Bu konvensiyalar arasında Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Haqqında Konvensiya mədəni irsin qorunmasının vacibliyini etiraf edən və tərəfləri bu istiqamətdə əllərindən gələni etməyə məcbur edən əsas beynəlxalq sənəddir.  

Məsələn, 1972-ci il konvensiyası dövlətin öz ərazisində yerləşən bütün mədəni irslə bağlı öhdəliklərini vurğulayır. Bu o deməkdir ki, mədəni irsin hansısa konkret icma və ya qrupla bağlı olub-olmaması dövlət öhdəliklərinin yerinə yetirilməsində rol oynamamalıdır. Daha açıq şəkildə deyək. Ermənistan ərazisində olan maddi mədəni irsin ermənilərə aid olub-olmamasından asılı olmayaraq, Ermənistan dövləti bu konvensiyanı qəbul etməklə bütün abidələri qorumaq öhdəliyi götürüb. Lakin bundan başqa, UNESCO-nun bir sıra bəyannamələri də var ki, onlar da mədəni irsin qorunmasını tələb edir. 2001-ci il UNESCO-nun Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsi mədəni müxtəliflikdə dialoqun vacibliyini vurğulayır. 

Məsələn, UNESCO-nun 2003-cü ildə qəbul edilmiş Mədəni İrsin Qəsdən Məhv edilməsi haqqında Bəyannaməsi var. Bu Bəyannamə mədəni irsin qorunması standartlarını müəyyənləşdirir. Bəyannamənin 6-cı maddəsində isə belə deyilir: "UNESCO-nun və ya başqa bir beynəlxalq təşkilatın siyahısına daxil olub-olmamasından asılı olmayaraq bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən mədəni irsin qəsdən məhv edilməsini qadağan etmək, qarşısını almaq, dayandırmaq və cəzalandırmaq üçün qəsdən məhv edən və ya qəsdən lazımi tədbirlər görməyən bir dövlət bu cür məhv üçün beynəlxalq hüquqda nəzərdə tutulduğu dərəcədə məsuliyyət daşıyır". Yəni UNESCO Ermənistan tərəfindən Azərbaycan maddi mədıni irsinə qarşı XX əsrin 80-ci illərinin sonlarından başlayaraq bugünə qədər apardığı mədəni soyqırım siyasətinə müdaxilə etmək, onu dayandırmaq üçün bir çox beynəlxalq sənədlərə malikdir və bu sənədlər ona bu işdə böyük səlahiyyətlər verir. Lakin reallıqda UNESCO Ermənistana qarşı bu beynəlxalq hüququ istifadə etmir. Bir çox hallarda, məlimatsızlığı əsas gətirir. UNESCO artıq rəsmi şəkildə dəfələrlə Təpəbaşı məhəlləsi ilə bağlı kifayət qədər məlumatlandırılıb. Qərbi Azərbaycan İcması artıq uzun müddətdir ki, UNESCO-ya müraciətlər edir. Bu müraciətlər tarixi torpaqlarından zorla qovulan, soyqırıma məruz qalan bir xalqın öz maddi mədəni irsi ilə bağlı narahatçılığıdır. Və bir daha deyirəm ki, icma tərəfindən artıq dəfələrlə bu narahatçılıq UNESCO rəhbərliyinin diqqətinə çatdırılıb.Yəni əvvəllər məlumatsız olduğunu deyən UNESCO artıq məlumatsız deyil" - deyə S.Hüseynov vurğuladı.

S.Hüseynov qeyd etdi ki, Ermənistan Respublikası, onun siyasi elitası artıq 35 ildən çoxdur  Azərbaycan maddi mədəni irsinə düşmən kəsilib. "Bu, əslində, Ermənistanda mövcud olan hakim ideologiyanın tərkib hissəsidir. Ermənistan ərazisində mövcud olan  azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri 1989-cu ildən başlayaraq sistemli şəkildə məhv edilsə də, bugünə qədər bu məhvetmə prosesi heç bir Qərb təşkilatı tərəfindən pislənməyib. Ermənistan isə bu beynəlxalq təşkilatların bu cür hərəkətlərindən "ilhama" gələrək daha vəhşi şəkildə Azərbaycan irsini Ermənistan ərazisində artıq məhv edərək bitirməkdədir. Təsəvvür edin ki, İrəvan şəhərində olan Təpəbaşı məhəlləsində hazırda mövcud olan Azərbaycan xalqına məxsus abidə Ermənistan Respublikasının Daşınmaz Tarix və Mədəniyyət Abidələrinin Dövlət Reyestrində mövcud deyil, mövcud olan tək-tük abidə isə ya özükünləşdirilərək, ya da özgəninkiləşdirilərək siyahıya daxil edilib. 

Ermənistan siyasi elitası bununla ilk növbədə öz dövlətlərində 1998-ci ildə qəbul etdikləri "Tarix və mədəniyyət abidələrinin və tarixi landşaftın mühafizəsi və istifadəsi haqqında" qanunun maddələrini pozur. Belə ki, qanunda deyilir ki, Ermənistan Respublikasının ərazisindəki bütün abidələr dövlətin mühafizəsi altındadır və mülkiyyət formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmalıdır. Lakin təkcə Təpəbaşı məhəlləsinin bugünkü taleyi onu deməyə əsas verir ki, Ermənistan bu əraziyə bir "qara ləkə" kimi baxır və ondan tezliklə qurtulmaq istəyir və ilk növbədə öz qanunlarını, daha sonra isə qoşulduğu beynəlxalq qanunları pozur. 

Təpəbaşı məhəlləsi Ermənistan cəmiyyəti və siyasi elitası arasında daim ideoloji işdə bir uçurum yaradır. Erməni siyasi elitası öz xalqına böyük erməni xalqı, regionun qədim və monoetnik, saf və yeganə xalqı olması ideyasını təlqin edir. Lakin erməni cəmiyyətinin üzvləri hər gün adi həyatlarında azərbaycanlılara məxsus maddi mədəni irslə qarşılaşırlar. Bu zaman öz siyasi elitaları ilə bir uçurum və inamsızlıq yaranır. Məhz bu səbəbdən Ermənistan bu abidələri tamamilə yox etməkdə qərarlıdır. Bu ideya regionun yerli və qədim xalqı olan Azərbaycan xalqına qarşı bir əsr ərzində ən azı 1 dəfə soyqırımın həyata keçirilməsinə (1918-1920-ci illər) və 3 dəfə (1905,1948-1953, 1988-ci illər) soyqırıma cəhdə təhrik etdi. Bu, soyqırım edən millətlərin ideologiyasına xas düşüncə tərzidir. 

Bəs nə üçün UNESCO bütün bunlara səssiz qalır? Bunu demək çətindir. Lakin mən düşünmürəm ki, UNESCO həmişə bu hərəkətlərə səssiz qala biləcək. Çünki bu təşkilat ilk növbədə üzv ölkələrdən ibarətdir. Bu ölkələr içərisində Azərbaycanı sevən və sevməyənlər də var. Əsas məsələ dünyanı fakt qarşısında qoymaqdır. Bu faktların qarşısında UNESCO da geri çəkilə bilməz. Lakin ilk növbədə biz indiki Ermənistan ərazisində uzun müddətdir aparılan Azərbaycan maddi mədəni irsinə qarşı  mədəni soyqırımını dünya ictimaiyyətinə çatdırmalıyıq. Pafosdan, mənbəsiz məlumatlardan uzaq əsl sənədlərə söykənən tarixi fakt cəmiyyətlərin diqqətinə çatdırılmalıdır. Bunun üçün bütün abidələrimizin reyestri tutulmalıdır. Biz ilk növbədə özümüz hansı abidələrimiz qaldığını və hansı abidələrimizin artıq məhv edildiyini bilməliyik. Arxivlərdə işlər aparılmalıdır. Milyonlarla arxiv sənədləri hələ də işıq üzünə çıxarılmayıb. Bu sənədlərin ortaya çıxması dünyanı fakt qarşısında qoyur" - deyə S.Hüseynov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ